Bakalavr proqramı
Kompüter elmləriFənn nəticələri
Fənn təlim nəticələri
Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.
- İF-40163yFənnin səhifəsi: Riyazi analiz-2
Riyazi analiz-2
CLO 1: Çoxluqlar nəzəriyyəsinin elementləri, ardıcıllığın limiti anlayışı, birdəyişənli funksiyanın limiti və əsas xassələri, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyi, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyalarıhaqqında biliklərə malik olmalıdır.
CLO 2: Birdəyişənli funksiyanın törəməsi və diferensialını, diferensial hesabının əsas teoremlərini, yüksək tərtib törəmələr və diferensialları, birdəyişənli funksiya üçün Teylor düsturunu, ekstremumüçün zəruri şərti və kafi şərtləri, xarakteristik nöqtələrə görə funksiyanın qrafikini qurmağı, qeyri-müəyyən, müəyyən və qeyri-məxsusi inteqralları ve onların xassələrinibilməlidir.
CLO 3: Ədədi sıraların, funksional ardıcıllıqlar və sıraların, qüvvət sıraların, Teylor ve Makloren sıralarının və Furye sırasınınanlayışları və onlarla bağlı hökmlər haqqında biliklərə malik olmalıdır.
CLO 4: Çoxölçülü Evklid fəzasını, çoxdəyişənli funksiyanın limitini, kəsilməzliyi və müntəzəm kəsilməzliyini bilməlidir.
CLO 5: Çoxdəyişənli funksiyanın xüsusi törəmələri və diferensialını, yüksək tərtib xüsusi törəmələri və diferensiallarını, Teylor düsturunu, ekstremumüçün zəruri şərti və kafi şərtlərini bilməlidir.
CLO 6: Parametrdən asılı inteqrallar, çoxqat Riman inteqralları, ayrixətli və səth inteqralları haqqında biliklərə yiyələnməli və onlarıhesablamağı bacarmalıdır.
- İF-40162yFənnin səhifəsi: Riyazi analiz-1
Riyazi analiz-1
CLO 1: Çoxluqlar nəzəriyyəsinin elementləri, ardıcıllığın limiti anlayışı, birdəyişənli funksiyanın limiti və əsas xassələri, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyi, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları haqqında biliklərə malik olmalıdır.
CLO 2: Birdəyişənli funksiyanın törəməsi və diferensialını, diferensial hesabının əsas teoremlərini, yüksək tərtib törəmələr və diferensialları, birdəyişənli funksiya üçün Teylor düsturunu, ekstremumüçün zəruri şərti və kafi şərtləri, xarakteristik nöqtələrə görə funksiyanın qrafikini qurmağı, qeyri-müəyyən, müəyyən və qeyri-məxsusi inteqralları ve onların xassələrinibilməlidir.
CLO 3: Ədədi sıraların, funksional ardıcıllıqlar və sıraların, qüvvət sıraların, Teylor ve Makloren sıralarının və Furye sırasınınanlayışları və onlarla bağlı hökmlər haqqında biliklərə malik olmalıdır.
CLO 4: Çoxölçülü Evklid fəzasını, çoxdəyişənli funksiyanın limitini, kəsilməzliyi və müntəzəm kəsilməzliyini bilməlidir.
CLO 5: Çoxdəyişənli funksiyanın xüsusi törəmələri və diferensialını, yüksək tərtib xüsusi törəmələri və diferensiallarını, Teylor düsturunu, ekstremumüçün zəruri şərti və kafi şərtlərini bilməlidir.
CLO 6: Parametrdən asılı inteqrallar, çoxqat Riman inteqralları, ayrixətli və səth inteqralları haqqında biliklərə yiyələnməli və onlarıhesablamağı bacarmalıdır.
- IF-40165yFənnin səhifəsi: Analitik həndəsə
Analitik həndəsə
CLO 1: Müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri haqqında biliyə malik olmalıdır.
CLO 2: İki və üç məchullu xətti tənliklər sisteminin həllini bilməlidir.
CLO 3: Vektorlar cəbrinin elementlərini bilməlidir.
CLO 4: Koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri haqqında biliklərə yiyələnməlidir.
CLO 5: Dairəvi konusun kəsiklərinin xassələrini bilməlidir.
