Fənn · Kompüter elmləri

Riyazi analiz-1

İF-40162y7 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Riyazi analiz–1 fənni çoxluqlar nəzəriyyəsinin elementlərini, ədədi ardıcıllıq və funksiyaların limitini, kəsilməzliyi, diferensial və inteqral hesabın əsas anlayışlarını, funksional və qüvvət sıralarını, Teylor və Makloren düsturlarını əhatə edir. Fənn tələbələrdə riyazi təfəkkürün, analitik düşünmə bacarıqlarının formalaşdırılmasını, nəzəri biliklərin kompüter elmlərində rast gəlinən tətbiqi məsələlərin həllində istifadə olunmasını təmin edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Çoxluqlar nəzəriyyəsinin elementləri, ardıcıllığın limiti anlayışı, birdəyişənli funksiyanın limiti və əsas xassələri, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyi, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları haqqında biliklərə malik olmalıdır.

  2. CLO 2: Birdəyişənli funksiyanın törəməsi və diferensialını, diferensial hesabının əsas teoremlərini, yüksək tərtib törəmələr və diferensialları, birdəyişənli funksiya üçün Teylor düsturunu, ekstremumüçün zəruri şərti və kafi şərtləri, xarakteristik nöqtələrə görə funksiyanın qrafikini qurmağı, qeyri-müəyyən, müəyyən və qeyri-məxsusi inteqralları ve onların xassələrinibilməlidir.

  3. CLO 3: Ədədi sıraların, funksional ardıcıllıqlar və sıraların, qüvvət sıraların, Teylor ve Makloren sıralarının və Furye sırasınınanlayışları və onlarla bağlı hökmlər haqqında biliklərə malik olmalıdır.

  4. CLO 4: Çoxölçülü Evklid fəzasını, çoxdəyişənli funksiyanın limitini, kəsilməzliyi və müntəzəm kəsilməzliyini bilməlidir.

  5. CLO 5: Çoxdəyişənli funksiyanın xüsusi törəmələri və diferensialını, yüksək tərtib xüsusi törəmələri və diferensiallarını, Teylor düsturunu, ekstremumüçün zəruri şərti və kafi şərtlərini bilməlidir.

  6. CLO 6: Parametrdən asılı inteqrallar, çoxqat Riman inteqralları, ayrixətli və səth inteqralları haqqında biliklərə yiyələnməli və onlarıhesablamağı bacarmalıdır.