Fənn · Qida mühəndisliyi
Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət
Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Fənnin tədrisinin sonunda gələcək mütəxəssis qida məhsullarının keyfiyyətinə qoyulan tələbləri, onların təyini üsullarını, qida məhsullarının tərkibini, saxlanma zamanı baş verən dəyişiklikləri, fiziki-kimyəvi göstəricilərini, hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri və məhsulun keyfiyyətinin yüksəldilməsi yollarını öyrənəcəkdir. “Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət” fənni aşağıdakı mövzular üzrə tədris olunur: Qida məhsullarının təhlükəsizliyi üçün texniki-kimyəvi nəzarətin rolu; Texniki-kimyəvi nəzarətin müasir üsulları və analizləri; Çörək-bulka məmulatlarının keyfiyyətinə texniki-kimyəvi nəzarət; Şəkər və şəkərli məhsulların keyfiyyətinə texniki-kimyəvi nəzarət; İctimai iaşə məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət; Ət və ət məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət.
Fənn təlim nəticələri
CLO 1: FTN 1. Çörək, makaron, unlu qənnadı və qida konsentratları, şərabçılıq və qıcqırma məhsulları, bitki və heyvan mənşəli yağlar, süd, ət və balıq məhsullarının keyfiyyət göstəricilərini, keyfiyyətə nəzarətin təşkili və üsullarını izah edir.
CLO 2: FTN 2. Müxtəlif mənşəli bitki və heyvan mənşəli məhsulların orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji göstəricilərini qiymətləndirir, əldə etdiyi nəzəri və praktiki bilikləri tətbiq və təhlil edir.
CLO 3: FTN 3. Şəkərli və qənnadı məmulatlarının, meyvə-tərəvəz və qida konsentratlarının mikrobioloji göstəricilər üzrə keyfiyyətini təyin edir.
CLO 4: FTN 4. Ət, süd, balıq, taxıl və çörək məhsullarının keyfiyyət göstəricilərini müxtəlif laborator analizlər vasitəsilə təyin edir.
CLO 5: FTN 5. Qida məhsullarının keyfiyyət göstəricilərini orqanoleptik üsullarla müəyyən edir.
CLO 6: FTN 6. Qida məhsullarının keyfiyyət göstəricilərini spektrofotometriya, kolorimetriya, polyarimetriya və digər instrumental laboratoriya analizləri vasitəsilə müəyyən edir.