Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Veb proqramlaşdırma fənni müasir veb tətbiqlərinin layihələndirilməsi və hazırlanmasının nəzəri və praktiki əsaslarını öyrədir. Fənn çərçivəsində Django freymvorkunun arxitekturası, layihə və tətbiqlərin yaradılması, URL marşrutlaşdırılması, sorğuların emalı, şablon (template) sistemi, statik resursların idarə olunması, verilənlər bazaları ilə iş, SQL və ORM texnologiyaları, model sinifləri, CRUD əməliyyatları, modellərarası əlaqələr, miqrasiyalar, admin panelinin qurulması və konfiqurasiyası, həmçinin dinamik veb tətbiqlərinin hazırlanması prinsipləri öyrədilir. Fənn tələbələrdə təhlükəsiz, funksional və miqyaslana bilən veb tətbiqlərinin hazırlanması və idarə olunması üzrə peşəkar bacarıqların formalaşdırılmasına xidmət edir.
Fənn təlim nəticələri
CLO 1: Django framework-unun əsaslarını və layihə strukturunu tətbiq edir.
CLO 2: URL marşrutlaşdırılması, view-lər və HTTP sorğu-cavab mexanizmlərindən istifadə edir.
CLO 3: Django Templates, HTML, CSS və statik fayllarla dinamik veb səhifələr hazırlayır.
CLO 4: Django ORM vasitəsilə verilənlər bazasını idarə edir və CRUD əməliyyatlarını həyata keçirir.
CLO 5: Modellər arasında əlaqələri qurur və Django Admin panelini konfiqurasiya edir.
CLO 6: Backend tətbiqlərində təhlükəsizlik prinsiplərini tətbiq edir və veb tətbiqləri test edir.