Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Web texnologiyaları fənni veb tətbiqlərinin hazırlanmasının əsas texnologiyalarını, HTML və CSS vasitəsilə veb səhifələrin strukturunun və dizaynının qurulmasını, JavaScript ilə interaktivliyin təmin edilməsini, həmçinin server tərəfli proqramlaşdırmanın əsaslarını əhatə edir. Fənn tələbələrdə müasir veb texnologiyalarından istifadə etməklə funksional, istifadəçi yönümlü və estetik veb tətbiqlərinin hazırlanması, veb səhifələrin layihələndirilməsi, tətbiqi və inkişaf etdirilməsi bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Fənn təlim nəticələri
CLO 1: Web səhifələrin strukturunun qurulması üçün HTML dilindən istifadə qaydaları bilməlidir.
CLO 2: Web səhifələrə dizayn və effektlərin verilməsi üçün CSS-dən istifadə üsullarıni bilməlidir.
CLO 3: Web səhifələrin daha effektiv tərtibatı üçün HTML dili və CSS-in əlaqələndirilməsini bacarmalıdır.
CLO 4: ASP.NET, PHP və onun ümumi strukturu haqqında ümumi anlayışlara malik olmalıdır.
CLO 5: CSS və HTML ilə müxtəlif stillərin yaradılması və əlaqələndirilməsini bacarmalıdır.
CLO 6: Web səhifələrə funksionallığın verilməsi üçün JavaScript-dən istifadə üsullarini bilməlidir.