Fənn · Kompüter elmləri

Paralel və paylanmış hesablamalarCLO↔PLO matrisi

İF- 40177y4 kreditYaz semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

6 CLO × 6 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6
CLO 1CLO-81569Paralel hesablama sistemləri (çoxprosessorlu və konveyer tipli sistemler) haqqında biliyə malik olmalı, bu sistemlərdə hesablamaların paralelləşməsi prinsip və xarakteristikalarını bilməli və müxtəlif məsələlərin həlli üçün paralel alqoritmlər qurmağı bacarmalıdır.uyğunduruyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğun deyil
CLO 2CLO-13185Bir və çox prosessorlu sistemlərdə resursun emal olunması, qovşağın kritik vəziyyətə keçməsi, paralel yerinə yetirilən proseslərin qarşılıqlı ləğvetmə alqoritmi ilə işləməyi bacarmalıdır.uyğun deyiluyğun deyiluyğun deyiluyğunduruyğunduruyğun deyil
CLO 3CLO-23580Paylanmış sistemlərdə tətbiqi proseslərin sinxronluğu (parallelliyi) üsullarını və nasazlığa davamlılıq mexanizmlərini bilməlidir.uyğun deyiluyğunduruyğun deyiluyğunduruyğunduruyğun deyil
CLO 4CLO-21159Paylanmış sistemlərdə informasiyanın tranzakt emalını, tranzaksiyaların seriallanmasını təmin edən alqoritmlərlə işləməyi bacarmalıdır.uyğun deyiluyğunduruyğun deyiluyğunduruyğun deyiluyğun deyil
CLO 5CLO-77949Lemport vaxtı və onun iş prinsipinə, tranzaksiyanın öz vaxt nişanına uyğun növbǝyǝ durmasına, gecikmiş tranzaksiyanın ləğvi və ləğv olunan tranzaksiyaların sayını azaltmaq məqsədi ilə vaxt nişanı alqoritminin modifikasiya olunmuş variantın iş prinsipini bilməlidir.uyğun deyiluyğun deyiluyğun deyiluyğunduruyğunduruyğun deyil
CLO 6CLO-92975Bloklaşdirma mexanizmi, ikifazalı bloklaşdırma, çıxılmaz vəziyyət, resurs, resursa qarşı yaradılmış növbə, tranzaksiyanın yerinə yetirilməsi və ondan imtina, nəticənin verilənlər bazasına yazılmasını bacarmalıdır.uyğun deyiluyğunduruyğun deyiluyğunduruyğunduruyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    Kompüter elmlərinin fundamental nəzəri əsaslarını, riyazi metodları və hesablama prinsiplərini peşə fəaliyyətində tətbiq etmək bacarıqları.

    Töhfə verən: CLO 1

  2. PLO 2

    Proqram təminatının analizi, layihələndirilməsi, hazırlanması, sınaqdan keçirilməsi, tətbiqi və müşayiəti üzrə bacarıqlar.

    Töhfə verən: CLO 3, CLO 4, CLO 6

  3. PLO 3

    Verilənlər bazalarının layihələndirilməsi və idarə olunması, informasiya sistemlərinin hazırlanması, həmçinin süni intellekt texnologiyalarının tətbiqi üzrə bacarıqlar.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    Kompüter şəbəkələrinin, informasiya təhlükəsizliyi və paylanmış sistemlərin layihələndirilməsi, qurulması, idarə edilməsi və təhlükəsiz istismarı üzrə bacarıqlar.

    Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6

  5. PLO 5

    Alqoritmik düşünmə, hesablama məsələlərinin analizi, səmərəli alqoritmlərin işlənməsi və müasir proqramlaşdırma dillərindən istifadə bacarıqları.

    Töhfə verən: CLO 2, CLO 3, CLO 5, CLO 6

  6. PLO 6

    Peşə etikası prinsiplərinə riayət etmək, effektiv şifahi və yazılı ünsiyyət qurmaq, komandada işləmək, elmi-tədqiqat aparmaq və davamlı peşəkar inkişaf bacarıqları.

    Bu fənndən töhfə yoxdur