Bakalavr proqramı
Qida mühəndisliyiFənn nəticələri
Fənn təlim nəticələri
Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.
- İFS-3561yFənnin səhifəsi: Konserv və qida konsentratlarının texnologiyası
Konserv və qida konsentratlarının texnologiyası
CLO 1: FTN 1. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalında istifadə olunan xammalın, yardımçı materialların və hazır məhsulların keyfiyyət göstəricilərini izah edir.
CLO 2: FTN 2. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalının əsas texnoloji proseslərini, prinsipial sxemlərini və texnoloji rejimlərini izah edir.
CLO 3: FTN 3. Konserv və qida konsentratları istehsalında texnoloji avadanlıqların iş prinsipini və istismar xüsusiyyətlərini izah edir.
CLO 4: FTN 4. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalında keyfiyyətə nəzarət metodlarını, qablaşdırma və saxlanma şərtlərini izah edir.
CLO 5: FTN 5. Müxtəlif xammallar əsasında yeni çeşidli, o cümlədən funksional təyinatlı konserv və qida konsentratlarının istehsal texnologiyasını işləyib hazırlamağı və texnoloji parametrləri müəyyənləşdirməyi bacarır.
- İF - 3573yFənnin səhifəsi: İxtisasa giriş
İxtisasa giriş
CLO 1: FTN 1. Qida mühəndisliyində istifadə olunan əsas texnoloji prosesləri izah edir.
CLO 2: FTN 2. Qida məhsulları istehsalında hazır məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi yollarını izah edir.
CLO 3: FTN 3. İstehsalın bütün mərhələlərində, xammalın və hazır məhsulların saxlanılması və realizasiyası zamanı məhsul itkilərinin aradan qaldırılması üsullarını izah edir.
CLO 4: FTN 4. Emal müəssisələrinin xammal bazalarına yaxın yerləşdirilməsinin əhəmiyyətini və yerləşdirilmənin təkmilləşdirilməsi yollarını izah edir.
CLO 5: FTN 5. Qida xammalının emalı texnologiyasının nəzəri və elmi əsaslarını izah edir.
CLO 6: FTN 6. Qida xammalının hazırlanması və ilkin emalı üsullarını öyrədir.
- İF - 3542yFənnin səhifəsi: Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət
Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət
CLO 1: FTN 1. Çörək, makaron, unlu qənnadı və qida konsentratları, şərabçılıq və qıcqırma məhsulları, bitki və heyvan mənşəli yağlar, süd, ət və balıq məhsullarının keyfiyyət göstəricilərini, keyfiyyətə nəzarətin təşkili və üsullarını izah edir.
CLO 2: FTN 2. Müxtəlif mənşəli bitki və heyvan mənşəli məhsulların orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji göstəricilərini qiymətləndirir, əldə etdiyi nəzəri və praktiki bilikləri tətbiq və təhlil edir.
CLO 3: FTN 3. Şəkərli və qənnadı məmulatlarının, meyvə-tərəvəz və qida konsentratlarının mikrobioloji göstəricilər üzrə keyfiyyətini təyin edir.
CLO 4: FTN 4. Ət, süd, balıq, taxıl və çörək məhsullarının keyfiyyət göstəricilərini müxtəlif laborator analizlər vasitəsilə təyin edir.
CLO 5: FTN 5. Qida məhsullarının keyfiyyət göstəricilərini orqanoleptik üsullarla müəyyən edir.
CLO 6: FTN 6. Qida məhsullarının keyfiyyət göstəricilərini spektrofotometriya, kolorimetriya, polyarimetriya və digər instrumental laboratoriya analizləri vasitəsilə müəyyən edir.
- İF - 3541yFənnin səhifəsi: Qida sənayesində texnoloji əməliyyatlar
Qida sənayesində texnoloji əməliyyatlar
CLO 1: FTN 1. Mexaniki və hidromexaniki prosesləri idarə etməyi.
CLO 2: FTN 2. İstilik mübadiləsi və kütlə mübadiləsi proseslərini idarə etməyi.
CLO 3: FTN 3. Kimyəvi və biokimyəvi prosesləri idarə etməyi.
CLO 4: FTN 4. Texnoloji əməliyyatların əsas nəzəri vəziyyətlərini.
