Fənn · Kompüter elmləri
MS Excel ilə verilənlərin analizi
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Excel ilə verilənlərin analizi” fənni Microsoft Excel mühitində verilənlərin emalı, təhlili və vizuallaşdırılması üzrə nəzəri bilik və praktik bacarıqların formalaşdırılmasına yönəlib. Fənn çərçivəsində Excel-in əsas funksiyaları, məntiqi, riyazi, statistik, mətn, tarix və axtarış funksiyaları, verilənlərin çeşidlənməsi və filtrlənməsi, şərti formatlaşdırma, diaqramların qurulması, PivotTable və PivotChart, Data Analysis ToolPak, Power Query, Power Pivot və DAX alətlərindən istifadə öyrədilir. Kursun sonunda tələbələr verilənlərin təhlili, hesabat və interaktiv dashboardların hazırlanması, məlumatların transformasiyası və vizuallaşdırılması üzrə praktiki bacarıqlar əldə edir, Excel vasitəsilə analitik qərarvermə prosesində səmərəli işləmək bacarığı qazanırlar.
Fənn təlim nəticələri
CLO 1: Excel mühitinin əsas imkanlarını, verilənlərin daxil edilməsi, formatlaşdırılması və əsas funksiyaların tətbiqini izah edir.
CLO 2: Riyazi, statistik, məntiqi, mətn, tarix və axtarış funksiyalarından istifadə edərək verilənləri emal edir və təhlil edir.
CLO 3: Verilənlərin çeşidlənməsi, filtrlənməsi, şərti formatlaşdırılması və vizuallaşdırılması üsullarını tətbiq edir.
CLO 4: PivotTable, PivotChart, Power Query və Power Pivot alətlərindən istifadə etməklə verilənləri modelləşdirir və təhlil edir.
CLO 5: DAX funksiyalarından istifadə edərək hesablamalar aparır, hesabatlar və interaktiv dashboardlar hazırlayır.
CLO 6: Excel-in analitik alətlərindən istifadə etməklə real verilənlər əsasında qərarverməni dəstəkləyən hesabat və layihələr hazırlayır.