Fənn · Qida mühəndisliyi

Kefiyyəti idarəetmə sistemləri

İF - 3538y5 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Keyfiyyəti idarəetmə sistemləri” fənninin tədrisinin başlıca məqsədi tələbələrə öz ixtisasları sahəsində bir mütəxəssis kimi ölkədə gedən keyfiyyət sistemləri prosesinin əsas məsələlərini öyrətmək, onları baçarıqlı, işgüzar və savadlı mütəxəssis kimi hazırlamaqdan ibarətdir. Fənnin tədrisi qarşısında duran vəzifələr aşağıdakılardır: -Keyfiyyəti idarəetmə sistemləri və onun xüsusiyyətləri barədə tələbələrdə tam təsəvvür formalaşdırmaq; -Keyfiyyəti idarəetmə sistemlərinin təhlili ilə bağlı əsas elmi yanaşmaları tələbələrə təqdim etmək; -Keyfiyyəti idarəetmə sistemlərinin inkişafına təsir göstərən amilləri və belə təsirlərin qiymətləndirlməsi üsullarını tələbələrə başa salmaq; -Keyfiyyəti idarəetmə sistemlərinin və məhsulun keyfiyyətinin təmin edilməsinə dövlət nəzarətinin aparılması mexanizmlərini tələbələrə aşılamaq; Keyfiyyəti idarəetmə sistemlərinin təhlili, onun formalaşmasına və inkişafına olan təsirlərin qiymətləndirilməsi, habelə dövlətin keyfiyyət sahəsində nəzarət sisteminin işlənilməsi baxımından tələbələrə zəruri bacarıq və qabiliyyətlərin aşılanması.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Keyfiyyəti idarəetmə sistemlərinin yaradılmasını, fəaliyyətinin mahiyyətini, məqsədlərini və funksiyalarını izah edir.

  2. CLO 2: FTN 2. Ümumi keyfiyyət menecmenti konsepsiyasının həyata keçirilməsi üçün istifadə olunan metod və texnologiyaları izah edir.

  3. CLO 3: FTN 3. Keyfiyyəti idarəetmə üsullarını izah edir.

  4. CLO 4: FTN 4. Keyfiyyət sistemləri üzrə qanunvericilik və normativ bazanı izah edir.

  5. CLO 5: FTN 5. Keyfiyyət sistemlərinə dair beynəlxalq standartların tələblərini və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması prosedurunu izah edir.

  6. CLO 6: FTN 6. Keyfiyyətin idarə edilməsinin hüquqi problemlərini izah edir.