CLO 5: FTN 5. Qida istehsalı aparatlarının əsas parametrlərini hesablamağı.
CLO 6: FTN 6. Qida istehsalı qurğu və aparatlarının iş prinsipini.
- İF - 3538yFənnin səhifəsi: Kefiyyəti idarəetmə sistemləri
Kefiyyəti idarəetmə sistemləri
CLO 1: FTN 1. Keyfiyyəti idarəetmə sistemlərinin yaradılmasını, fəaliyyətinin mahiyyətini, məqsədlərini və funksiyalarını izah edir.
CLO 2: FTN 2. Ümumi keyfiyyət menecmenti konsepsiyasının həyata keçirilməsi üçün istifadə olunan metod və texnologiyaları izah edir.
CLO 3: FTN 3. Keyfiyyəti idarəetmə üsullarını izah edir.
CLO 4: FTN 4. Keyfiyyət sistemləri üzrə qanunvericilik və normativ bazanı izah edir.
CLO 5: FTN 5. Keyfiyyət sistemlərinə dair beynəlxalq standartların tələblərini və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması prosedurunu izah edir.
CLO 6: FTN 6. Keyfiyyətin idarə edilməsinin hüquqi problemlərini izah edir.
- İF - 3544mFənnin səhifəsi: Qida mikrobiologiyası
Qida mikrobiologiyası
CLO 1: FTN 1. Mikroorqanizmlərin müasir identifikasiya üsullarını izah edir.
CLO 2: FTN 2. Xammalın və qida məhsullarının mikrobioloji xüsusiyyətlərini izah edir.
CLO 3: FTN 3. Mikroorqanizmlərin xarici mühit amilləri ilə qarşılıqlı təsirini izah edir.
CLO 4: FTN 4. Patogen və şərti-patogen mikroorqanizmlərin əsas xüsusiyyətlərini, onların qida məhsullarına təsirini və insanlarda törətdikləri xəstəlikləri izah edir.
CLO 5: FTN 5. Ətraf mühit obyektlərində və qida məhsullarında mikroorqanizmlərin təyin edilməsinin əsas üsullarını izah edir.
CLO 6: FTN 6. Qida məhsullarının istehsalına, saxlanılmasına və daşınmasına qoyulan sanitar-gigiyenik tələbləri izah edir.
- İF - 3544yFənnin səhifəsi: Qida biotexnologiyası
Qida biotexnologiyası
CLO 1: FTN 1. Müxtəlif mikroorqanizmlərdə həyat fəaliyyəti prosesində baş verən dəyişikliklərin xüsusiyyətlərini və ümumi qanunauyğunluqlarını izah edir.
CLO 2: FTN 2. Mikroorqanizmlərdə biosintez və biotransformasiya proseslərinin mahiyyətini və xüsusiyyətlərini izah edir.
CLO 3: FTN 3. İnsanlar üçün faydalı məhsulların istehsalında istifadə olunan əsas biotexnoloji metodları izah edir.
CLO 4: FTN 4. Qida sənayesində istifadə olunan ənənəvi biotexnoloji prosesləri izah edir.
CLO 5: FTN 5. Biotexnoloji istehsalın əsas mərhələlərini izah edir.
CLO 6: FTN 6. Qida sənayesində biotexnologiyanın müasir nailiyyətlərini izah edir.
- İFS - 3555yFənnin səhifəsi: Qida istehsalı texnoloji avadanlıqları
Qida istehsalı texnoloji avadanlıqları
CLO 1: FTN 1. Qida sənayesində istifadə olunan texnoloji avadanlıqların quruluşunu, iş prinsipini və texniki xarakteristikalarını izah edir.
CLO 2: FTN 2. Texnoloji avadanlıqların sürətini, məhsuldarlığını, buxar, su və enerji sərfiyyatını hesablamağı öyrədir.
CLO 3: FTN 3. Qida sənayesi avadanlıqlarının texnoloji, struktur, kinematik və hidravlik sxemlərini izah edir.
CLO 4: FTN 4. Qida məhsullarının emalı üçün istifadə olunan maşın və aparatların axın xətlərində qarşılıqlı əlaqəsini və məhsulun nəqliyyat vasitələri ilə daşınmasını izah edir.
