Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Proqramlaşdırmanın əsasları – 2 fənni obyekt yönlü proqramlaşdırmanın nəzəri və praktiki əsaslarını öyrədir. Fənn çərçivəsində Python proqramlaşdırma dili, obyekt yönlü proqramlaşdırma prinsipləri, PyQt5 vasitəsilə qrafik istifadəçi interfeyslərinin hazırlanması, vidjetlər və hadisələrin idarə olunması, verilənlər bazalarının layihələndirilməsi, MySQL və SQL sorğularının tətbiqi, müştəri-server texnologiyaları, verilənlər bazası ilə inteqrasiya, həmçinin Python tətbiqlərinin icra olunan proqram (exe) şəklində hazırlanması öyrədilir. Fənn tələbələrdə müasir proqram təminatının hazırlanması, verilənlər bazaları ilə işləyən masaüstü tətbiqlərin layihələndirilməsi və proqramlaşdırılması üzrə peşəkar bacarıqların formalaşdırılmasına xidmət edir.
Fənn təlim nəticələri
CLO 1: İnformatika elminin predmetini, tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər Üzərində əməliyyatların aparılmasını bilməlidir.
CLO 2: Kompüterlərin əsas iş prinsiplərini və verilənlərin yaddaşda təsviri xüsusiyyətlərini bilməlidir.
CLO 3: Alqoritmləşdirmənin əsas elementlərini; xətti, budaqlanan və dövri alqoritmlərin proqramlaşdırılması vasitələrini bilməlidir.
CLO 4: Xətti proqramların tərtib edilməsini, budaqlanan və dövri proseslərin proqramlaşdırılmasını bacarmalıdır.
CLO 5: Statik və dinamik massivlərlə işin xüsusiyyətlərini və fayllarla işin təşkilini bilməlidir.
CLO 6: Köməkçi funksiyalardan, standart kitabxanalardan, dinamik dəyişənlərdən istifadə edərək müxtəlif məsələlərin həllini bilməli və növbə, stek, dek, siyahılarla bağlı olan məsələlərin həllini bacarmalıdır.