Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Analitik həndəsə fənni müstəvidə və fəzada Dekart koordinat sistemini, vektor cəbrinin əsaslarını, xətti tənliklər sistemini, koordinat çevirmələrini, düz xətt və müstəvinin tənliklərini, ikinci tərtibli əyri və səthləri, eləcə də dairəvi konusun kəsiklərini əhatə edir. Fənn tələbələrdə həndəsi obyektlərin analitik üsullarla tədqiqi, riyazi modellərin qurulması və kompüter elmlərində tətbiq olunan həndəsi məsələlərin həlli bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Fənn təlim nəticələri
CLO 1: Müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri haqqında biliyə malik olmalıdır.
CLO 2: İki və üç məchullu xətti tənliklər sisteminin həllini bilməlidir.
CLO 3: Vektorlar cəbrinin elementlərini bilməlidir.
CLO 4: Koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri haqqında biliklərə yiyələnməlidir.
CLO 5: Dairəvi konusun kəsiklərinin xassələrini bilməlidir.