CLO 5: FTN 5. Texnoloji avadanlıqların texniki göstəricilərini qiymətləndirməyi, üstünlük və çatışmazlıqlarını müəyyən etməyi, onların hesabatını aparmağı öyrədir.
- İF - 3564eFənnin səhifəsi: Çörək, makaron və unulu qənnadı məmulatlarının texnologiyası
Çörək, makaron və unulu qənnadı məmulatlarının texnologiyası
CLO 1: FTN 1. Çörək, makaron və unlu qənnadı məmulatlarının istehsalında istifadə olunan xammalın, yardımçı materialların və hazır məhsulların keyfiyyət göstəricilərini, istehsal proseslərinin fiziki-kimyəvi mahiyyətini izah edir.
CLO 2: FTN 2. Çörək, makaron və unlu qənnadı məmulatlarının istehsalının texnoloji sxemlərini, əsas proseslərini, parametr və rejimlərini izah edir.
CLO 3: FTN 3. Müxtəlif keyfiyyətli xammallara uyğun optimal texnoloji rejimləri müəyyənləşdirməyi və istehsal proseslərini idarə etməyi öyrədir.
CLO 4: FTN 4. Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətini sensor və fiziki-kimyəvi üsullarla qiymətləndirməyi, məhsulların saxlanma rejimlərini və qablaşdırma materiallarına olan tələbləri müəyyənləşdirməyi öyrədir.
CLO 5: FTN 5. Yeni çeşidli və funksional təyinatlı qida məhsullarının istehsal texnologiyalarını işləməyi, texnoloji və iqtisadi hesablamaları aparmağı, hazır məhsul çıxımını hesablamağı və texnoloji qərarların səmərəliliyini qiymətləndirməyi öyrədir.
- İF - 3558yFənnin səhifəsi: Ət və balıq məhsullarının texnologiyası
Ət və balıq məhsullarının texnologiyası
CLO 1: FTN 1. Ət və balıq sənayesinin xammal ehtiyatlarını, onların xüsusiyyətlərini və səmərəli istifadəsinin müasir üsullarını izah edir.
CLO 2: FTN 2. Ət və balıq xammalı əsasında bioloji cəhətdən tam dəyərli qida məhsullarının layihələndirilməsi metodlarını və istehsalın əsas texnoloji proseslərini izah edir.
CLO 3: FTN 3. Ət və balıq məhsullarının istehsalında texnoloji əməliyyatların əsas parametrlərini hesablamağı və istehsal proseslərini optimallaşdırmağı öyrədir.
CLO 4: FTN 4. Ət və balıq xammalının emalında müasir elmi-texniki nailiyyətləri, eksperimentlərin planlaşdırılması üsullarını və hesablama texnikasından istifadə qaydalarını izah edir.
CLO 5: FTN 5. Ət, balıq və qeyri-ənənəvi xammal ehtiyatlarından kompleks istifadə etməklə ekoloji təhlükəsiz istehsalın təşkilini, texnoloji proseslərin təkmilləşdirilməsini və səmərəliliyinin qiymətləndirilməsini öyrədir.
- İFS - 3552yFənnin səhifəsi: Texniki xarici dil (ingilis dili)
Texniki xarici dil (ingilis dili)
CLO 1: FTN 1. Qida mühəndisliyi sahəsində istifadə olunan əsas texniki terminləri və peşəkar ünsiyyət qaydalarını izah edir.
CLO 2: FTN 2. Qida mühəndisliyi üzrə xarici dildə, xüsusilə ingilis dilində olan elmi məqalələri, hesabatları və texniki sənədləri oxumağı və anlamağı öyrədir.
CLO 3: FTN 3. Qida mühəndisliyi sahəsində elmi və texniki məlumatları yazılı və şifahi formada düzgün, aydın və ardıcıl ifadə etməyi öyrədir.
CLO 4: FTN 4. Beynəlxalq elmi mənbələrdən məlumat toplamağı, əldə olunan məlumatları təhlil etməyi və tədqiqat işlərində tətbiq etməyi öyrədir.