- İF-40118yFənnin səhifəsi: Ehtimal nəzəriyyəsi və riyazi statistika
Ehtimal nəzəriyyəsi və riyazi statistika
CLO 1: Hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanma qaydalarını bilməlidir.
CLO 2: Tam ehtimal və Bayes düsturlarının tətbiqini, ardıcıl təkrar sınaqlar üçün Bernulli sxemini, Muavr-Laplas və Puasson teoremlərinin tətbiqlərini bilməlidir.
CLO 3: Diskret və təsadüfi kəmiyyətlərin paylanma qanunları və onların ədədi xarakteristikalarıhaqqında biliklərə malik olmalıdır.
CLO 4: Böyük ədədlər qanunu və mərkəzi limit teoremlərinin əsas mahiyyəti haqqında biliklərə yiyələnməlidir.
CLO 5: Parametrlərin statistik qiymətləndirilməsi və etibarlılıq intervalının qurulmasını, statistik hipotezlərin yoxlanılması üsullalarını bilməlidir.
- İF-40175yFənnin səhifəsi: Proqramlaşdırma texnologiyaları
Proqramlaşdırma texnologiyaları
CLO 1: Iri proqram layihələrinin yaradılması texnologiyalarını məsələnin qoyuluşundan onun istismara təhvil verilənədək bütün mərhələləri üzrə biliklərə malik olmalıdır.
CLO 2: Proqram təminatının keyfiyyətinə nəzarət növlərini, proqram təminatının sazlanması üsullarını bilməlidir.
CLO 3: Müasir proqramlaşdırma texnologiyaların köməyi ilə etibarlı proqram vasitələrinin yaradılması və informasiyanın mühafizəsinin üsulları üzrə biliklərə malik olmalıdır.
CLO 4: Proqram strukturunun yaradılması və modul proqramlaşdırma biliklərinə malik olmalıdır.
CLO 5: Struktur proqramlaşdırma və obyekt-yönlü proqramlaşdırma texnologiyalarını bilməlidir.
CLO 6: Səhvlərin klassifikasiyası, tapılması və aradan qaldırılması üsullarını, struktur və funksional testləşdirmə üsullarını bilməlidir.
- İF-40169yFənnin səhifəsi: Ədədi üsullar-1
Ədədi üsullar-1
CLO 1: Funksiyanın yaxınlaşması üsulları, Laqranj və Nyutonun interpolyasiya çoxhədliləri və onların xətasının hesablanması, ədədi differensiallama və inteqrallama üsulları, onların xətalarının qiymətləndirilməsi haqqında biliklərə yiyələnməlidir.
CLO 2: Xətti cəbri tənliklər sisteminin ədədihəll üsullarını, onların yığılmasını və xətanın qiymətləndirilməsini, qeyri-xətti tənliklərin və qeyri-xətti tənliklər sisteminin köklərinin müəyyən edilməsi və köklərin sadə iterasiya, parçanı yarıya bölmə, Nyuton və vətərlər üsulları vasitəsi ilə tapılması üsullarını öyrənməlidir.
CLO 3: Adi diferensial tənliklər və tənliklər sistemi üçün Koşi məsələsinin ədədi həll üsullarını bilməlidir.
CLO 4: Adi və xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərininədədi həll üsullarını bilməlidir.
CLO 5: Inteqral tənliklərin ədədi həll üsullarını bilməlidir.
CLO 6: Kompüter texnologiyaların köməyilə ədədi üsulların konkret məsələlərin həll alqoritmlərinin qurulmasına tətbiqini bilməlidir.
- IF-40172yFənnin səhifəsi: Proqramlaşdırmanın əsasları -1
Proqramlaşdırmanın əsasları -1
CLO 1: İnformatika elminin predmetini, tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər Üzərində əməliyyatların aparılmasını bilməlidir.
CLO 2: Kompüterlərin əsas iş prinsiplərini və verilənlərin yaddaşda təsviri xüsusiyyətlərini bilməlidir.
CLO 3: Alqoritmləşdirmənin əsas elementlərini; xətti, budaqlanan və dövri alqoritmlərin proqramlaşdırılması vasitələrini bilməlidir.
CLO 4: Xətti proqramların tərtib edilməsini, budaqlanan və dövri proseslərin proqramlaşdırılmasını bacarmalıdır.
CLO 5: Statik və dinamik massivlərlə işin xüsusiyyətlərini və fayllarla işin təşkilini bilməlidir.
