Fənn · Kompüter elmləri
Paralel və paylanmış hesablamalar
Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Paralel və paylanmış hesablamalar fənni paralel və paylanmış hesablama sistemlərinin arxitekturasını, paralel alqoritmlərin qurulması prinsiplərini, çoxprosessorlu sistemlərdə resursların idarə olunmasını, proseslərin sinxronlaşdırılmasını, tranzaksiyaların idarə edilməsini və bloklaşdırma mexanizmlərini əhatə edir. Fənn tələbələrdə paralel və paylanmış sistemlərin layihələndirilməsi, məhsuldarlığının qiymətləndirilməsi, hesablama resurslarından səmərəli istifadə olunması və mürəkkəb hesablama məsələlərinin müasir paralel proqramlaşdırma yanaşmaları ilə həll edilməsi bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Fənn təlim nəticələri
CLO 1: Paralel hesablama sistemləri (çoxprosessorlu və konveyer tipli sistemler) haqqında biliyə malik olmalı, bu sistemlərdə hesablamaların paralelləşməsi prinsip və xarakteristikalarını bilməli və müxtəlif məsələlərin həlli üçün paralel alqoritmlər qurmağı bacarmalıdır.
CLO 2: Bir və çox prosessorlu sistemlərdə resursun emal olunması, qovşağın kritik vəziyyətə keçməsi, paralel yerinə yetirilən proseslərin qarşılıqlı ləğvetmə alqoritmi ilə işləməyi bacarmalıdır.
CLO 3: Paylanmış sistemlərdə tətbiqi proseslərin sinxronluğu (parallelliyi) üsullarını və nasazlığa davamlılıq mexanizmlərini bilməlidir.
CLO 4: Paylanmış sistemlərdə informasiyanın tranzakt emalını, tranzaksiyaların seriallanmasını təmin edən alqoritmlərlə işləməyi bacarmalıdır.
CLO 5: Lemport vaxtı və onun iş prinsipinə, tranzaksiyanın öz vaxt nişanına uyğun növbǝyǝ durmasına, gecikmiş tranzaksiyanın ləğvi və ləğv olunan tranzaksiyaların sayını azaltmaq məqsədi ilə vaxt nişanı alqoritminin modifikasiya olunmuş variantın iş prinsipini bilməlidir.
CLO 6: Bloklaşdirma mexanizmi, ikifazalı bloklaşdırma, çıxılmaz vəziyyət, resurs, resursa qarşı yaradılmış növbə, tranzaksiyanın yerinə yetirilməsi və ondan imtina, nəticənin verilənlər bazasına yazılmasını bacarmalıdır.