Subject · Food engineering

Qida sənayesi maşın və aparatlarının layihələndirilməsi

İFS-3549m10 creditsSpring semesterElective2025-2026

About this subject

Credits

10

Workload

300hours

Semester

Spring

Academic year

2025-2026

Description

“qida sənayesi maşın və aparatlarınin layihələndirilməsi” fənninin məqsədi maşın və aparatların konstruksiya edilməsinin metodik əsasını analitik və emprik konstruksiya edilmə üsullarının ümumiləşdirilməsi və sahmana salınması təşkil edir. konstruksiyaetmə həmişə kriterial, sərbəst və təsadüfi seçmə nəticəsindən konkret qərar çıxarmaqla tamamlanır. ən məqsədəuygunu kriteral seçmə hesab olunur. kifayət qədər məlumat olmadıqda sərbəst seçmə özünü dogrultmuş və məsuliyyətli üsuldur. konstruksiyaetmə mərhələsindən əvvəl “məlumat toplama” mərhələsi yerinə yetirilməlidir. burada ekstrapologiya, ekspertiza ilə qiymətləndirmə üsullarından istifadə olunur.

Course learning outcomes

  1. CLO 1: Ftn 1. qida sənayesi maşın və aparatlarının layihələndirilməsinin əsas mərhələlərini, metodlarını və texniki tapşırıqların hazırlanması qaydalarını izah edir.

  2. CLO 2: Ftn 2. qida sənayesi maşın və aparatlarının texnoloji, kinematik və dövr diaqramlarının qurulması prinsiplərini izah edir.

  3. CLO 3: Ftn 3. qida sənayesi maşın və aparatlarının əsas konstruktiv elementlərini, iş prinsiplərini və məhsuldarlıq göstəricilərinin hesablanması metodlarını izah edir.

  4. CLO 4: Ftn 4. qida məhsullarının emalında tətbiq olunan mexaniki, istilik, hidrodinamik və elektromaqnit təsir üsullarının texnoloji xüsusiyyətlərini izah edir.

  5. CLO 5: Ftn 5. qida sənayesi maşın və aparatlarının layihələndirilməsində müasir texnologiyaların, standartlaşdırılmış konstruksiya elementlərinin və patent məlumatlarının tətbiqi qaydalarını öyrədir.