CLO 6: Köməkçi funksiyalardan, standart kitabxanalardan, dinamik dəyişənlərdən istifadə edərək müxtəlif məsələlərin həllini bilməli və növbə, stek, dek, siyahılarla bağlı olan məsələlərin həllini bacarmalıdır.
- İF-40166yFənnin səhifəsi: Xətti cəbr
Xətti cəbr
CLO 1: Çoxhedlilər və matrislər üzərində əməlləri yerinə yetirməyi, determinantın xassələri və hesablanması qaydalarını, Laplas teoreminin tətbiqinibilməlidir.
CLO 2: Xətti fəza və onun bazisi haqqında biliklərə yiyələnməlidir.
CLO 3: Xətti cəbri tənliklər sistemi və onların həlli üsullarını, Kroneker-Kapelli teoremini bilməlidir.
CLO 4: Evklid fəzası və ortogonallaşdırma üsulu haqqında biliyə malik olmalıdır.
CLO 5: Xətti və bixətti çevirmələr haqqında biliklərə yiyələnməlidir.
CLO 6: Kvadratik formalar və onların təsnifatı haqqında biliyə malik olmalıdır.
- İF-40174yFənnin səhifəsi: Alqoritmin analizi və hazırlanması üsulları
Alqoritmin analizi və hazırlanması üsulları
CLO 1: Alqoritmin analizinin riyazi əsaslarını;ən yaxşı, ən pis və orta hal üçün alqoritmin analizi üsullarını;axtarış və nizamlama alqoritmlərini (ardıcıl,axtarış, ikili axtarış və s.) və onların analizini bilməlidir.
CLO 2: Verilənlərin strukturları üzərində əməliyyatların (stek,siyahı, ağac) alqoritmini hazırlamağı və onları analiz etməyi, münasibətlər və onların həlli üsullarını bacarmalıdır.
CLO 3: Alqoritmlərin əsas siniflərini, dinamik proqramlaşdırmaya aid olan alqoritmiləri bilməlidir.
CLO 4: Alqoritmlərin mürəkkəblik dərəcəsinin qiymətləndirilməyi; eninə və dərinliyə doğru axtarış alqoritmlərini konkret məsələlərin həllinə tətbiq etməyi və onların mürəkkəbliklərini qiymətləndirməyi bacarmalıdır.
CLO 5: Axtarış və nizamlama alqoritmlərinin psevdokodunu yazmağı və onları analiz etməyi bacarmalıdır.
CLO 6: Optimal alqoritmin tapılması və sadə rekurrent münasibətləri həll etmə vərdişlərinə malik olmalıdır. "Xəsis" alqoritmlərin hazırlanması üsullarını, onların tətbiqini və mürəkkəbliklərinin qiymətləndirilməsini bilməlidir.
- İF- 40164yFənnin səhifəsi: Kompleks analiz
Kompleks analiz
CLO 1: Kompleks ədəd anlayışı, kompleks ədədlər üzərində əməllər, kompleks ədədin arqumenti və modulu, kompleks ədədin triqonometrik şəkli, Eyler düsturu,kompleks ədədin qüvveti, kompleks ədəddən kökalmavə genişlənmiş kompleks müstəvi haqqında biliklərə malik olmalıdır.
CLO 2: Kompleks dəyişənli funksiyalar, onların kəsilməzliyi və diferensiallanması, Koşi-Riman şərtləri, konform inikas anlayışı verequlyar funksiyalar haqqında biliklərə yiyələnməlidir.
CLO 3: Kompleks dəyişənli funksiyaların inteqrallanmasını, Koşi inteqral teoremini, Koşi integral düsturunu bilməlidir.
CLO 4: Loran sırası və onun yığılma oblasti, requlyar funksiyaların təcrid olunmuş məxsusi nöqtələrinin təsnifatı, tam və meromorf funksiyalarhaqqında biliklərə malik olmalıdır.
CLO 5: Çıxıq anlayışını, çıxıqlar nəzəriyyəsinin əsas teoremini vəçıxıqların hesablanmasını bilməlidir.
CLO 6: Çıxıqlar vasitəsilə bəzi inteqralların hesablanmasını bacarmalı, arqument prinsipi və Ruşe teoremini bilməlidir.
