Fənn haqqında
Kredit
3
İş yükü
90saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Ədədi üsullar–2” fənni mürəkkəb riyazi və tətbiqi məsələlərin həlli üçün müasir ədədi metodların öyrənilməsini əhatə edir. Fənn çərçivəsində Runge–Kutta üsulları, sonlu fərq, kollokasiya və Qalerkin metodları, elliptik, parabolik və hiperbolik tip diferensial tənliklərin ədədi həlli, inteqral tənliklərin həlli üsulları, həmçinin bu metodların kompüter texnologiyalarında reallaşdırılması öyrədilir. Kursun sonunda tələbələr müxtəlif ədədi alqoritmləri qurmaq və tətbiq etmək, hesablama nəticələrinin dəqiqliyini qiymətləndirmək, elmi və mühəndislik problemlərinin həllində müasir ədədi üsullardan səmərəli istifadə etmək bacarığı əldə edirlər.
Fənn təlim nəticələri
CLO 1: Su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə yönəlmiş idarəetmə tədbirlərini əsaslandırır.
CLO 2: Rus dilində işgüzar və akademik ünsiyyətin əsas prinsiplərini tətbiq edə biləcək. Peşə və akademik fəaliyyətlə bağlı mətnləri oxuyaraq əsas və xüsusi məlumatları müəyyən edə biləcək. Rus dilində rəsmi və akademik üslubda yazılı mətnlər hazırlaya biləcək. İşgüzar görüşlərdə, müzakirələrdə və təqdimatlarda rus dilində səmərəli kommunikasiya qura biləcək. Peşəkar mövzular üzrə fikir və mövqeyini rus dilində ardıcıl və əsaslandırılmış şəkildə ifadə edə biləcək. Rus dilində akademik və peşəkar məlumatları təhlil, ümumiləşdirmə və təqdimetmə bacarıqlarını nümayiş etdirə biləcək. Peşəkar və akademik mühitdə rus dilinin terminoloji və kommunikativ imkanlarından düzgün və məqsədyönlü istifadə edə biləcək.
CLO 3: Adi diferensial tənliklər və tənliklər sistemi üçün Koşi məsələsinin ədədi həll üsullarınıbilməlidir.
CLO 4: Adi və xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərininədədi həll üsullarınıbilməlidir.
CLO 5: Inteqral tənliklərin ədədi həll üsullarını bilməlidir.
CLO 6: Kompüter texnologiyaların köməyilə ədədi üsulların konkret məsələlərin həll alqoritmlərinin qurulmasına tətbiqini bilməlidir.