Fənn · Kompüter elmləri

Ədədi üsullar-1

İF-40169y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Ədədi üsullar-1 fənni funksiyaların yaxınlaşdırılması, interpolyasiya üsulları, ədədi diferensiallama və inteqrallaşdırma, xətti və qeyri-xətti tənliklərin, diferensial və inteqral tənliklərin ədədi həll üsullarını əhatə edir. Fənn tələbələrdə ədədi alqoritmlərin qurulması və kompüter texnologiyalarından istifadə etməklə tətbiqi məsələlərin həlli bacarıqlarını formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Funksiyanın yaxınlaşması üsulları, Laqranj və Nyutonun interpolyasiya çoxhədliləri və onların xətasının hesablanması, ədədi differensiallama və inteqrallama üsulları, onların xətalarının qiymətləndirilməsi haqqında biliklərə yiyələnməlidir.

  2. CLO 2: Xətti cəbri tənliklər sisteminin ədədihəll üsullarını, onların yığılmasını və xətanın qiymətləndirilməsini, qeyri-xətti tənliklərin və qeyri-xətti tənliklər sisteminin köklərinin müəyyən edilməsi və köklərin sadə iterasiya, parçanı yarıya bölmə, Nyuton və vətərlər üsulları vasitəsi ilə tapılması üsullarını öyrənməlidir.

  3. CLO 3: Adi diferensial tənliklər və tənliklər sistemi üçün Koşi məsələsinin ədədi həll üsullarını bilməlidir.

  4. CLO 4: Adi və xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərininədədi həll üsullarını bilməlidir.

  5. CLO 5: Inteqral tənliklərin ədədi həll üsullarını bilməlidir.

  6. CLO 6: Kompüter texnologiyaların köməyilə ədədi üsulların konkret məsələlərin həll alqoritmlərinin qurulmasına tətbiqini bilməlidir.