- İF- 31170yFənnin səhifəsi: Web texnologiyaları
Web texnologiyaları
CLO 1: Web səhifələrin strukturunun qurulması üçün HTML dilindən istifadə qaydaları bilməlidir.
CLO 2: Web səhifələrə dizayn və effektlərin verilməsi üçün CSS-dən istifadə üsullarıni bilməlidir.
CLO 3: Web səhifələrin daha effektiv tərtibatı üçün HTML dili və CSS-in əlaqələndirilməsini bacarmalıdır.
CLO 4: ASP.NET, PHP və onun ümumi strukturu haqqında ümumi anlayışlara malik olmalıdır.
CLO 5: CSS və HTML ilə müxtəlif stillərin yaradılması və əlaqələndirilməsini bacarmalıdır.
CLO 6: Web səhifələrə funksionallığın verilməsi üçün JavaScript-dən istifadə üsullarini bilməlidir.
- İF- 40177yFənnin səhifəsi: Paralel və paylanmış hesablamalar
Paralel və paylanmış hesablamalar
CLO 1: Paralel hesablama sistemləri (çoxprosessorlu və konveyer tipli sistemler) haqqında biliyə malik olmalı, bu sistemlərdə hesablamaların paralelləşməsi prinsip və xarakteristikalarını bilməli və müxtəlif məsələlərin həlli üçün paralel alqoritmlər qurmağı bacarmalıdır.
CLO 2: Bir və çox prosessorlu sistemlərdə resursun emal olunması, qovşağın kritik vəziyyətə keçməsi, paralel yerinə yetirilən proseslərin qarşılıqlı ləğvetmə alqoritmi ilə işləməyi bacarmalıdır.
CLO 3: Paylanmış sistemlərdə tətbiqi proseslərin sinxronluğu (parallelliyi) üsullarını və nasazlığa davamlılıq mexanizmlərini bilməlidir.
CLO 4: Paylanmış sistemlərdə informasiyanın tranzakt emalını, tranzaksiyaların seriallanmasını təmin edən alqoritmlərlə işləməyi bacarmalıdır.
CLO 5: Lemport vaxtı və onun iş prinsipinə, tranzaksiyanın öz vaxt nişanına uyğun növbǝyǝ durmasına, gecikmiş tranzaksiyanın ləğvi və ləğv olunan tranzaksiyaların sayını azaltmaq məqsədi ilə vaxt nişanı alqoritminin modifikasiya olunmuş variantın iş prinsipini bilməlidir.
CLO 6: Bloklaşdirma mexanizmi, ikifazalı bloklaşdırma, çıxılmaz vəziyyət, resurs, resursa qarşı yaradılmış növbə, tranzaksiyanın yerinə yetirilməsi və ondan imtina, nəticənin verilənlər bazasına yazılmasını bacarmalıdır.
- İFS-31107yFənnin səhifəsi: Veb proqramlaşdırma (back end)
Veb proqramlaşdırma (back end)
CLO 1: Django framework-unun əsaslarını və layihə strukturunu tətbiq edir.
CLO 2: URL marşrutlaşdırılması, view-lər və HTTP sorğu-cavab mexanizmlərindən istifadə edir.
CLO 3: Django Templates, HTML, CSS və statik fayllarla dinamik veb səhifələr hazırlayır.
CLO 4: Django ORM vasitəsilə verilənlər bazasını idarə edir və CRUD əməliyyatlarını həyata keçirir.
CLO 5: Modellər arasında əlaqələri qurur və Django Admin panelini konfiqurasiya edir.
CLO 6: Backend tətbiqlərində təhlükəsizlik prinsiplərini tətbiq edir və veb tətbiqləri test edir.
- İFS-40179yFənnin səhifəsi: Microsoft Azure-da süni intellekt
Microsoft Azure-da süni intellekt
CLO 1: Süni intellektin əsas anlayışlarını və Azure AI xidmətlərini izah edir.
CLO 2: Azure mühitində verilənləri hazırlayır və idarə edir.
CLO 3: Machine Learning və Deep Learning modellərini tətbiq edir.
CLO 4: AI modellərini qiymətləndirir, optimallaşdırır və yerləşdirir (Deployment).
CLO 5: Azure AI API-lərindən istifadə etməklə intellektual tətbiqlər hazırlayır.
CLO 6: AI sistemlərində təhlükəsizlik və etik prinsipləri tətbiq edir.
