Fənn · Kompüter elmləri

Kompleks analizMövzu planı

İF- 40164y4 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

14 mövzu
  1. 1. Kompleks ədədlər və onlar üzərində əməllər.

    Mühazirə

    Mövzuda kompleks ədədlərin müxtəlif formalarda ifadəsi, onlar üzərində əməllər, Muavr və Eyler düsturlarının tətbiqi öyrənilir

    Mövzu təlim nəticələri

    • Kompleks ədəd anlayışı, kompleks ədədlər üzərində əməllər, kompleks ədədin arqumenti və modulu, kompleks ədədin triqonometrik şəkli, Eyler düsturu, kompleks ədədin qüvvəti, kompleks ədəddən kökalma və genişlənmiş kompleks müstəvi haqqında biliklərə malik olmalıdır.
    Mənbəyə keç: Kompleks ədədlər və onlar üzərində əməllər. (yeni pəncərədə açılır)
  2. 2. Hədləri kompleks ədədlər olan ardıcıllıq

    Mühazirə

    Mövzuda kompleks ədədlərdən ibarət ardıcıllıqlar, onların limiti və yığılma şərtləri öyrənilir.

    Mövzu təlim nəticələri

    • • Kompleks dəyişənli funksiyalar, onların kəsilməzliyi və diferensiallanması, Koşi–Riman şərtləri, konform inikas anlayışı və requlyar funksiyalar haqqında biliklərə yiyələnməlidir.
  3. 3. Kompleks dəyişənli funksiya

    Mühazirə

    Mövzuda kompleks dəyişənli funksiyalar, onların əsas növləri, limiti və kəsilməzlik şərtləri öyrənilir.

    Mövzu təlim nəticələri

    • Kompleks dəyişənli funksiyalar, onların kəsilməzliyi və diferensiallanması, Koşi–Riman şərtləri, konform inikas anlayışı və requlyar funksiyalar haqqında biliklərə yiyələnməlidir.
    Mənbəyə keç: Kompleks dəyişənli funksiya (yeni pəncərədə açılır)
  4. 4. Kompleks dəyişənli funksiyanın törəməsi

    Mühazirə

    Mövzuda kompleks dəyişənli funksiyanın törəməsi, monogen və analitik funksiyalar, həmçinin Koşi–Riman şərtləri öyrənilir.

    Mövzu təlim nəticələri

    • • Kompleks dəyişənli funksiyalar, onların kəsilməzliyi və diferensiallanması, Koşi–Riman şərtləri, konform inikas anlayışı və requlyar funksiyalar haqqında biliklərə yiyələnməlidir.
    Mənbəyə keç: Kompleks dəyişənli funksiyanın törəməsi (yeni pəncərədə açılır)
  5. 5. Kompleks dəyişənli funksiyanın diferensiallanan olması və diferensialı anlayışı.

    Mühazirə

    Mövzuda kompleks dəyişənli funksiyanın diferensiallanan olması, diferensial anlayışı və elementar funksiyaların diferensiallanma qaydaları öyrənilir.

    Mövzu təlim nəticələri

    • • Kompleks dəyişənli funksiyalar, onların kəsilməzliyi və diferensiallanması, Koşi–Riman şərtləri, konform inikas anlayışı və requlyar funksiyalar haqqında biliklərə yiyələnməlidir.
    Mənbəyə keç: Kompleks dəyişənli funksiyanın diferensiallanan olması və diferensialı anlayışı. (yeni pəncərədə açılır)
  6. 6. Kompleks ədədlərdən ibarət ədədi sıra.

    Mövzuda kompleks ədədi sıraların yığılanlığı və cəmi, qüvvət sıraları, Abelin I teoremi, yığılma radiusu və yığılma dairəsi öyrənilir.

    Mövzu təlim nəticələri

    • Loran sırası və onun yığılma oblastı, requlyar funksiyaların təcrid olunmuş məxsusi nöqtələrinin təsnifatı, tam və meromorf funksiyalar haqqında biliklərə malik olmalıdır.
  7. 7. Kompleks dəyişənli funksiyanın inteqralı.

    Mühazirə

    Mövzuda kompleks dəyişənli funksiyanın inteqralı, onun əsas xassələri, Koşi teoremi və Koşinin inteqral düsturu öyrənilir.

    Mövzu təlim nəticələri

    • Kompleks dəyişənli funksiyaların inteqrallanmasını, Koşi inteqral teoremini və Koşi inteqral düsturunu bilməlidir.
    Mənbəyə keç: Kompleks dəyişənli funksiyanın inteqralı. (yeni pəncərədə açılır)
  8. 8. Koşi tipli inteqral anlayışı.

