Fənn · Kompüter elmləri

Ehtimal nəzəriyyəsi və riyazi statistika

İF-40118y4 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri fənni ehtimal nəzəriyyəsinin əsas anlayışlarını, təsadüfi hadisələr və təsadüfi kəmiyyətləri, ehtimal paylanmalarını, statistik qiymətləndirmə və hipotezlərin yoxlanılması üsullarını əhatə edir. Fənn tələbələrə ehtimal-statistik modellərin qurulmasını, verilənlərin statistik təhlilini, təsadüfi proseslərin qiymətləndirilməsini və nəticələrin elmi əsaslarla şərhini öyrədir. Fənn əldə olunan biliklərin mühəndislik, kompüter elmləri və tətbiqi riyaziyyat sahələrində praktiki məsələlərin həllinə tətbiq edilməsinə xidmət edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanma qaydalarını bilməlidir.

  2. CLO 2: Tam ehtimal və Bayes düsturlarının tətbiqini, ardıcıl təkrar sınaqlar üçün Bernulli sxemini, Muavr-Laplas və Puasson teoremlərinin tətbiqlərini bilməlidir.

  3. CLO 3: Diskret və təsadüfi kəmiyyətlərin paylanma qanunları və onların ədədi xarakteristikalarıhaqqında biliklərə malik olmalıdır.

  4. CLO 4: Böyük ədədlər qanunu və mərkəzi limit teoremlərinin əsas mahiyyəti haqqında biliklərə yiyələnməlidir.

  5. CLO 5: Parametrlərin statistik qiymətləndirilməsi və etibarlılıq intervalının qurulmasını, statistik hipotezlərin yoxlanılması üsullalarını bilməlidir.