Fənn · Kompüter elmləri

Diskret riyaziyyat

İF-40167y6 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Diskret riyaziyyat fənni çoxluqlar nəzəriyyəsi, münasibətlər, funksiyalar, kombinatorika, Bul cəbri, riyazi məntiq, qraflar nəzəriyyəsi, ağaclar və şəbəkələrin əsas anlayışlarını əhatə edir. Fənn tələbələrə diskret strukturların riyazi əsaslarını, onların analiz və modelləşdirilməsi üsullarını, həmçinin proqramlaşdırma, alqoritmlərin layihələndirilməsi, verilənlər strukturları və kompüter elmlərində tətbiqini öyrədir. Fənn nəzəri biliklərin praktik məsələlərin həllində istifadəsi, məntiqi təfəkkürün və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Riyazi məntiqin əsas anlayışlarını, aksiomatik üsullarını, sintaksis və semantikanın başa düşülməsini, formal dillərdə işləmə təcrübəsinin toplanmasını bilməlidir.

  2. CLO 2: Diskret riyaziyyatın əsasları, onun proqramlaşdırmada tətbiq sahələri haqqında biliyə malik olmalıdır.

  3. CLO 3: Diskret informasiyaların işlənməsinin əsas üsullarını öyrənməlidir.

  4. CLO 4: Bul cǝbri və Bul funksiyalarının minimallaşdırılmasını bilməlidir.

  5. CLO 5: Qraflar nəzəriyyəsinin elementlərini, qrafların növlərini, tipik xassələrini, müəyyən məsələlərin qraf şəklində verilməsi, həll üsullarını öyrənməlidir.

  6. CLO 6: Şəbəkədə axın və ağaclar haqqında biliklərə yiyələnməlidir.