CLO 5: FTN 5. Qida mühəndisliyi üzrə layihə və tədqiqat işlərində xarici dil biliklərini tətbiq etməyi, elmi təqdimatlar və peşəkar yazılı materiallar hazırlamağı öyrədir.
- İF-3539yFənnin səhifəsi: Qida məhsullarının soyudulma texnologiyaları
Qida məhsullarının soyudulma texnologiyaları
CLO 1: FTN 1. Soyudulma texnikasını, soyudulma texnologiyasını və qida məhsullarının dondurulma texnologiyalarını izah edir.
CLO 2: FTN 2. Soyudulma və dondurulma prosesləri zamanı qida məhsullarında baş verən əsas dəyişiklikləri və soyuğun müxtəlif qida məhsullarına təsirini izah edir.
CLO 3: FTN 3. Soyudulma və dondurulma vasitəsilə qida məhsullarının fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinin dəyişməsini idarə etməyi, keyfiyyətli saxlanma üsullarını tətbiq etməyi və itkiləri minimuma endirməyi öyrədir.
CLO 4: FTN 4. Soyudulmuş və dondurulmuş qida məhsullarının keyfiyyətini qiymətləndirmək üçün standartlardan və digər normativ sənədlərdən istifadə etməyi öyrədir.
CLO 5: FTN 5. Xammalın, yarımfabrikatların və hazır dondurulmuş qida məhsullarının əsas parametrlərini ölçmək üçün texniki vasitələrdən istifadə etməyi öyrədir.
CLO 6: FTN 6. Soyudulmuş və dondurulmuş qida məhsullarının istehsalı üzrə metodikaya uyğun tədqiqatlar aparmağı, təcrübə nəticələrini təhlil etməyi və qiymətləndirməyi öyrədir.
- İF-3083yFənnin səhifəsi: Qida məhsullarının biokimyası
Qida məhsullarının biokimyası
CLO 1: FTN 1. Qida kimyasının nəzəri və praktiki əsaslarını izah edir.
CLO 2: FTN 2. Qida məhsullarının əsas qida maddələrinin — zülalların, yağların, karbohidratların və fermentlərin quruluşunu, xassələrini və funksiyalarını izah edir.
CLO 3: FTN 3. Qida məhsullarının istehsalı zamanı baş verən fiziki-kimyəvi və biokimyəvi proseslərin xüsusiyyətlərini izah edir.
CLO 4: FTN 4. Taxıl, süd, ət, balıq, tərəvəz, meyvə və giləmeyvə xammallarının hazır qida məhsullarına çevrilməsi zamanı baş verən kimyəvi və biokimyəvi prosesləri izah edir.
CLO 5: FTN 5. Müxtəlif qida xammallarının saxlanma texnologiyalarını, saxlanma zamanı baş verən kimyəvi dəyişiklikləri və qida məhsullarının keyfiyyətinin qorunması üsullarını izah edir.
CLO 6: FTN 6. Qida sənayesi müəssisələrində xammalın texnoloji emalı zamanı baş verən kimyəvi və biokimyəvi proseslər haqqında bilikləri tətbiq etməyi öyrədir.
- İF-3543yFənnin səhifəsi: Qida mühəndisliyində qidalanma və sağlamlıq
Qida mühəndisliyində qidalanma və sağlamlıq
CLO 1: FTN 1. İnsan orqanizminin daxili orqanlarının, o cümlədən həzm sistemi orqanlarının quruluşunu və iş prinsiplərini izah edir.
CLO 2: FTN 2. Qida maddələrinin insan orqanizmi üçün əhəmiyyətini və onların çatışmazlığı nəticəsində yaranan xəstəlikləri izah edir.
CLO 3: FTN 3. İstilik emalı zamanı qida maddələrində baş verən dəyişiklikləri izah edir.
CLO 4: FTN 4. Qidada mövcud olan zəhərli komponentləri və qidalanmanın qoruyucu amillərini izah edir.
CLO 5: FTN 5. Rasional qidalanmanın əsas prinsiplərini və onun təşkili qaydalarını izah edir.
CLO 6: FTN 6. Pəhriz qidalanmasının nəzəri əsaslarını və müxtəlif müalicəvi pəhrizlər üçün menyunun tərtib edilməsi qaydalarını izah edir.
