Fənn · Kompüter elmləri

Proqramlaşdırmanın əsasları-2Mövzu planı

İF-40173y6 kreditPayız semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. Müasir proqramlaşdırma dilləri və onların qısa müqayisəli təhlili

    Mühazirə

    Mövzuda müasir proqramlaşdırma dillərinin əsas xüsusiyyətləri, istifadə sahələri və inkişaf prinsipləri öyrənilir. Python, Java, C++, C#, JavaScript və digər geniş istifadə olunan dillərin sintaksisi, məhsuldarlığı və tətbiq imkanları müqayisə edilir. Həmçinin konkret layihə üçün uyğun proqramlaşdırma dilinin seçilməsinə təsir edən amillər araşdırılır.

    Mənbəyə keç: Müasir proqramlaşdırma dilləri və onların qısa müqayisəli təhlili (yeni pəncərədə açılır)
  2. 2. Yeni nəsil OTN şəbəkələrinin perspektivləri və inkişaf istiqamətiAvtonom və Özünü İdarə Edən Optik Şəbəkələr (Zero-Touch / Autonomous OTN) və Generativ AI/LLM Tətbiqləri

    Mühazirə

    Yeni nəsil OTN şəbəkələrinin inkişaf istiqamətləri, avtonom və özünüidarə edən optik şəbəkələr (Zero-Touch/Autonomous OTN), generativ Sİ, böyük dil modelləri (LLM) və intellektual şəbəkə idarəetməsi araşdırılır.

  3. 3. PyQt5 dizayneri. Yüklənməsi və əsas modullari

    Mühazirə

    Mövzuda PyQt5 dizaynerinin təyinatı, quraşdırılması və istifadə qaydaları öyrənilir. PyQt5 mühitində qrafik istifadəçi interfeysinin yaradılması üçün əsas pəncərə, düymə, mətn sahəsi, menyu və digər interfeys elementləri izah olunur. Həmçinin PyQt5-in əsas modulları və onların tətbiq sahələri araşdırılır.

    Mənbəyə keç: PyQt5 dizayneri. Yüklənməsi və əsas modullari (yeni pəncərədə açılır)
  4. 4. PyQt5-dizaynerində yaradilmiş formaların Pythonda istifadəsi

    Mühazirə

    Mövzuda PyQt5 dizaynerində yaradılmış interfeys formalarının Python proqramında istifadəsi öyrənilir.

    Mənbəyə keç: PyQt5-dizaynerində yaradilmiş formaların Pythonda istifadəsi (yeni pəncərədə açılır)
  5. 5. PyQt5 -in əsas vidjetləri. Siqnallar və slotlar

    Mühazirə

    Mövzuda PyQt5 kitabxanasında istifadə olunan əsas vidjetlər, onların funksiyaları və tətbiq sahələri öyrənilir. Düymə, etiket, mətn sahəsi, siyahı, cədvəl və digər interfeys elementlərinin yaradılması və idarə olunması izah olunur. Həmçinin siqnallar və slotlar mexanizmi vasitəsilə istifadəçi əməliyyatlarına cavab verən hadisələrin proqramlaşdırılması araşdırılır.

    Mənbəyə keç: PyQt5 -in əsas vidjetləri. Siqnallar və slotlar (yeni pəncərədə açılır)
  6. 6. Obyekt yönlü proqramlaşdirmanin əsas prinsipləri

    Mühazirə

    Mövzuda obyekt yönlü proqramlaşdırmanın əsas prinsipləri olan inkapsulyasiya, irsiyyət, polimorfizm və abstraksiya öyrənilir. Bu prinsiplərin proqram kodunun daha strukturlaşdırılmış, oxunaqlı və təkrar istifadə edilə bilən formada qurulmasına təsiri izah olunur.

    Mənbəyə keç: Obyekt yönlü proqramlaşdirmanin əsas prinsipləri (yeni pəncərədə açılır)
  7. 7. PyQt5 -in əsas vidjetləri.Onların metod və funksiyaları

    Mühazirə

    övzuda PyQt5 kitabxanasında geniş istifadə olunan əsas vidjetlər və onların interfeys qurulmasında rolu öyrənilir. Həmçinin vidjetlərin xüsusiyyətlərinin dəyişdirilməsi, məlumatların oxunması və istifadəçi əməliyyatlarına uyğun idarə edilməsi araşdırılır.

    Mənbəyə keç: PyQt5 -in əsas vidjetləri.Onların metod və funksiyaları (yeni pəncərədə açılır)
  8. 8. PyQt5. QtableWidget

    Mühazirə

    Mövzuda PyQt5-də cədvəl tipli verilənlərin təqdim edilməsi üçün QTableWidget vidjetinin quruluşu və təyinatı öyrənilir. Sətir və sütunların yaradılması, xanaların doldurulması, başlıqların verilməsi və cədvəl elementlərinin idarə olunması izah olunur. Həmçinin QTableWidget vasitəsilə məlumatların əlavə edilməsi, redaktəsi və istifadəçi əməliyyatlarına uyğun emal edilməsi araşdırılır.

