Fənn · Kompüter elmləri

Proqramlaşdırmanın əsasları -1

IF-40172y8 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

8

İş yükü

240saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Proqramlaşdırmanın əsasları-1 fənni informatikanın əsas anlayışlarını, kompüterlərin iş prinsiplərini, say sistemlərini, alqoritmləşdirmənin əsaslarını, xətti, budaqlanan və dövri alqoritmləri, proqramlaşdırmanın baza elementlərini, massivlər, fayllar, funksiyalar və sadə verilənlər strukturları ilə işi əhatə edir. Fənn tələbələrdə alqoritmik düşüncə, proqramların hazırlanması və sadə proqramlaşdırma məsələlərinin həlli bacarıqlarını formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: İnformatika elminin predmetini, tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər Üzərində əməliyyatların aparılmasını bilməlidir.

  2. CLO 2: Kompüterlərin əsas iş prinsiplərini və verilənlərin yaddaşda təsviri xüsusiyyətlərini bilməlidir.

  3. CLO 3: Alqoritmləşdirmənin əsas elementlərini; xətti, budaqlanan və dövri alqoritmlərin proqramlaşdırılması vasitələrini bilməlidir.

  4. CLO 4: Xətti proqramların tərtib edilməsini, budaqlanan və dövri proseslərin proqramlaşdırılmasını bacarmalıdır.

  5. CLO 5: Statik və dinamik massivlərlə işin xüsusiyyətlərini və fayllarla işin təşkilini bilməlidir.

  6. CLO 6: Köməkçi funksiyalardan, standart kitabxanalardan, dinamik dəyişənlərdən istifadə edərək müxtəlif məsələlərin həllini bilməli və növbə, stek, dek, siyahılarla bağlı olan məsələlərin həllini bacarmalıdır.