Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Proqramlaşdırma texnologiyaları fənni proqram təminatının hazırlanması prosesinin mərhələlərini, proqram layihələrinin layihələndirilməsi və reallaşdırılması prinsiplərini, struktur və obyekt-yönlü proqramlaşdırma texnologiyalarını, modul proqramlaşdırmanı, proqram təminatının keyfiyyətinin təmin edilməsi, sazlanması, testləşdirilməsi və təhlükəsizliyinin əsaslarını əhatə edir. Fənn tələbələrdə müasir proqramlaşdırma texnologiyalarından istifadə etməklə etibarlı, təhlükəsiz və keyfiyyətli proqram təminatı hazırlamaq bacarıqlarını formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Iri proqram layihələrinin yaradılması texnologiyalarını məsələnin qoyuluşundan onun istismara təhvil verilənədək bütün mərhələləri üzrə biliklərə malik olmalıdır.
CLO 2: Proqram təminatının keyfiyyətinə nəzarət növlərini, proqram təminatının sazlanması üsullarını bilməlidir.
CLO 3: Müasir proqramlaşdırma texnologiyaların köməyi ilə etibarlı proqram vasitələrinin yaradılması və informasiyanın mühafizəsinin üsulları üzrə biliklərə malik olmalıdır.
CLO 4: Proqram strukturunun yaradılması və modul proqramlaşdırma biliklərinə malik olmalıdır.
CLO 5: Struktur proqramlaşdırma və obyekt-yönlü proqramlaşdırma texnologiyalarını bilməlidir.
CLO 6: Səhvlərin klassifikasiyası, tapılması və aradan qaldırılması üsullarını, struktur və funksional testləşdirmə üsullarını bilməlidir.