Fənn · Qida mühəndisliyi

Kefiyyəti idarəetmə sistemləriSillabus

İF - 3538y5 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF - 3538y
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə - 30 saat b) laboratoriya 15 saat
Auditoriyadan kənar saatlar
a) TSİ - 90 saat b) MRSTİ - 15 saat

Fənn haqqında

“Keyfiyyəti idarəetmə sistemləri” fənninin tədrisinin başlıca məqsədi tələbələrə öz ixtisasları sahəsində bir mütəxəssis kimi ölkədə gedən keyfiyyət sistemləri prosesinin əsas məsələlərini öyrətmək, onları baçarıqlı, işgüzar və savadlı mütəxəssis kimi hazırlamaqdan ibarətdir. Fənnin tədrisi qarşısında duran vəzifələr aşağıdakılardır: -Keyfiyyəti idarəetmə sistemləri və onun xüsusiyyətləri barədə tələbələrdə tam təsəvvür formalaşdırmaq; -Keyfiyyəti idarəetmə sistemlərinin təhlili ilə bağlı əsas elmi yanaşmaları tələbələrə təqdim etmək; -Keyfiyyəti idarəetmə sistemlərinin inkişafına təsir göstərən amilləri və belə təsirlərin qiymətləndirlməsi üsullarını tələbələrə başa salmaq; -Keyfiyyəti idarəetmə sistemlərinin və məhsulun keyfiyyətinin təmin edilməsinə dövlət nəzarətinin aparılması mexanizmlərini tələbələrə aşılamaq; Keyfiyyəti idarəetmə sistemlərinin təhlili, onun formalaşmasına və inkişafına olan təsirlərin qiymətləndirilməsi, habelə dövlətin keyfiyyət sahəsində nəzarət sisteminin işlənilməsi baxımından tələbələrə zəruri bacarıq və qabiliyyətlərin aşılanması.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • komanda işi
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Keyfiyyəti idarəetmə sistemlərinin yaradılmasını, fəaliyyətinin mahiyyətini, məqsədlərini və funksiyalarını izah edir.

  2. CLO 2: FTN 2. Ümumi keyfiyyət menecmenti konsepsiyasının həyata keçirilməsi üçün istifadə olunan metod və texnologiyaları izah edir.

  3. CLO 3: FTN 3. Keyfiyyəti idarəetmə üsullarını izah edir.

  4. CLO 4: FTN 4. Keyfiyyət sistemləri üzrə qanunvericilik və normativ bazanı izah edir.

  5. CLO 5: FTN 5. Keyfiyyət sistemlərinə dair beynəlxalq standartların tələblərini və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması prosedurunu izah edir.

  6. CLO 6: FTN 6. Keyfiyyətin idarə edilməsinin hüquqi problemlərini izah edir.

Mövzu planı

  1. 1.
    Keyfiyyət sistemləri haqqında ümumi məlumatlar. Mühazirə
  2. 2.
    Keyfiyyət sistemlərinin yaranması və inkişafı.Mühazirə
  3. 3.
    Keyfiyyət menecment sisteminin (KMS) əsas üstünlükləri. Mühazirə
  4. 4.
    Keyfiyyət menecment sisteminin əsas üstünlükləri Laboratoriya
  5. 5.
    KMS-in işlənib hazırlanmasının və tətbiqinin əsas məqsədləriMühazirə
  6. 6.
    Rəqabətqabiliyyətliliyin təmin edilməsində keyfiyyət sistemlərinin roluMühazirə
  7. 7.
    Keyfiyyəti idarəetməyə sistemli yanaşmanın inkişafı. Mühazirə
  8. 8.
    Keyfiyyəti idarəetmə konsepsiyası. Mühazirə
  9. 9.
    Keyfiyyəti idarəetməyə sistemli yanaşmanın inkişafı Laboratoriya
  10. 10.
    Keyfiyyət planlarına sistemli yanaşma. Mühazirə
  11. 11.
    Ümumi keyfiyyət menecment sistemlərinin (ÜKMS) qurulması prinsipləri. Mühazirə
  12. 12.
    Keyfiyyəti idarəetmə üsullarının təsnifatıMühazirə
  13. 13.
    Keyfiyyəti idarəetmənin yeni üsulları. Mühazirə
  14. 14.
    Ümumi keyfiyyət menecment sistemlərinin (ÜKMS) qurulması prinsipləri Laboratoriya
  15. 15.
    Keyfiyyətə nəzarətin mahiyyətiMühazirə
  16. 16.
    Keyfiyyət sistemlərinin sertifikatlaşdırıl-masının inkişafı. Mühazirə
  17. 17.
    Keyfiyyəti idarəetmənin yeni üsullarıLaboratoriya
  18. 18.
    Keyfiyyət sistemlərinin sertifikatlaşdırılma-sının aparılma qaydası. Mühazirə
  19. 19.
    Keyfiyyət sistemlərinin sertifikatlaşdırılması mərhələləriMühazirə
  20. 20.
    Keyfiyyət sistemlərinin sertifikatlaşdırıl-masının aparılma qaydası Laboratoriya

Ədəbiyyat

  1. 1. Aslanov Z.Y., Dadaşova K.S. Ümumi keyfiyyət menecmenti (Ali məktəblər üçün dərslik).Bakı: “İqtisad Universiteti” nəşriyyatı,2019.-306 səh.
  2. 2. Məmmədov N.R., Ələkbərov E.B., Aslanov Z.Y., və b. Kvalimetriya və keyfiyyətin idarə edilməsi: Ali məktəblər üçün dərslik. T.e.d., prof. N.R. Məmmədovun redaktəsi ilə. Bakı: Elm, 2007.
  3. 3. Ponomaryov S.V., Mişşenko S.V., Belobraqin V.Y. Məhsulun keyfiyyətinin idarə edilməsi. Dərs vəsaiti. - /rus dilindən tərcümə. Bakı: «İqtisad Universiteti», nəşriyyatı, 2008.
  4. 4. Эфендиев Э.М. Квалиметрия и управление качеством продукции: Учебное пособие. – Баку.: «Тахсил» ИПП, 2004.
  5. 5. İmanov Ə.Ş. Keyfiyyətin idarə olunması: Dərs vəsaiti. – Bakı.: İqtisad Universiteti nəşriyyatı, 2007.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6