Fənn · Qida mühəndisliyi

Qida sənayesi maşın və aparatlarının layihələndirilməsi

İFS-3549m10 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

10

İş yükü

300saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Qida sənayesi maşın və aparatlarınin layihələndirilməsi” fənninin məqsədi maşın və aparatların konstruksiya edilməsinin metodik əsasını analitik və emprik konstruksiya edilmə üsullarının ümumiləşdirilməsi və sahmana salınması təşkil edir. Konstruksiyaetmə həmişə kriterial, sərbəst və təsadüfi seçmə nəticəsindən konkret qərar çıxarmaqla tamamlanır. Ən məqsədəuygunu kriteral seçmə hesab olunur. Kifayət qədər məlumat olmadıqda sərbəst seçmə özünü dogrultmuş və məsuliyyətli üsuldur. Konstruksiyaetmə mərhələsindən əvvəl “məlumat toplama” mərhələsi yerinə yetirilməlidir. Burada ekstrapologiya, ekspertiza ilə qiymətləndirmə üsullarından istifadə olunur.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Qida sənayesi maşın və aparatlarının layihələndirilməsinin əsas mərhələlərini, metodlarını və texniki tapşırıqların hazırlanması qaydalarını izah edir.

  2. CLO 2: FTN 2. Qida sənayesi maşın və aparatlarının texnoloji, kinematik və dövr diaqramlarının qurulması prinsiplərini izah edir.

  3. CLO 3: FTN 3. Qida sənayesi maşın və aparatlarının əsas konstruktiv elementlərini, iş prinsiplərini və məhsuldarlıq göstəricilərinin hesablanması metodlarını izah edir.

  4. CLO 4: FTN 4. Qida məhsullarının emalında tətbiq olunan mexaniki, istilik, hidrodinamik və elektromaqnit təsir üsullarının texnoloji xüsusiyyətlərini izah edir.

  5. CLO 5: FTN 5. Qida sənayesi maşın və aparatlarının layihələndirilməsində müasir texnologiyaların, standartlaşdırılmış konstruksiya elementlərinin və patent məlumatlarının tətbiqi qaydalarını öyrədir.