- İFS-40191yFənnin səhifəsi: Power BI ilə biznes analitikası
Power BI ilə biznes analitikası
CLO 1: Big Data və data analitikasının əsas anlayışlarını izah edir.
CLO 2: Power BI-də verilənləri idxal edir və emal edir.
CLO 3: Power Query ilə verilənləri transformasiya edir.
CLO 4: DAX funksiyalarından istifadə edərək hesablamalar aparır.
CLO 5: İnteraktiv hesabat və dashboardlar hazırlayır.
CLO 6: Power BI Service-də hesabatları paylaşır və idarə edir.
- İF-40173yFənnin səhifəsi: Proqramlaşdırmanın əsasları-2
Proqramlaşdırmanın əsasları-2
CLO 1: İnformatika elminin predmetini, tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər Üzərində əməliyyatların aparılmasını bilməlidir.
CLO 2: Kompüterlərin əsas iş prinsiplərini və verilənlərin yaddaşda təsviri xüsusiyyətlərini bilməlidir.
CLO 3: Alqoritmləşdirmənin əsas elementlərini; xətti, budaqlanan və dövri alqoritmlərin proqramlaşdırılması vasitələrini bilməlidir.
CLO 4: Xətti proqramların tərtib edilməsini, budaqlanan və dövri proseslərin proqramlaşdırılmasını bacarmalıdır.
CLO 5: Statik və dinamik massivlərlə işin xüsusiyyətlərini və fayllarla işin təşkilini bilməlidir.
CLO 6: Köməkçi funksiyalardan, standart kitabxanalardan, dinamik dəyişənlərdən istifadə edərək müxtəlif məsələlərin həllini bilməli və növbə, stek, dek, siyahılarla bağlı olan məsələlərin həllini bacarmalıdır.
- İF-40167yFənnin səhifəsi: Diskret riyaziyyat
Diskret riyaziyyat
CLO 1: Riyazi məntiqin əsas anlayışlarını, aksiomatik üsullarını, sintaksis və semantikanın başa düşülməsini, formal dillərdə işləmə təcrübəsinin toplanmasını bilməlidir.
CLO 2: Diskret riyaziyyatın əsasları, onun proqramlaşdırmada tətbiq sahələri haqqında biliyə malik olmalıdır.
CLO 3: Diskret informasiyaların işlənməsinin əsas üsullarını öyrənməlidir.
CLO 4: Bul cǝbri və Bul funksiyalarının minimallaşdırılmasını bilməlidir.
CLO 5: Qraflar nəzəriyyəsinin elementlərini, qrafların növlərini, tipik xassələrini, müəyyən məsələlərin qraf şəklində verilməsi, həll üsullarını öyrənməlidir.
CLO 6: Şəbəkədə axın və ağaclar haqqında biliklərə yiyələnməlidir.
- İFS-40182yFənnin səhifəsi: Data mühəndisliyinə giriş
Data mühəndisliyinə giriş
CLO 1: Data mühəndisliyinin əsas anlayışlarını və prinsiplərini izah edir.
CLO 2: Verilənlərin toplanması, saxlanması və emalı üsullarını tətbiq edir.
CLO 3: SQL və NoSQL verilənlər bazaları ilə işləyir.
CLO 4: ETL proseslərini və data pipeline-larını hazırlayır.
CLO 5: Big Data və bulud texnologiyalarından istifadə edir.
CLO 6: Data analitikası və vizuallaşdırma alətləri ilə verilənləri təhlil edir.
- İF-40168yFənnin səhifəsi: Diferensial tənliklər
Diferensial tənliklər
CLO 1: Birtərtibli adi diferensial tənliklər və tənliklər sistemi, n-tərtibli adi diferensial tənliklərin həllərinin qurulması üsulları, bu tənliklər üçün Koşi və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılmasıhaqqında biliyə malik olmalıdır.
CLO 2: Adi diferensial tənliklərin təbiətşünaslığın müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini bacarmalıdır.
CLO 3: Xüsusi törəməli diferensial tənliklərin təsnifatını, təbiətşünaslığın müxtəlif proseslərini ifadə eden riyazi fizika tənliklərinin çıxarılmasınıbilməlidir.
CLO 4: Riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını bilməlidir.
CLO 5: Riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin korrektliyinin araşdırılmasını öyrənməlidir.
