Fənn · Kompüter elmləri
Microsoft Azure-da süni intellekt
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Azure-də Süni İntellekt fənni bulud texnologiyaları mühitində süni intellekt həllərinin layihələndirilməsi, hazırlanması, yerləşdirilməsi və idarə olunmasının nəzəri və praktiki əsaslarını öyrədir. Fənn çərçivəsində Microsoft Azure platformasında süni intellekt xidmətləri, maşın öyrənməsi prosesinin mərhələləri, verilənlərin ilkin emalı, xüsusiyyətlərin hazırlanması (feature engineering), klassik və dərin öyrənmə alqoritmləri, modelin qiymətləndirilməsi və optimallaşdırılması, modelin yerləşdirilməsi (deployment), monitorinqi, təhlükəsizlik və məxfilik prinsipləri, həmçinin hazır AI xidmətləri və API-lərin tətbiqi öyrənilir. Fənn tələbələrdə bulud əsaslı süni intellekt sistemlərinin hazırlanması, tətbiqi və idarə olunması üzrə peşəkar bacarıqların formalaşdırılmasına xidmət edir.
Fənn təlim nəticələri
CLO 1: Süni intellektin əsas anlayışlarını və Azure AI xidmətlərini izah edir.
CLO 2: Azure mühitində verilənləri hazırlayır və idarə edir.
CLO 3: Machine Learning və Deep Learning modellərini tətbiq edir.
CLO 4: AI modellərini qiymətləndirir, optimallaşdırır və yerləşdirir (Deployment).
CLO 5: Azure AI API-lərindən istifadə etməklə intellektual tətbiqlər hazırlayır.
CLO 6: AI sistemlərində təhlükəsizlik və etik prinsipləri tətbiq edir.