Ümumi məlumat
- Fənn kodu
- İF - 3542y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) mühazirə - 30 saat b) laboratoriya 30 saat
- Auditoriyadan kənar saatlar
- a) TSİ - 30 saat b) MRTSİ - 30 saat
Fənn haqqında
Fənnin tədrisinin sonunda gələcək mütəxəssis qida məhsullarının keyfiyyətinə qoyulan tələbləri, onların təyini üsullarını, qida məhsullarının tərkibini, saxlanma zamanı baş verən dəyişiklikləri, fiziki-kimyəvi göstəricilərini, hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri və məhsulun keyfiyyətinin yüksəldilməsi yollarını öyrənəcəkdir. “Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət” fənni aşağıdakı mövzular üzrə tədris olunur: Qida məhsullarının təhlükəsizliyi üçün texniki-kimyəvi nəzarətin rolu; Texniki-kimyəvi nəzarətin müasir üsulları və analizləri; Çörək-bulka məmulatlarının keyfiyyətinə texniki-kimyəvi nəzarət; Şəkər və şəkərli məhsulların keyfiyyətinə texniki-kimyəvi nəzarət; İctimai iaşə məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət; Ət və ət məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Çörək, makaron, unlu qənnadı və qida konsentratları, şərabçılıq və qıcqırma məhsulları, bitki və heyvan mənşəli yağlar, süd, ət və balıq məhsullarının keyfiyyət göstəricilərini, keyfiyyətə nəzarətin təşkili və üsullarını izah edir.
CLO 2: FTN 2. Müxtəlif mənşəli bitki və heyvan mənşəli məhsulların orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji göstəricilərini qiymətləndirir, əldə etdiyi nəzəri və praktiki bilikləri tətbiq və təhlil edir.
CLO 3: FTN 3. Şəkərli və qənnadı məmulatlarının, meyvə-tərəvəz və qida konsentratlarının mikrobioloji göstəricilər üzrə keyfiyyətini təyin edir.
CLO 4: FTN 4. Ət, süd, balıq, taxıl və çörək məhsullarının keyfiyyət göstəricilərini müxtəlif laborator analizlər vasitəsilə təyin edir.
CLO 5: FTN 5. Qida məhsullarının keyfiyyət göstəricilərini orqanoleptik üsullarla müəyyən edir.
CLO 6: FTN 6. Qida məhsullarının keyfiyyət göstəricilərini spektrofotometriya, kolorimetriya, polyarimetriya və digər instrumental laboratoriya analizləri vasitəsilə müəyyən edir.
Mövzu planı
- 1.Qida məhsullarının təhlükəsizliyi üçün texniki-kimyəvi nəzarətin rolu Mühazirə
- 2.Keyfiyyətin orqanoleptik qiymətləndirilməsi və qida məhsullarında nəmliyin, quru maddələrin kütlə payının təyini üsullarıLaboratoriya
- 3.Texniki-kimyəvi nəzarətin müasir üsulları və analizləri Mühazirə
- 4.Çörək- bulka məmulatlarının və unlu qənnadı məmulatlarının keyfiyyətinə nəzarətLaboratoriya
- 5.Dənli və dənli paxlalı kulturaların keyfiyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
- 6.Çörək, makaron ununun və çörək istehsalının keyfiyyətinə nəzarət Laboratoriya
- 7.Çörək-bulka məmulatlarının keyfiyyətinə texniki –kimyəvi nəzarət Mühazirə
- 8.Qənnadı istehsalında yarimfabrikatların keyfiyyətinə və şəkərli qənnadı məmulatlarının keyfiyyətinə nəzarət Laboratoriya
- 9.Makaron məmulatlarının keyfiyyətinə texniki kimyəvi nəzarət Mühazirə
- 10.Süd məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət Laboratoriya
- 11.Qənnadı məmulatlarının keyfyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
- 12.Qida yağlarının və konservlərin keyfiyyətinə nəzarətLaboratoriya
- 13.Şəkər və şəkərli məhsulların keyfiyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
- 14.Ət məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarətLaboratoriya
- 15.Meyvə-tərəvəz məhsulları və qida konsentratlarının keyfiyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
- 16.Balıq məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarətLaboratoriya
- 17.Şərabçılıq və qıcqırma məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
- 18.İctimai iaşə məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
- 19.Süd və süd məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
- 20.Bitki mənşəli yağların keyfiyyətinə texniki-kimyəvi nəzarət (Mühazirə
- 21.Heyvan mənşəli yağların keyfiyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
- 22.Ət və ət məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarətMühazirə
- 23.Balıq və balıq məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət Mühazirə
Ədəbiyyat
- 1. N.K.Rəhimov, N.X.Musayev, A.A.Qurbanova Şərabçılıq və qıcqırtma məhsullarının ekspertizası Bakı – 2013
- 2. H.Fətəliyev Şərabçılıqdan praktikum dərs vəsaiti Bakı – 2012
- 3. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq mallarının ekspertizası: Ali məktəb tələbələri üçün dərslik. Bitki mənşəli məhsulların ekspertizisi: I hissə /Ə.İ.Əhmədov N.X.Musayev.- B.: Çaşıoğlu, 2005
- 4. G.A.Abbasbəyli, S.İ.Məhərrəmova, M.R.Yusifova, İ.H.Kazımova. Xammal və qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət. dərs vəsaiti - Bakı. İqtisad Universiteti, 2016- 300 səh
- 5. Чижова К.Н., Шкваркина Т.И., Запенина Н.В.Технохимический контроль хлебопекарногопроизводства. – М.: Пищевая промышленность,2009.
- 6. М.Р.Другов, А.Т.Родин Контроль безопасности и качества продуктов питания и товаров детского ассортимента М: .: Пищевая промышленность. 2014.
- 7. Сидоров Ю.Д., Давлетбаева Д.З., Поливанов М.А. Технохимический контроль пищевых производств. Казань: 2008, 135 с.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |