Fənn · Kompüter elmləri

Diferensial tənliklər

İF-40168y6 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Diferensial tənliklər” fənni adi və xüsusi törəməli diferensial tənliklərin nəzəri əsaslarını, onların həlli üsullarını və müxtəlif təbiət, mühəndislik və texniki proseslərin riyazi modelləşdirilməsində tətbiqini əhatə edir. Fənn çərçivəsində birinci və yüksək tərtibli diferensial tənliklər, diferensial tənliklər sistemləri, Koşi və sərhəd məsələləri, riyazi fizika tənlikləri, harmonik funksiyalar və potensiallar nəzəriyyəsinin əsasları öyrədilir. Kursun sonunda tələbələr diferensial tənliklərin həlli metodlarını tətbiq etməyi, müxtəlif proseslərin riyazi modellərini qurmağı və alınmış nəticələri təhlil edərək praktiki məsələlərin həllində istifadə etməyi bacarırlar.

Fənn təlim nəticələri

  1. CLO 1: Birtərtibli adi diferensial tənliklər və tənliklər sistemi, n-tərtibli adi diferensial tənliklərin həllərinin qurulması üsulları, bu tənliklər üçün Koşi və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılmasıhaqqında biliyə malik olmalıdır.

  2. CLO 2: Adi diferensial tənliklərin təbiətşünaslığın müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini bacarmalıdır.

  3. CLO 3: Xüsusi törəməli diferensial tənliklərin təsnifatını, təbiətşünaslığın müxtəlif proseslərini ifadə eden riyazi fizika tənliklərinin çıxarılmasınıbilməlidir.

  4. CLO 4: Riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını bilməlidir.

  5. CLO 5: Riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin korrektliyinin araşdırılmasını öyrənməlidir.

  6. CLO 6: Hiperbolik və parabolik tipli tənliklər üçün Koşi məsələlərinin həll üsulları, harmonik funksiyalar və potensiallar nəzəriyyəsinin elementləri haqqında biliklərə yiyələnməlidir.