- İF-3545yFənnin səhifəsi: Qida sənayesi müəssisələrində texnoloji layihələndirilmə
Qida sənayesi müəssisələrində texnoloji layihələndirilmə
CLO 1: FTN 1. Layihələndirilən qida sənayesi müəssisəsinin texnoloji sxemini izah edir.
CLO 2: FTN 2. Qida sənayesinin strukturunu və müəssisələrin tərkibini izah edir.
CLO 3: FTN 3. Müasir texnologiyaların formalaşdırılması və layihə sənədlərinin işlənib hazırlanması qaydalarını, onların tərkibini və məzmununu izah edir.
CLO 4: Selects appropriate methods and controls for the treatment of information security risks, and develops a risk matrix and risk register.
CLO 5: FTN 5. Kurs və diplom layihələrinin hazırlanmasında avtomatlaşdırılmış layihələndirmə metodlarından istifadə etməyi öyrənir.
CLO 6: FTN 6. Texnoloji prosesləri təkmilləşdirməyi, onların səmərəliliyini yüksəltməyi və idarəetməni təşkil etməyi öyrənir.
- İF-3540yFənnin səhifəsi: Qida məhsullarının təhlükəsizliyi
Qida məhsullarının təhlükəsizliyi
CLO 1: FTN 1. Qida istehsalı üçün texnoloji sxemlərin qurulması prinsiplərini və analiz metodlarının təsnifatını izah edir.
CLO 2: FTN 2. Kritik nəzarət nöqtələri və risklərin təhlili sisteminin əsaslarını, həmçinin keyfiyyətə nəzarət vasitələrini izah edir.
CLO 3: FTN 3. Nümunələrin götürülməsi metodikasını və müxtəlif növ xammal və hazır məhsullar üçün nümunələrin hazırlanması xüsusiyyətlərini izah edir.
CLO 4: FTN 4. Qida məhsullarının təhlükəsizliyinin normativ-hüquqi əsaslarını, təhlükəsizliyin qiymətləndirilməsi üçün əsas tələbləri və meyarları izah edir.
CLO 5: FTN 5. Qida komponentlərinin çatışmazlığı və ya normadan artıq olması, ksenobiotiklərlə çirklənmə, eləcə də mikrobioloji və virus mənşəli təhlükələrlə əlaqəli riskləri izah edir.
CLO 6: FTN 6. Kənar maddələrin, təbii mənşəli toksinlərin, qablaşdırma materiallarının və qida əlavələrinin qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə təsirini izah edir.
- İFS-3570yFənnin səhifəsi: Qida məhsullarının müasir tədqiqat üsulları
Qida məhsullarının müasir tədqiqat üsulları
CLO 1: Relasiyalı (SQL: PostgreSQL, MySQL) və relasiyasız (NoSQL: MongoDB, Neo4j) verilənlər bazalarının arxitekturasını və fərqlərini təhlil edir.
CLO 2: FTN 2. Qida məhsullarının tərkib və keyfiyyət göstəricilərinin təyinində istifadə olunan spektroskopiya, xromatoqrafiya və lüminessent analiz üsullarını izah edir.
CLO 3: FTN 3. Qida məhsullarının aromatik komponentlərinin və ali yağ turşularının təyin edilməsi üsullarını izah edir.
CLO 4: FTN 4. Qida xammallarının və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun tədqiqat metodlarının seçilməsi və tətbiqi qaydalarını öyrədir.
CLO 5: FTN 5. Qida məhsullarının emalı və saxlanması zamanı tərkib və keyfiyyət göstəricilərində baş verən dəyişikliklərin müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi qaydalarını öyrədir.
- İF-3084yFənnin səhifəsi: Qida kimyası
Qida kimyası
CLO 1: FTN 1. Qida maddələrinin kimyasının fizioloji aspektlərini və onların insan orqanizminə təsirini izah edir.
CLO 2: FTN 2. Zülalların quruluşunu, xassələrini, təbiətdə yayılmasını və bioloji əhəmiyyətini izah edir.
CLO 3: FTN 3. Karbohidratların canlı təbiətdə rolunu, təsnifatını, fotosintez prosesini, monosaxaridlərin, oliqosaxaridlərin və polisaxaridlərin quruluşunu, xassələrini və bioloji törəmələrini izah edir.