CLO 6: Hiperbolik və parabolik tipli tənliklər üçün Koşi məsələlərinin həll üsulları, harmonik funksiyalar və potensiallar nəzəriyyəsinin elementləri haqqında biliklərə yiyələnməlidir.
- i İF-40170yFənnin səhifəsi: Ədədi üsullar-2
Ədədi üsullar-2
CLO 1: Su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə yönəlmiş idarəetmə tədbirlərini əsaslandırır.
CLO 2: Rus dilində işgüzar və akademik ünsiyyətin əsas prinsiplərini tətbiq edə biləcək. Peşə və akademik fəaliyyətlə bağlı mətnləri oxuyaraq əsas və xüsusi məlumatları müəyyən edə biləcək. Rus dilində rəsmi və akademik üslubda yazılı mətnlər hazırlaya biləcək. İşgüzar görüşlərdə, müzakirələrdə və təqdimatlarda rus dilində səmərəli kommunikasiya qura biləcək. Peşəkar mövzular üzrə fikir və mövqeyini rus dilində ardıcıl və əsaslandırılmış şəkildə ifadə edə biləcək. Rus dilində akademik və peşəkar məlumatları təhlil, ümumiləşdirmə və təqdimetmə bacarıqlarını nümayiş etdirə biləcək. Peşəkar və akademik mühitdə rus dilinin terminoloji və kommunikativ imkanlarından düzgün və məqsədyönlü istifadə edə biləcək.
CLO 3: Adi diferensial tənliklər və tənliklər sistemi üçün Koşi məsələsinin ədədi həll üsullarınıbilməlidir.
CLO 4: Adi və xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərininədədi həll üsullarınıbilməlidir.
CLO 5: Inteqral tənliklərin ədədi həll üsullarını bilməlidir.
CLO 6: Kompüter texnologiyaların köməyilə ədədi üsulların konkret məsələlərin həll alqoritmlərinin qurulmasına tətbiqini bilməlidir.
- İFS-31113ynFənnin səhifəsi: Qraflar nəzəriyyəsi
Qraflar nəzəriyyəsi
CLO 1: Qrafların əsas anlayışlarını, növlərini və verilmə üsullarını izah edir.
CLO 2: Marşrut, yol, tsikl, əlaqəlilik və məsafə anlayışlarını qraf məsələlərinin həllində tətbiq edir.
CLO 3: Ağac qrafları, Eyler və Hamilton qrafları üzrə məsələləri həll edir, Prim və Kraskal alqoritmlərindən istifadə edir.
CLO 4: Qrafların rənglənməsi, planar qraflar və ekstremal qraf məsələlərini təhlil edir.
CLO 5: Maksimal axın və optimal yol məsələlərinin həllində uyğun qraf alqoritmlərini tətbiq edir.
CLO 6: Qraflar nəzəriyyəsinin metodlarını kompüter elmləri və şəbəkə sistemlərində istifadə edir.
- İF-40171yFənnin səhifəsi: Optimallaşdırma üsulları
Optimallaşdırma üsulları
CLO 1: Bir və çoxdəyişənli funksiyaların ekstremumu üçün zəruri şərtləri və kafi şərtlərihaqqinda biliklərə yiyələnməlidir.
CLO 2: Şərti ekstremumu və Lagranjin qeyri-müəyyən vuruqlar üsulunu bilməlidir.
CLO 3: Qabarıq çoxluqları, qabarıq funksiyaları və onların xassələrini, xətti və qabarıq proqramlaşdırma məsələlərini və onların həll üsullarını, Kun-Takker teoremini bilməlidir.
CLO 4: Qradiyent üsulu və cərimə funksiyalar üsulunu öyrənməlidir.
CLO 5: Klassik variasiya məsələlərini, Eyler tənliyini, funksionalın ikinci variasiyasını və Lejandr şərtinibilməlidir.
CLO 6: Optimal idarəetmə nəzəriyyəsinin elementləri, Pontryaqinin maksimum prinsipi və onun diskret analoqu haqqında biliklərə malik olmalıdır.
- İF-40178yFənnin səhifəsi: Süni intellekt
Süni intellekt
CLO 1: Süni intellektin yaranmasının məqsədi, bu sahədə aparılan işlərin təsnifatı, tətqiqi üçün əsas istiqamətlər haqqında biliyə malik olmalıdır.
