Ümumi məlumat
- Fənn kodu
- İFS-31107y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 15 saat - mühazirə b) 30 saat - seminar c) 30 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 63 saat - sərbəst və laboratoriya işi b) 42 saat - hazırlıq
Fənn haqqında
Veb proqramlaşdırma fənni müasir veb tətbiqlərinin layihələndirilməsi və hazırlanmasının nəzəri və praktiki əsaslarını öyrədir. Fənn çərçivəsində Django freymvorkunun arxitekturası, layihə və tətbiqlərin yaradılması, URL marşrutlaşdırılması, sorğuların emalı, şablon (template) sistemi, statik resursların idarə olunması, verilənlər bazaları ilə iş, SQL və ORM texnologiyaları, model sinifləri, CRUD əməliyyatları, modellərarası əlaqələr, miqrasiyalar, admin panelinin qurulması və konfiqurasiyası, həmçinin dinamik veb tətbiqlərinin hazırlanması prinsipləri öyrədilir. Fənn tələbələrdə təhlükəsiz, funksional və miqyaslana bilən veb tətbiqlərinin hazırlanması və idarə olunması üzrə peşəkar bacarıqların formalaşdırılmasına xidmət edir.
Tədris metodları
- mühazirə
- seminar
- laboratoriya işi
- layihə əsaslı öyrənmə
- təqdimatlar
- interaktiv müzakirə
Fənn təlim nəticələri (CLO)
CLO 1: Django framework-unun əsaslarını və layihə strukturunu tətbiq edir.
CLO 2: URL marşrutlaşdırılması, view-lər və HTTP sorğu-cavab mexanizmlərindən istifadə edir.
CLO 3: Django Templates, HTML, CSS və statik fayllarla dinamik veb səhifələr hazırlayır.
CLO 4: Django ORM vasitəsilə verilənlər bazasını idarə edir və CRUD əməliyyatlarını həyata keçirir.
CLO 5: Modellər arasında əlaqələri qurur və Django Admin panelini konfiqurasiya edir.
CLO 6: Backend tətbiqlərində təhlükəsizlik prinsiplərini tətbiq edir və veb tətbiqləri test edir.
Mövzu planı
- 1.Giriş və Django-nun Əsasları: Django-nun tanıtımı; Virtual mühitin yaradılması; Django-nun quraşdırılması; İlk Django layihəsinin yaradılmasıMühazirə
Mövzuda Python mühitində Django freymvorkunun iş prinsipi, layihələrin təcrid olunması üçün virtual mühitin qurulması və ilk veb layihənin yaradılması öyrənilir.
- Django framework-unun əsaslarını və layihə strukturunu tətbiq edir.
- 2.Təqdimatlar və marşrutlaşdırma. Serverə sorğu göndərən zaman istisna halların emalıMühazirə
Mövzuda Django-da gələn URL sorğularının emal edilməsi, layihə daxilində marşrutların path və re_path funksiyaları ilə təyini, include vasitəsilə alt tətbiqlərə yönləndirilməsi və HTTP xətalarının idarə olunması öyrənilir.
- 3.Şablonlar: Şablon mühərriki və şablon sintaksisi. Dəyişənlərin istifadə olunması. Şablon etiketləri və şablon filtrləriMühazirə
Mövzuda Django-nun daxili şablon mühərrikinin iş prinsipi, dinamik verilənlərin HTML səhifələrinə render edilməsi üçün dəyişənlərin istifadəsi, həmçinin şərt və dövr operatorlarını idarə edən şablon etiketləri və məlumatları vizual olaraq dəyişdirən filtrlər öyrənilir.
- Django Templates, HTML, CSS və statik fayllarla dinamik veb səhifələr hazırlayır.
- 4.Şablonlar: Şablon mirası: extends, block etiketləri, url etiketi; Şablonlarda statik faylların(CSS, JavaScript, şəkillər) istifadə olunmasıMühazirə
Mövzuda HTML kodlarının təkrarlanmasının qarşısını almaq üçün extends və block etiketləri vasitəsilə şablon mirası (template inheritance) mexanizmi, səhifələr arası keçidlərin dinamik təyini üçün url etiketi, həmçinin layihəyə CSS, JavaScript və media fayllarının (statik sənədlərin) inteqrasiyası öyrənilir.
- Django Templates, HTML, CSS və statik fayllarla dinamik veb səhifələr hazırlayır.
- 5.CRUD anlayışı; VB cədvəllərinə yazıların əlavə olunması; Django-extensions modulu; VB cədvəllərindən yazıların seçilməsi; Yazıların nizamlanması, dəyişilməsi və silinməsi; URL ünvanlarında slaqlar (slug); Get_absolute_url metoduMühazirə
Mövzuda verilənlər bazası ilə iş zamanı əsas funksiyalar olan CRUD əməliyyatları, Django ORM vasitəsilə cədvəllərə məlumatların yazılması, süzgəclənməsi və sıralanması, layihənin idarəolunmasını asanlaşdıran django-extensions modulu, həmçinin SEO dostu URL-lərin qurulması üçün slug sahələri və obyektlərin unikal ünvanlarını qaytaran get_absolute_url metodu öyrənilir.
- Django ORM vasitəsilə verilənlər bazasını idarə edir və CRUD əməliyyatlarını həyata keçirir.
- 6.VB (verilənlər bazası), SQL və ORM (Object-Relational Mapping); Model sinifləri yaradılması; Model sinifləri və növləri; Miqrasiya fayllarının yaradılması və işə salınmasıMühazirə
Mövzuda relyasiyalı verilənlər bazaları və SQL sorğularının Django ORM vasitəsilə Python koduna çevrilməsi prinsipləri, verilənlər bazası cədvəllərini ifadə edən model siniflərinin və sahə tiplərinin qurulması, həmçinin bu modellərin bazada tətbiq olunması üçün miqrasiya fayllarının yaradılması və icrası öyrənilir.
- Django ORM vasitəsilə verilənlər bazasını idarə edir və CRUD əməliyyatlarını həyata keçirir.
- 7.Cədvəllər arasında əlaqə tipləri: ForeignKey, ManyToManyField, OneToOneField; Admin idarəetmə paneli: Super istifadəçi-sayt administratorunun yaradılması; Modellərin qeydiyyatı; Admin panelində məqalələr siyahısının göstərilməsinin konfiqurasiyası; Admin panelində fərdi sahələr və fəaliyyətlər; Axtarış paneli və filtr paneliMühazirə
Mövzuda relyasiyalı verilənlər bazalarında cədvəllərarası əlaqə tiplərinin (ForeignKey, ManyToManyField, OneToOneField) Django ORM tətbiqi, layihənin idarə edilməsi üçün createsuperuser əmri ilə inzibatçı profilinin yaradılması, modellərin admin panelində qeydiyyatı, həmçinin verilənlərin rahat idarəsi üçün admin interfeysində fərdi sahələrin, fəaliyyətlərin, axtarış və süzgəc panellərinin fərdiləşdirilməsi öyrənilir.
- Backend tətbiqlərində təhlükəsizlik prinsiplərini tətbiq edir və veb tətbiqləri test edir.
- Modellər arasında əlaqələri qurur və Django Admin panelini konfiqurasiya edir.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |