Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Optimallaşdırma üsulları” fənni optimallaşdırma nəzəriyyəsinin əsas anlayışlarını, bir və çoxdəyişənli funksiyaların ekstremumunun tapılması üsullarını, şərti ekstremum məsələlərini və Laqranj vurucuları metodunu əhatə edir. Fənn çərçivəsində qabarıq çoxluqlar və qabarıq proqramlaşdırma, Kun-Takker teoremi, qradiyent və cərimə funksiyaları üsulları, klassik variasiya məsələləri, Eyler tənliyi, funksionalın variasiyası, Lejandr şərti, optimal idarəetmə nəzəriyyəsi və Pontryaqinin maksimum prinsipi öyrənilir. Kurs tələbələrdə optimallaşdırma məsələlərinin riyazi modelləşdirilməsi, müasir optimallaşdırma alqoritmlərinin tətbiqi və müxtəlif mühəndislik, informasiya texnologiyaları və idarəetmə sahələrində rast gəlinən praktiki problemlərin həlli üzrə nəzəri bilik və praktik bacarıqlar formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Bir və çoxdəyişənli funksiyaların ekstremumu üçün zəruri şərtləri və kafi şərtlərihaqqinda biliklərə yiyələnməlidir.
CLO 2: Şərti ekstremumu və Lagranjin qeyri-müəyyən vuruqlar üsulunu bilməlidir.
CLO 3: Qabarıq çoxluqları, qabarıq funksiyaları və onların xassələrini, xətti və qabarıq proqramlaşdırma məsələlərini və onların həll üsullarını, Kun-Takker teoremini bilməlidir.
CLO 4: Qradiyent üsulu və cərimə funksiyalar üsulunu öyrənməlidir.
CLO 5: Klassik variasiya məsələlərini, Eyler tənliyini, funksionalın ikinci variasiyasını və Lejandr şərtinibilməlidir.
CLO 6: Optimal idarəetmə nəzəriyyəsinin elementləri, Pontryaqinin maksimum prinsipi və onun diskret analoqu haqqında biliklərə malik olmalıdır.