CLO 4: FTN 4. Vitaminlərin ümumi xarakteristikasını, təsnifatını və insan orqanizmi üçün əhəmiyyətini izah edir.
CLO 5: FTN 5. Həzmin kimyəvi əsaslarını və əhəmiyyətini, qidanın ağız boşluğunda, mədədə və nazik bağırsaqda həzm olunmasını, öd və bağırsaq şirəsinin rolunu, zülalların bağırsaqlarda çürüməsini və çürümə məhsullarının orqanizmdə zərərsizləşdirilməsini izah edir.
CLO 6: FTN 6. Qida təhlükəsizliyinin əsaslarını, genetik modifikasiya olunmuş (GMO) qida məhsullarının xüsusiyyətlərini və bioloji oksidləşmənin orqanizmin enerji ilə təmin olunmasındakı rolunu izah edir.
- İFS-3549mFənnin səhifəsi: Qida sənayesi maşın və aparatlarının layihələndirilməsi
Qida sənayesi maşın və aparatlarının layihələndirilməsi
CLO 1: FTN 1. Qida sənayesi maşın və aparatlarının layihələndirilməsinin əsas mərhələlərini, metodlarını və texniki tapşırıqların hazırlanması qaydalarını izah edir.
CLO 2: FTN 2. Qida sənayesi maşın və aparatlarının texnoloji, kinematik və dövr diaqramlarının qurulması prinsiplərini izah edir.
CLO 3: FTN 3. Qida sənayesi maşın və aparatlarının əsas konstruktiv elementlərini, iş prinsiplərini və məhsuldarlıq göstəricilərinin hesablanması metodlarını izah edir.
CLO 4: FTN 4. Qida məhsullarının emalında tətbiq olunan mexaniki, istilik, hidrodinamik və elektromaqnit təsir üsullarının texnoloji xüsusiyyətlərini izah edir.
CLO 5: FTN 5. Qida sənayesi maşın və aparatlarının layihələndirilməsində müasir texnologiyaların, standartlaşdırılmış konstruksiya elementlərinin və patent məlumatlarının tətbiqi qaydalarını öyrədir.
- İF-3950yFənnin səhifəsi: Kompüter əsaslı mühəndis qrafikası
Kompüter əsaslı mühəndis qrafikası
CLO 1: FTN 1. Qida təhlükəsizliyi sistemində istifadə olunan texniki vasitələrin, onların quruluşuna daxil olan hissələrin və birləşmələrin tərtibatına dair mühəndislik tələblərini izah edir.
CLO 2: FTN 2. Fəza həndəsəsinin əsas prinsiplərini, o cümlədən nöqtə, düz xətt, müstəvi, çoxüzlülər və fırlanma səthlərinin xüsusiyyətlərini izah edir.
CLO 3: FTN 3. Proyeksiya çertyojlarının tərtib edilməsi və onlarda istifadə olunan şərti işarələrin tətbiqi qaydalarını izah edir.
CLO 4: FTN 4. Yivli, qaynaqlı, pərçimli və digər birləşmələrin növlərini, onların yaradılması və tətbiqi üsullarını izah edir.
CLO 5: FTN 5. Qida sənayesində istifadə olunan avadanlıqların konstruksiyalarında tətbiq edilən əsas standartlaşdırılmış detalların və birləşmə vahidlərinin quruluşunu və təyinatını izah edir.
CLO 6: FTN 6. AutoCAD qrafik proqramından istifadə etməklə texniki çertyojların hazırlanması və tərtib edilməsi qaydalarını öyrədir.
- ÜF-1302y-maşınqayırma-və-metallurgiyaFənnin səhifəsi: Azərbaycan tarixi
Azərbaycan tarixi
CLO 1: • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
CLO 2: • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
CLO 3: • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
CLO 4: • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
CLO 5: Tələbələr multimodal marşrutları, daşıma xərclərini və risk amillərini struktur hissələrinə ayıraraq təhlil edəcək, aralarındakı səbəb-nəticə əlaqələrini müəyyən edəcəklər.
- ÜF-1303y-qida-mühəndisliyiFənnin səhifəsi: Fəlsəfə
Fəlsəfə
CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
CLO 7: .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.