Fənn · Qida mühəndisliyi

Qida məhsullarının təhlükəsizliyi

İF-3540y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

«Qida məhsullarının təhlükəsizliyi» fənnin də ərzaq xammalları və məhsullarının təhlükəsizliyinin təmin edilməsi və ekspertizasının hüquqi, iqtisadi, sosial və təşkilatı aspektləri və qida zəhərlənmələri və zəhərli məhsullar, qida məhsullarının təhlükəsizliyinin əsas kriteriyaları, antialimentar faktorlar və qida maddələrinin təhlükəliliyi, qida məhsullarının çirklənməsinin gigiyenik tənzimlənməsi və s. kimi məsələlərin öyrənilməsi nəzərdə tutulmuşdur.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Qida istehsalı üçün texnoloji sxemlərin qurulması prinsiplərini və analiz metodlarının təsnifatını izah edir.

  2. CLO 2: FTN 2. Kritik nəzarət nöqtələri və risklərin təhlili sisteminin əsaslarını, həmçinin keyfiyyətə nəzarət vasitələrini izah edir.

  3. CLO 3: FTN 3. Nümunələrin götürülməsi metodikasını və müxtəlif növ xammal və hazır məhsullar üçün nümunələrin hazırlanması xüsusiyyətlərini izah edir.

  4. CLO 4: FTN 4. Qida məhsullarının təhlükəsizliyinin normativ-hüquqi əsaslarını, təhlükəsizliyin qiymətləndirilməsi üçün əsas tələbləri və meyarları izah edir.

  5. CLO 5: FTN 5. Qida komponentlərinin çatışmazlığı və ya normadan artıq olması, ksenobiotiklərlə çirklənmə, eləcə də mikrobioloji və virus mənşəli təhlükələrlə əlaqəli riskləri izah edir.

  6. CLO 6: FTN 6. Kənar maddələrin, təbii mənşəli toksinlərin, qablaşdırma materiallarının və qida əlavələrinin qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə təsirini izah edir.