    Mənbəyə keç: PyQt5. QtableWidget (yeni pəncərədə açılır)
  9. 9. PyQt5. QtableWidget

    Mühazirə

    Mövzuda PyQt5-də cədvəl tipli verilənlərin təqdim edilməsi üçün QTableWidget vidjetinin quruluşu və təyinatı öyrənilir. Sətir və sütunların yaradılması, xanaların doldurulması, başlıqların verilməsi və cədvəl elementlərinin idarə olunması izah olunur. Həmçinin QTableWidget vasitəsilə məlumatların əlavə edilməsi, redaktəsi və istifadəçi əməliyyatlarına uyğun emal edilməsi araşdırılır.

    Mənbəyə keç: PyQt5. QtableWidget (yeni pəncərədə açılır)
  10. 10. Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin bərpa edilməsi (IX-XII əsrin əvvəli)

    Məşğələ

    Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin bərpa edilməsi mövzusu IX–XI əsrlərdə hakimiyyətə gələn yerli sülalələrin siyasi fəaliyyətini və dövlət quruculuğu prosesini əhatə edir. Bu dövrdə yerli hökmdarların xarici işğalçılara qarşı apardıqları mübarizə və ölkənin müstəqilliyinin qorunması istiqamətində gördükləri tədbirlər araşdırılır. Mövzuda dövlət idarəçiliyinin inkişafı, inzibati quruluşun möhkəmlənməsi və hakimiyyətin təşkili məsələləri təhlil edilir. Eyni zamanda, dövrün sosial, iqtisadi, siyasi və mədəni həyatı, eləcə də dövlətçiliyin inkişafına təsir göstərən amillər öyrənilir. Bu mövzunun mənimsənilməsi Azərbaycanın orta əsrlərdə müstəqil dövlətçilik ənənələrinin bərpası və inkişaf xüsusiyyətlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

    Mövzu təlim nəticələri

    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
  11. 11. SQL sorğu dilinin əsas komandalari

    Mühazirə

    Mövzuda SQL sorğu dilinin verilənlər bazası ilə işləmək üçün əsas komandaları öyrənilir. SELECT, INSERT, UPDATE, DELETE, CREATE, ALTER və DROP kimi əmrlərin təyinatı və istifadə qaydaları izah olunur

    Mənbəyə keç: SQL sorğu dilinin əsas komandalari (yeni pəncərədə açılır)
  12. 12. SQL-də aqreqat funksiyalar

    Mühazirə

    Mövzuda SQL-də verilənlərin ümumiləşdirilməsi üçün istifadə olunan aqreqat funksiyalar öyrənilir. COUNT, SUM, AVG, MIN və MAX funksiyalarının təyinatı və sorğularda tətbiqi izah olunur. Həmçinin aqreqat funksiyaların GROUP BY və HAVING operatorları ilə birlikdə istifadəsi araşdırılır.

    Mənbəyə keç: SQL-də aqreqat funksiyalar (yeni pəncərədə açılır)
  13. 13. Müştəri-server texnologiyasi. Serverə qoşulma və SQL sorğularin yerinə yetirilməsi

    Mühazirə

    Mövzuda müştəri-server texnologiyasının əsas prinsipləri və proqramların verilənlər bazası serveri ilə əlaqə qurma mexanizmi öyrənilir. Serverə qoşulma üçün bağlantı parametrləri, istifadəçi məlumatları və təhlükəsiz qoşulma qaydaları izah olunur. Həmçinin qoşulma yaradıldıqdan sonra SQL sorğuların göndərilməsi, icrası və nəticələrin proqramda emalı araşdırılır

    Mənbəyə keç: Müştəri-server texnologiyasi. Serverə qoşulma və SQL sorğularin yerinə yetirilməsi (yeni pəncərədə açılır)
  14. 14. Pythonda GUİ proqramlaşdirma. Tkinter modulu

    Mühazirə

    Mövzuda Python dilində qrafik istifadəçi interfeysinin yaradılması prinsipləri öyrənilir. Tkinter modulunun əsas pəncərə, düymə, etiket, mətn sahəsi və digər interfeys elementləri izah olunur. Həmçinin istifadəçi əməliyyatlarına cavab verən sadə hadisələrin proqramlaşdırılması araşdırılır.

    Mənbəyə keç: Pythonda GUİ proqramlaşdirma. Tkinter modulu (yeni pəncərədə açılır)
  15. 15. Python proqramlarindan exe-faylinin yaradilmasi

    Mühazirə

    Mövzuda Python-da hazırlanmış proqramların müstəqil icra olunan exe-faylına çevrilməsi üsulları öyrənilir. PyInstaller və oxşar alətlər vasitəsilə proqram fayllarının paketlənməsi, əlavə kitabxanaların və resursların daxil edilməsi izah olunur. Həmçinin yaradılmış exe-faylın yoxlanılması, işlədilməsi və istifadəçiyə təqdim olunması qaydaları araşdırılır.

    Mənbəyə keç: Python proqramlarindan exe-faylinin yaradilmasi (yeni pəncərədə açılır)