Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Data Mühəndisliyinə Giriş” fənni tələbələrə data mühəndisliyinin əsas anlayışlarını, prinsiplərini və müasir texnologiyalarını öyrədir. Fənn çərçivəsində verilənlərin toplanması, saxlanması, emalı və inteqrasiyası, ETL prosesləri, verilənlər bazaları, Big Data platformaları, data pipeline-lar, bulud texnologiyaları, DevOps və DataOps yanaşmaları, məlumat təhlükəsizliyi və verilənlərin vizuallaşdırılması mövzuları əhatə olunur. Laboratoriya məşğələlərində Python, SQL, MongoDB, Hadoop, Spark və Power BI kimi alətlərdən istifadə etməklə praktik bacarıqlar formalaşdırılır. Fənnin sonunda tələbələr real layihələr üçün verilənlərin idarə olunması və analitik həllərin hazırlanması üzrə baza bilik və bacarıqlara yiyələnirlər.
Fənn təlim nəticələri
CLO 1: Data mühəndisliyinin əsas anlayışlarını və prinsiplərini izah edir.
CLO 2: Verilənlərin toplanması, saxlanması və emalı üsullarını tətbiq edir.
CLO 3: SQL və NoSQL verilənlər bazaları ilə işləyir.
CLO 4: ETL proseslərini və data pipeline-larını hazırlayır.
CLO 5: Big Data və bulud texnologiyalarından istifadə edir.
CLO 6: Data analitikası və vizuallaşdırma alətləri ilə verilənləri təhlil edir.