    Mühazirə

    Mövzuda Koşi tipli inteqral, analitik funksiyaların qüvvət sırasına ayrılması, Veyerştrass teoremləri, Koşi bərabərsizliyi və Liuvill teoremi öyrənilir.

    Mövzu təlim nəticələri

    • Kompleks dəyişənli funksiyaların inteqrallanmasını, Koşi inteqral teoremini və Koşi inteqral düsturunu bilməlidir.
    Mənbəyə keç: Koşi tipli inteqral anlayışı. (yeni pəncərədə açılır)
  9. 9. Loran sırası

    Mühazirə

    Mövzuda analitik funksiyaların Loran sırasına ayrılması, ayrılışın yeganəliyi və sıranın düzgün və baş hissələri öyrənilir.

    Mövzu təlim nəticələri

    • Loran sırası və onun yığılma oblastı, requlyar funksiyaların təcrid olunmuş məxsusi nöqtələrinin təsnifatı, tam və meromorf funksiyalar haqqında biliklərə malik olmalıdır.
    Mənbəyə keç: Loran sırası (yeni pəncərədə açılır)
  10. 10. Funksiyanın Loran sırasına ayrıla bilmə şərtləri. Loran sırasınn yığılma şərtləri

    Mühazirə

    Mövzuda funksiyanın Loran sırasına ayrılma şərtləri və bu sıranın yığılma oblastı öyrənilir.

    Mövzu təlim nəticələri

    • Loran sırası və onun yığılma oblastı, requlyar funksiyaların təcrid olunmuş məxsusi nöqtələrinin təsnifatı, tam və meromorf funksiyalar haqqında biliklərə malik olmalıdır.
    Mənbəyə keç: Funksiyanın Loran sırasına ayrıla bilmə şərtləri. Loran sırasınn yığılma şərtləri (yeni pəncərədə açılır)
  11. 11. Analitik funksiyanın izolə edilmiş məxsusi nöqtəyə nəzərən çıxığı

    Mühazirə

    Mövzuda analitik funksiyanın izolə edilmiş məxsusi nöqtəyə nəzərən çıxığı, çıxıqlar haqqında əsas teorem və polyus nöqtəsində çıxığın hesablanma üsulları öyrənilir.

    Mənbəyə keç: Analitik funksiyanın izolə edilmiş məxsusi nöqtəyə nəzərən çıxığı (yeni pəncərədə açılır)
  12. 12. Sonsuz uzaqlaşmış nöqtəyə nəzərən çıxıq anlayışı. Loqarifmik çıxıq anlayışı.

    Mühazirə

    Mövzuda funksiyanın sonsuz uzaqlaşmış nöqtəyə nəzərən çıxığı və loqarifmik çıxığın hesablanma qaydaları öyrənilir.

    Mövzu təlim nəticələri

    • Çıxıq anlayışını, çıxıqlar nəzəriyyəsinin əsas teoremini və çıxıqların hesablanmasını bilməlidir.
    Mənbəyə keç: Sonsuz uzaqlaşmış nöqtəyə nəzərən çıxıq anlayışı. Loqarifmik çıxıq anlayışı. (yeni pəncərədə açılır)
  13. 13. Çıxıqlar nəzəriyyəsinin tətbiqləri. Cəbrin əsas teoremi. Ruşe teoremi. Çıxıqlar nəzəriyyəsinin müəyyən inteqralların hesablanmasına tətbiqləri.

    Mühazirə

    Mövzuda çıxıqlar nəzəriyyəsinin cəbrin əsas teoreminə, Ruşe teoreminə və müəyyən inteqralların hesablanmasına tətbiqləri öyrənilir.

    Mövzu təlim nəticələri

    • Çıxıqlar vasitəsilə bəzi inteqralların hesablanmasını bacarmalı, arqument prinsipini və Ruşe teoremini bilməlidir.
    Mənbəyə keç: Çıxıqlar nəzəriyyəsinin tətbiqləri. Cəbrin əsas teoremi. Ruşe teoremi. Çıxıqlar nəzəriyyəsinin müəyyən inteqralların hesablanmasına tətbiqləri. (yeni pəncərədə açılır)
  14. 14. Analitik davam.haqqında ümumi məlumat. Tam funksiya anlayışı

    Mühazirə

    Mövzuda analitik davam anlayışı, funksiyanın təyin oblastının genişləndirilməsi və tam funksiyaların əsas xüsusiyyətləri öyrənilir.

    Mövzu təlim nəticələri

    • Çıxıq anlayışını, çıxıqlar nəzəriyyəsinin əsas teoremini və çıxıqların hesablanmasını bilməlidir.