Fənn · Kompüter elmləri

Proqramlaşdırmanın əsasları-2Sillabus

İF-40173y6 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-40173y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 30 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 72 saat - laboratoriya işi b) 48 saat - hazırlıq

Fənn haqqında

Proqramlaşdırmanın əsasları – 2 fənni obyekt yönlü proqramlaşdırmanın nəzəri və praktiki əsaslarını öyrədir. Fənn çərçivəsində Python proqramlaşdırma dili, obyekt yönlü proqramlaşdırma prinsipləri, PyQt5 vasitəsilə qrafik istifadəçi interfeyslərinin hazırlanması, vidjetlər və hadisələrin idarə olunması, verilənlər bazalarının layihələndirilməsi, MySQL və SQL sorğularının tətbiqi, müştəri-server texnologiyaları, verilənlər bazası ilə inteqrasiya, həmçinin Python tətbiqlərinin icra olunan proqram (exe) şəklində hazırlanması öyrədilir. Fənn tələbələrdə müasir proqram təminatının hazırlanması, verilənlər bazaları ilə işləyən masaüstü tətbiqlərin layihələndirilməsi və proqramlaşdırılması üzrə peşəkar bacarıqların formalaşdırılmasına xidmət edir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • təqdimatlar
  • layihə əsaslı öyrənmə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: İnformatika elminin predmetini, tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər Üzərində əməliyyatların aparılmasını bilməlidir.

  2. CLO 2: Kompüterlərin əsas iş prinsiplərini və verilənlərin yaddaşda təsviri xüsusiyyətlərini bilməlidir.

  3. CLO 3: Alqoritmləşdirmənin əsas elementlərini; xətti, budaqlanan və dövri alqoritmlərin proqramlaşdırılması vasitələrini bilməlidir.

  4. CLO 4: Xətti proqramların tərtib edilməsini, budaqlanan və dövri proseslərin proqramlaşdırılmasını bacarmalıdır.

  5. CLO 5: Statik və dinamik massivlərlə işin xüsusiyyətlərini və fayllarla işin təşkilini bilməlidir.

  6. CLO 6: Köməkçi funksiyalardan, standart kitabxanalardan, dinamik dəyişənlərdən istifadə edərək müxtəlif məsələlərin həllini bilməli və növbə, stek, dek, siyahılarla bağlı olan məsələlərin həllini bacarmalıdır.

Mövzu planı

  1. 1.
    Müasir proqramlaşdırma dilləri və onların qısa müqayisəli təhliliMühazirə

    Mövzuda müasir proqramlaşdırma dillərinin əsas xüsusiyyətləri, istifadə sahələri və inkişaf prinsipləri öyrənilir. Python, Java, C++, C#, JavaScript və digər geniş istifadə olunan dillərin sintaksisi, məhsuldarlığı və tətbiq imkanları müqayisə edilir. Həmçinin konkret layihə üçün uyğun proqramlaşdırma dilinin seçilməsinə təsir edən amillər araşdırılır.

  2. 2.
    Yeni nəsil OTN şəbəkələrinin perspektivləri və inkişaf istiqamətiAvtonom və Özünü İdarə Edən Optik Şəbəkələr (Zero-Touch / Autonomous OTN) və Generativ AI/LLM TətbiqləriMühazirə

    Yeni nəsil OTN şəbəkələrinin inkişaf istiqamətləri, avtonom və özünüidarə edən optik şəbəkələr (Zero-Touch/Autonomous OTN), generativ Sİ, böyük dil modelləri (LLM) və intellektual şəbəkə idarəetməsi araşdırılır.

  3. 3.
    PyQt5 dizayneri. Yüklənməsi və əsas modullariMühazirə

    Mövzuda PyQt5 dizaynerinin təyinatı, quraşdırılması və istifadə qaydaları öyrənilir. PyQt5 mühitində qrafik istifadəçi interfeysinin yaradılması üçün əsas pəncərə, düymə, mətn sahəsi, menyu və digər interfeys elementləri izah olunur. Həmçinin PyQt5-in əsas modulları və onların tətbiq sahələri araşdırılır.

  4. 4.
    PyQt5-dizaynerində yaradilmiş formaların Pythonda istifadəsiMühazirə

    Mövzuda PyQt5 dizaynerində yaradılmış interfeys formalarının Python proqramında istifadəsi öyrənilir.

  5. 5.
    PyQt5 -in əsas vidjetləri. Siqnallar və slotlarMühazirə

    Mövzuda PyQt5 kitabxanasında istifadə olunan əsas vidjetlər, onların funksiyaları və tətbiq sahələri öyrənilir. Düymə, etiket, mətn sahəsi, siyahı, cədvəl və digər interfeys elementlərinin yaradılması və idarə olunması izah olunur. Həmçinin siqnallar və slotlar mexanizmi vasitəsilə istifadəçi əməliyyatlarına cavab verən hadisələrin proqramlaşdırılması araşdırılır.

  6. 6.
    Obyekt yönlü proqramlaşdirmanin əsas prinsipləriMühazirə

    Mövzuda obyekt yönlü proqramlaşdırmanın əsas prinsipləri olan inkapsulyasiya, irsiyyət, polimorfizm və abstraksiya öyrənilir. Bu prinsiplərin proqram kodunun daha strukturlaşdırılmış, oxunaqlı və təkrar istifadə edilə bilən formada qurulmasına təsiri izah olunur.