CLO 2: Süni Intellektual sistemlər, biliyin təsviri, biliklərin təsnifatını, biliyin təsvirinin məntiqi modeli və biliyin aşkarlanmasının problemlərini bilməlidir.
CLO 3: Biliklər və biliklər bazası, bilikləri səciyyələndirən xüsusiyyətlər haqqında biliklərə malik
CLO 4: Biliklərin təsvir modelləri: məntiqi modeller, semantik modeller, freym modelləri, produksiya modelləri, obyekt-yönlü modelləri bilməlidir.
CLO 5: Ekspert sistemlərin təsnifatını, onların işlənməsinin texnologiyalarını, onların tətbiq sahələrini bilməlidir.
CLO 6: Ekspert sistemlərində həllin axtarış metodları və strategiyalarini, məntiqi çıxarış mexanizmlərini bilməlidir.
- İFS-40185yFənnin səhifəsi: MS Excel ilə verilənlərin analizi
MS Excel ilə verilənlərin analizi
CLO 1: Excel mühitinin əsas imkanlarını, verilənlərin daxil edilməsi, formatlaşdırılması və əsas funksiyaların tətbiqini izah edir.
CLO 2: Riyazi, statistik, məntiqi, mətn, tarix və axtarış funksiyalarından istifadə edərək verilənləri emal edir və təhlil edir.
CLO 3: Verilənlərin çeşidlənməsi, filtrlənməsi, şərti formatlaşdırılması və vizuallaşdırılması üsullarını tətbiq edir.
CLO 4: PivotTable, PivotChart, Power Query və Power Pivot alətlərindən istifadə etməklə verilənləri modelləşdirir və təhlil edir.
CLO 5: DAX funksiyalarından istifadə edərək hesablamalar aparır, hesabatlar və interaktiv dashboardlar hazırlayır.
CLO 6: Excel-in analitik alətlərindən istifadə etməklə real verilənlər əsasında qərarverməni dəstəkləyən hesabat və layihələr hazırlayır.
- İFS-31110ydFənnin səhifəsi: Python-la maşın öyrənməsi
Python-la maşın öyrənməsi
CLO 1: Maşın öyrənməsinin əsas anlayışlarını, növlərini, inkişaf mərhələlərini və tətbiq sahələrini izah edir.
CLO 2: NumPy, Pandas, SciPy, Matplotlib və Seaborn kitabxanalarından istifadə etməklə verilənləri emal edir, təhlil edir və vizuallaşdırır.
CLO 3: Verilənlərin ilkin emalı (Data Preprocessing) və statistik təhlili üsullarını tətbiq edərək maşın öyrənməsi üçün verilənləri hazırlayır.
CLO 4: Nəzarətli öyrənmə alqoritmlərini (Decision Tree, Random Forest, KNN, SVM, Naive Bayes və Reqressiya) tətbiq edərək proqnozlaşdırma və təsnifat məsələlərini həll edir.
CLO 5: Nəzarətsiz öyrənmə alqoritmlərini (K-Means, DBSCAN) tətbiq edərək verilənlərin klasterləşdirilməsini həyata keçirir və nəticələri qiymətləndirir.
CLO 6: Maşın öyrənməsi modellərini qurur, qiymətləndirir və generativ süni intellekt alətlərindən istifadə etməklə əldə olunan nəticələri şərh edir və praktik məsələlərin həllində tətbiq edir.
- ÜF-1302y-Computer-scienceFənnin səhifəsi: History of Azerbaijan
History of Azerbaijan
CLO 1: • CLO1: Explains the key characteristics of the main periods of Azerbaijani history.
CLO 2: .CLO2: Clarifies selected controversial issues in Azerbaijani history.
CLO 3: .CLO3: Develops an objective position on relevant historical issues.
CLO 4: .CLO4: Demonstrates the required basic knowledge and formulates independent views on course topics.
CLO 5: .CLO5: Relates Azerbaijan's ancient history to the modern era.
- ÜF-1302y-İTTFənnin səhifəsi: Azərbaycan tarixi
Azərbaycan tarixi
CLO 1: • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
CLO 2: • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
CLO 3: • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
CLO 4: • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
CLO 5: • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
- ÜF-1306yFənnin səhifəsi: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.
- ÜF-1303y-komputer-elmləriFənnin səhifəsi: Fəlsəfə
Fəlsəfə
CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
CLO 7: .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.