Fənn · Kompüter elmləri
Alqoritmin analizi və hazırlanması üsulları
Fənn haqqında
Kredit
8
İş yükü
240saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Alqoritmin analizi və hazırlanması üsulları fənni alqoritmlərin layihələndirilməsi və təhlili, verilənlər strukturları, axtarış və çeşidləmə alqoritmləri, dinamik proqramlaşdırma, rekursiya və alqoritmlərin mürəkkəblik dərəcəsinin qiymətləndirilməsi mövzularını əhatə edir. Fənn tələbələrdə səmərəli alqoritmlərin hazırlanması və onların kompüter elmləri problemlərinin həllində tətbiqi bacarıqlarını formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Alqoritmin analizinin riyazi əsaslarını;ən yaxşı, ən pis və orta hal üçün alqoritmin analizi üsullarını;axtarış və nizamlama alqoritmlərini (ardıcıl,axtarış, ikili axtarış və s.) və onların analizini bilməlidir.
CLO 2: Verilənlərin strukturları üzərində əməliyyatların (stek,siyahı, ağac) alqoritmini hazırlamağı və onları analiz etməyi, münasibətlər və onların həlli üsullarını bacarmalıdır.
CLO 3: Alqoritmlərin əsas siniflərini, dinamik proqramlaşdırmaya aid olan alqoritmiləri bilməlidir.
CLO 4: Alqoritmlərin mürəkkəblik dərəcəsinin qiymətləndirilməyi; eninə və dərinliyə doğru axtarış alqoritmlərini konkret məsələlərin həllinə tətbiq etməyi və onların mürəkkəbliklərini qiymətləndirməyi bacarmalıdır.
CLO 5: Axtarış və nizamlama alqoritmlərinin psevdokodunu yazmağı və onları analiz etməyi bacarmalıdır.
CLO 6: Optimal alqoritmin tapılması və sadə rekurrent münasibətləri həll etmə vərdişlərinə malik olmalıdır. "Xəsis" alqoritmlərin hazırlanması üsullarını, onların tətbiqini və mürəkkəbliklərinin qiymətləndirilməsini bilməlidir.