Ümumi məlumat
- Fənn kodu
- İF-3540y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat - mühazirə b) 30 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 75 saat - TSİ b) 30 saat - MRTSİ
Fənn haqqında
«Qida məhsullarının təhlükəsizliyi» fənnin də ərzaq xammalları və məhsullarının təhlükəsizliyinin təmin edilməsi və ekspertizasının hüquqi, iqtisadi, sosial və təşkilatı aspektləri və qida zəhərlənmələri və zəhərli məhsullar, qida məhsullarının təhlükəsizliyinin əsas kriteriyaları, antialimentar faktorlar və qida maddələrinin təhlükəliliyi, qida məhsullarının çirklənməsinin gigiyenik tənzimlənməsi və s. kimi məsələlərin öyrənilməsi nəzərdə tutulmuşdur.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Qida istehsalı üçün texnoloji sxemlərin qurulması prinsiplərini və analiz metodlarının təsnifatını izah edir.
CLO 2: FTN 2. Kritik nəzarət nöqtələri və risklərin təhlili sisteminin əsaslarını, həmçinin keyfiyyətə nəzarət vasitələrini izah edir.
CLO 3: FTN 3. Nümunələrin götürülməsi metodikasını və müxtəlif növ xammal və hazır məhsullar üçün nümunələrin hazırlanması xüsusiyyətlərini izah edir.
CLO 4: FTN 4. Qida məhsullarının təhlükəsizliyinin normativ-hüquqi əsaslarını, təhlükəsizliyin qiymətləndirilməsi üçün əsas tələbləri və meyarları izah edir.
CLO 5: FTN 5. Qida komponentlərinin çatışmazlığı və ya normadan artıq olması, ksenobiotiklərlə çirklənmə, eləcə də mikrobioloji və virus mənşəli təhlükələrlə əlaqəli riskləri izah edir.
CLO 6: FTN 6. Kənar maddələrin, təbii mənşəli toksinlərin, qablaşdırma materiallarının və qida əlavələrinin qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə təsirini izah edir.
Mövzu planı
- 1.Qida xammalları və qida məhsulların təhlükəsizliyinin elmi əsasları.Mühazirə
- 2.Qida zəhərlənmələri və zəhərli məhsullarMühazirə
- 3.Kofeinin arterial təzyiqin dəyişməsinə təsirinin fərdlər üzrə fərqinin təyin edilməsi Laboratoriya
- 4.Qida məhsullarının təhlükəsizliyinin əsas kriteriyalarıMühazirə
- 5.Nativ nişastanın orqanoleptiki xüsusiyyətlərinin qiymətləndirilməsiLaboratoriya
- 6.Antialimentar faktorlar və qida maddələrinin təhlükəliliyiMühazirə
- 7.Qida məhsullarının çirklənməsinin gigiyenik tənzimlənməsiMühazirə
- 8.Qida məhsullarının bakteriyalarla, mikotoksinlərlə və helmintlərlə çirklənməsi Mühazirə
- 9.Müxtəlif şirələrin keyfiyyət göstəricilərinin təyini Laboratoriya
- 10.Toksiki metallarla çirklənməMühazirə
- 11.Təzə və emal olunmuş meyvə-tərəvəzlərdə titrlənən turşuluğun təyini Laboratoriya
- 12.Bitkiçilikdə və heyvandarlıqda tətbiq edilən maddələrlə və birləşmələrlə çirklənməMühazirə
- 13.Nitratlar, nitritlər və nitrozobirləşmələrlə çirklənmə Mühazirə
- 14.Bitki mənşəli xammallarda nitratların təyini Laboratoriya
- 15.Xammal və qida məhsullarının radioaktiv çirklənməsi Mühazirə
- 16.Aminturşusu tərkibinin təyini Laboratoriya
- 17.Potensial təhlükəli qida çirkləndiriciləri Mühazirə
- 18.Qida əlavələri və sosial toksikantlar Mühazirə
- 19.Məhsullarda qida əlavələrinin - ədviyyatların təyini Laboratoriya
- 20.Geni dəyişdirilmiş və nanoməhsullar. Mühazirə
- 21.Zülalın ayrılması və eyniləşdirilməsi Laboratoriya
- 22.Qida sənayesində istifadə edilən tara və qablaşdırıcı materiallar, tullantıların utilləşdirilməsi Mühazirə
- 23.Balın diastaz ədədinin təyini Laboratoriya
- 24.Qida məhsullarının sertifikatlaşdırılmasıMühazirə
- 25.Ümumi zülalın təyini Laboratoriya
Ədəbiyyat
- 1. Məhərrəmov M.Ə., Məhərrəmova S.İ, Kazımova İ.H Xammal və qida məhsullarının təhlükəsizliyi. (dərslik) Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2019.
- 2. Məhərrəmov M.Ə. Qida məhsulları texnologiyasının nəzəri əsasları. Dərslik. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2015.- 384 s.
- 3. Məhərrəmov M.Ə., Məhərrəmova M.H., Məhərrəmova S.İ, Kazımova İ.H Xammal və qida məhsullarının təhlükəsizliyi.(dərs vəsiti) Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2019.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |