Bakalavr proqramı

Kompüter elmləri

Bakalavr6005009 (050509)İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiMühəndis Riyaziyyatı və Süni İntellekt46 fənn

Proqram haqqında

Kompüter elmləri üzrə bakalavr proqramı tələbələrə kompüter elmlərinin fundamental nəzəri əsaslarını və müasir informasiya texnologiyaları sahəsində peşəkar bilik və bacarıqlar qazandıran dörd illik təhsil proqramıdır. Proqram çərçivəsində tələbələr proqramlaşdırma, alqoritmlər, verilənlər strukturları, kompüter arxitekturası, əməliyyat sistemləri, verilənlər bazaları, kompüter şəbəkələri, proqram mühəndisliyi, süni intellekt və məlumatların emalı üzrə nəzəri və praktik hazırlıq əldə edirlər. Təhsil proqramı tələbələrdə analitik və alqoritmik düşünmə, problemlərin elmi əsaslarla həlli, proqram sistemlərinin layihələndirilməsi, hazırlanması, sınaqdan keçirilməsi və təkmilləşdirilməsi bacarıqlarını formalaşdırır. Tədris prosesi müasir laboratoriyalar, layihə əsaslı öyrənmə və istehsalat təcrübəsi ilə dəstəklənərək nəzəri biliklərin praktik tətbiqini təmin edir. Proqramın məzunları informasiya texnologiyaları, proqram təminatının hazırlanması, süni intellekt, verilənlərin analitikası və digər rəqəmsal texnologiyalar sahələrində peşəkar fəaliyyət göstərmək, həmçinin magistratura səviyyəsində təhsilini davam etdirmək üçün zəruri bilik və kompetensiyalara yiyələnirlər.

Dərəcə tələbləri

Ümumi Təhsil Fənləri (General Education) – 30 kredit Bu fənlər ümumi bilik bazasının formalaşdırılması üçün tədris olunur. Əsas İxtisas Fənləri (Core Computer Science Courses) – 120 kredit Bu fənlər kompüter elmləri üzrə fundamental nəzəri bilik və praktik bacarıqların formalaşdırılmasını təmin edir. Seçmə Fənlər (Electives) – 60 kredit Tələbə maraq dairəsinə və gələcək karyera planına uyğun olaraq seçmə fənləri seçə bilər. Təcrübə və Layihə (Internship & Capstone Project) – 30 kredit Praktiki təcrübə (internship) və buraxılış layihəsi çərçivəsində tələbələr müəssisələrdə və ya universitetdə real layihələr üzərində işləyirlər. Toplam kreditlər: 240

Proqramı araşdırın