Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Kompleks analiz fənni kompleks ədədlər, kompleks dəyişənli funksiyalar, analitik funksiyalar, Koşi-Riman şərtləri, kompleks inteqrallar, Koşi inteqral teoremi və düsturu, Loran sıraları, çıxıqlar nəzəriyyəsi və kompleks inteqral hesabının əsaslarını əhatə edir. Fənn tələbələrdə kompleks dəyişənli funksiyaların xassələrini təhlil etmək, kompleks inteqralları hesablamaq, analitik üsullardan istifadə etməklə riyazi və mühəndislik məsələlərini modelləşdirmək və həll etmək bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Fənn təlim nəticələri
CLO 1: Kompleks ədəd anlayışı, kompleks ədədlər üzərində əməllər, kompleks ədədin arqumenti və modulu, kompleks ədədin triqonometrik şəkli, Eyler düsturu,kompleks ədədin qüvveti, kompleks ədəddən kökalmavə genişlənmiş kompleks müstəvi haqqında biliklərə malik olmalıdır.
CLO 2: Kompleks dəyişənli funksiyalar, onların kəsilməzliyi və diferensiallanması, Koşi-Riman şərtləri, konform inikas anlayışı verequlyar funksiyalar haqqında biliklərə yiyələnməlidir.
CLO 3: Kompleks dəyişənli funksiyaların inteqrallanmasını, Koşi inteqral teoremini, Koşi integral düsturunu bilməlidir.
CLO 4: Loran sırası və onun yığılma oblasti, requlyar funksiyaların təcrid olunmuş məxsusi nöqtələrinin təsnifatı, tam və meromorf funksiyalarhaqqında biliklərə malik olmalıdır.
CLO 5: Çıxıq anlayışını, çıxıqlar nəzəriyyəsinin əsas teoremini vəçıxıqların hesablanmasını bilməlidir.
CLO 6: Çıxıqlar vasitəsilə bəzi inteqralların hesablanmasını bacarmalı, arqument prinsipi və Ruşe teoremini bilməlidir.