  7. 7.
    PyQt5 -in əsas vidjetləri.Onların metod və funksiyalarıMühazirə

    övzuda PyQt5 kitabxanasında geniş istifadə olunan əsas vidjetlər və onların interfeys qurulmasında rolu öyrənilir. Həmçinin vidjetlərin xüsusiyyətlərinin dəyişdirilməsi, məlumatların oxunması və istifadəçi əməliyyatlarına uyğun idarə edilməsi araşdırılır.

  8. 8.
    PyQt5. QtableWidgetMühazirə

    Mövzuda PyQt5-də cədvəl tipli verilənlərin təqdim edilməsi üçün QTableWidget vidjetinin quruluşu və təyinatı öyrənilir. Sətir və sütunların yaradılması, xanaların doldurulması, başlıqların verilməsi və cədvəl elementlərinin idarə olunması izah olunur. Həmçinin QTableWidget vasitəsilə məlumatların əlavə edilməsi, redaktəsi və istifadəçi əməliyyatlarına uyğun emal edilməsi araşdırılır.

  9. 9.
    PyQt5. QtableWidgetMühazirə

    Mövzuda PyQt5-də cədvəl tipli verilənlərin təqdim edilməsi üçün QTableWidget vidjetinin quruluşu və təyinatı öyrənilir. Sətir və sütunların yaradılması, xanaların doldurulması, başlıqların verilməsi və cədvəl elementlərinin idarə olunması izah olunur. Həmçinin QTableWidget vasitəsilə məlumatların əlavə edilməsi, redaktəsi və istifadəçi əməliyyatlarına uyğun emal edilməsi araşdırılır.

  10. 10.
    Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin bərpa edilməsi (IX-XII əsrin əvvəli)Məşğələ

    Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin bərpa edilməsi mövzusu IX–XI əsrlərdə hakimiyyətə gələn yerli sülalələrin siyasi fəaliyyətini və dövlət quruculuğu prosesini əhatə edir. Bu dövrdə yerli hökmdarların xarici işğalçılara qarşı apardıqları mübarizə və ölkənin müstəqilliyinin qorunması istiqamətində gördükləri tədbirlər araşdırılır. Mövzuda dövlət idarəçiliyinin inkişafı, inzibati quruluşun möhkəmlənməsi və hakimiyyətin təşkili məsələləri təhlil edilir. Eyni zamanda, dövrün sosial, iqtisadi, siyasi və mədəni həyatı, eləcə də dövlətçiliyin inkişafına təsir göstərən amillər öyrənilir. Bu mövzunun mənimsənilməsi Azərbaycanın orta əsrlərdə müstəqil dövlətçilik ənənələrinin bərpası və inkişaf xüsusiyyətlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
  11. 11.
    SQL sorğu dilinin əsas komandalariMühazirə

    Mövzuda SQL sorğu dilinin verilənlər bazası ilə işləmək üçün əsas komandaları öyrənilir. SELECT, INSERT, UPDATE, DELETE, CREATE, ALTER və DROP kimi əmrlərin təyinatı və istifadə qaydaları izah olunur

  12. 12.
    SQL-də aqreqat funksiyalarMühazirə

    Mövzuda SQL-də verilənlərin ümumiləşdirilməsi üçün istifadə olunan aqreqat funksiyalar öyrənilir. COUNT, SUM, AVG, MIN və MAX funksiyalarının təyinatı və sorğularda tətbiqi izah olunur. Həmçinin aqreqat funksiyaların GROUP BY və HAVING operatorları ilə birlikdə istifadəsi araşdırılır.

  13. 13.
    Müştəri-server texnologiyasi. Serverə qoşulma və SQL sorğularin yerinə yetirilməsiMühazirə

    Mövzuda müştəri-server texnologiyasının əsas prinsipləri və proqramların verilənlər bazası serveri ilə əlaqə qurma mexanizmi öyrənilir. Serverə qoşulma üçün bağlantı parametrləri, istifadəçi məlumatları və təhlükəsiz qoşulma qaydaları izah olunur. Həmçinin qoşulma yaradıldıqdan sonra SQL sorğuların göndərilməsi, icrası və nəticələrin proqramda emalı araşdırılır

  14. 14.
    Pythonda GUİ proqramlaşdirma. Tkinter moduluMühazirə

    Mövzuda Python dilində qrafik istifadəçi interfeysinin yaradılması prinsipləri öyrənilir. Tkinter modulunun əsas pəncərə, düymə, etiket, mətn sahəsi və digər interfeys elementləri izah olunur. Həmçinin istifadəçi əməliyyatlarına cavab verən sadə hadisələrin proqramlaşdırılması araşdırılır.

  15. 15.
    Python proqramlarindan exe-faylinin yaradilmasiMühazirə

    Mövzuda Python-da hazırlanmış proqramların müstəqil icra olunan exe-faylına çevrilməsi üsulları öyrənilir. PyInstaller və oxşar alətlər vasitəsilə proqram fayllarının paketlənməsi, əlavə kitabxanaların və resursların daxil edilməsi izah olunur. Həmçinin yaradılmış exe-faylın yoxlanılması, işlədilməsi və istifadəçiyə təqdim olunması qaydaları araşdırılır.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6