Fənn · Qida mühəndisliyi
Qida məhsullarının təhlükəsizliyiCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-92091FTN 1. Qida istehsalı üçün texnoloji sxemlərin qurulması prinsiplərini və analiz metodlarının təsnifatını izah edir. | uyğundur | uyğundur | uyğundur | uyğun deyil | uyğundur | uyğundur |
| CLO 2CLO-45325FTN 2. Kritik nəzarət nöqtələri və risklərin təhlili sisteminin əsaslarını, həmçinin keyfiyyətə nəzarət vasitələrini izah edir. | uyğundur | uyğundur | uyğundur | uyğundur | uyğun deyil | uyğundur |
| CLO 3CLO-80351FTN 3. Nümunələrin götürülməsi metodikasını və müxtəlif növ xammal və hazır məhsullar üçün nümunələrin hazırlanması xüsusiyyətlərini izah edir. | uyğundur | uyğundur | uyğundur | uyğun deyil | uyğun deyil | uyğundur |
| CLO 4CLO-94457FTN 4. Qida məhsullarının təhlükəsizliyinin normativ-hüquqi əsaslarını, təhlükəsizliyin qiymətləndirilməsi üçün əsas tələbləri və meyarları izah edir. | uyğun deyil | uyğundur | uyğundur | uyğundur | uyğun deyil | uyğundur |
| CLO 5CLO-29760FTN 5. Qida komponentlərinin çatışmazlığı və ya normadan artıq olması, ksenobiotiklərlə çirklənmə, eləcə də mikrobioloji və virus mənşəli təhlükələrlə əlaqəli riskləri izah edir. | uyğundur | uyğundur | uyğundur | uyğundur | uyğun deyil | uyğundur |
| CLO 6CLO-38340FTN 6. Kənar maddələrin, təbii mənşəli toksinlərin, qablaşdırma materiallarının və qida əlavələrinin qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə təsirini izah edir. | uyğundur | uyğundur | uyğundur | uyğundur | uyğundur | uyğundur |
Proqram təlim məqsədləri
PLO 1
PTN 1. "Qida mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrinin lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir.
Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 5, CLO 6
PLO 2
PTN 2. Qida məhsulları üzrə mühəndis yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə məşğul olur. Qida məhsulları üzrə mühəndisin vəzifələrinə şərabçılıq zavodlarında, iaşə müəssisələrində, ət kombinatlarında, çörək bişirilən müəssisələrdə, məhsulun keyfiyyətinə riayət edilməsinə və həmçinin hazırlanmasına nəzarət edilməsi, istehsal prosesində yeni texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yaxşılaşdrılması, saxtakarlığa yol verməyərək insan sağlamlığına zərərli olmayan qida məhsullarının hazırlanması, qidanın tarladan süfrəyə qədər istehsalın bütün addımlarının öyrənilməsi, qidanın keyfiyyətinin ölçülməsi daxildir.
Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6
PLO 3
PTN 3. “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələri müasir qida texnologiyalarının yaradılmasında əsas nəzəri və praktiki istiqamətləri, qida məhsullarının istehsalında müasir tədqiqat üsullarını, texnoloji metodları, nanotexnoloji üsulları, qida qatqıları, bioloji aktiv əlavələrin sağlam, keyfiyyətli qida məhsullarının alınmasında tətbiqini, keyfiyyətin normallaşdırılması, məhsulların standartlaşdırılması, təhlükəsiz məhsul istehsalını, klassik və modern qida nəzəriyyələrini, texnologiyaların mikrobioloji, reoloji, biokimyəvi əsaslarını, xammal və qida məhsullarının xarabolma səbəbləri və onların aradan qaldırılması üçün tələbləri öyrənir.
Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6
PLO 4
PTN 4. “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələr qida istehsalı sahəsində mövcud olan beynəlxalq qanunvericilik, normative-texniki sənədlər, qida məhsullarına və müəssisələrinə olan təhlükəsizlik tələbləri, Avropa Direktivləri və yerli standartların tələbləri, “Tarladan süfrəyə” prinsipinə əsaslanan təhlükəsiz məhsul istehsalı, mövcud risklər və təhlükələrin qarşısının alınması, minumuma endirilməsi və idarə olunmasını öyrənir.
Töhfə verən: CLO 2, CLO 4, CLO 5, CLO 6
PLO 5
PTN 5. “Qida mühəndisliyi” ixtisası üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin bütün sahələrində, o cümlədən, şərabçılıq və qıcqırma istehsalı olan (piyə, şirə, kvas, spirt və s.), ət və süd məhsullarının, çörək və makaron, unlu və şəkərli qənnadı məmulatların istehsalı, meyvə və tərəvəz emalı, şəkər və yağ istehsalı, iaşə müəssisələrində, qida sənayelərinin müxtəlif sahələrində mühəndis-texnoloq və s. kimi çalışa bilər.
Töhfə verən: CLO 1, CLO 6
PLO 6
PTN 6. “Qida mühəndisliyi” ixtisas üzrə təhsilini başa vuran məzunlar ölkəyə gətirilən və ölkədən çıxarılan bütün növ qida məhsullarının keyfiyyət qiymətləndirilməsini, yararlılıq və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinin həyata keçirilməsi üçün gömrük məntəqələrində, Kənd Təsərrüfatı Nazirliyinin ixtisas üzrə uyğun Elmi-Tədqiqat İnstitutlarında, qida sənayesinin uyğun peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində, qida xammallarının və hazır məhsulların saxlanması həyata keçirilən anbarlarda, restoran şəbəkələrində, Qida Təhlükəsizliyi İnstitutunun bütün filiallarında və Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri və Respublikanın bütün regionlarında fəaliyyət göstərən şöbələrində əmək fəaliyyətini həyata keçirə bilər.
Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6