Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Xətti cəbr fənni matrislər və determinantlar üzərində əməliyyatları, xətti fəza və bazis anlayışlarını, xətti tənliklər sisteminin həll üsullarını, Evklid fəzası, ortoqonallaşdırma, xətti çevirmələr və kvadratik formaları əhatə edir. Fənn tələbələrdə xətti cəbr metodlarını mənimsəmək və onları riyazi, mühəndislik və kompüter elmləri məsələlərinin həllində tətbiq etmək bacarıqlarını formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Çoxhedlilər və matrislər üzərində əməlləri yerinə yetirməyi, determinantın xassələri və hesablanması qaydalarını, Laplas teoreminin tətbiqinibilməlidir.
CLO 2: Xətti fəza və onun bazisi haqqında biliklərə yiyələnməlidir.
CLO 3: Xətti cəbri tənliklər sistemi və onların həlli üsullarını, Kroneker-Kapelli teoremini bilməlidir.
CLO 4: Evklid fəzası və ortogonallaşdırma üsulu haqqında biliyə malik olmalıdır.
CLO 5: Xətti və bixətti çevirmələr haqqında biliklərə yiyələnməlidir.
CLO 6: Kvadratik formalar və onların təsnifatı haqqında biliyə malik olmalıdır.