Subject · Food engineering
Kefiyyəti idarəetmə sistemləri
About this subject
Credits
5
Workload
150hours
Semester
Spring
Academic year
2025-2026
Description
“keyfiyyəti idarəetmə sistemləri” fənninin tədrisinin başlıca məqsədi tələbələrə öz ixtisasları sahəsində bir mütəxəssis kimi ölkədə gedən keyfiyyət sistemləri prosesinin əsas məsələlərini öyrətmək, onları baçarıqlı, işgüzar və savadlı mütəxəssis kimi hazırlamaqdan ibarətdir. fənnin tədrisi qarşısında duran vəzifələr aşağıdakılardır: -keyfiyyəti idarəetmə sistemləri və onun xüsusiyyətləri barədə tələbələrdə tam təsəvvür formalaşdırmaq; -keyfiyyəti idarəetmə sistemlərinin təhlili ilə bağlı əsas elmi yanaşmaları tələbələrə təqdim etmək; -keyfiyyəti idarəetmə sistemlərinin inkişafına təsir göstərən amilləri və belə təsirlərin qiymətləndirlməsi üsullarını tələbələrə başa salmaq; -keyfiyyəti idarəetmə sistemlərinin və məhsulun keyfiyyətinin təmin edilməsinə dövlət nəzarətinin aparılması mexanizmlərini tələbələrə aşılamaq; keyfiyyəti idarəetmə sistemlərinin təhlili, onun formalaşmasına və inkişafına olan təsirlərin qiymətləndirilməsi, habelə dövlətin keyfiyyət sahəsində nəzarət sisteminin işlənilməsi baxımından tələbələrə zəruri bacarıq və qabiliyyətlərin aşılanması.
Course learning outcomes
CLO 1: Ftn 1. keyfiyyəti idarəetmə sistemlərinin yaradılmasını, fəaliyyətinin mahiyyətini, məqsədlərini və funksiyalarını izah edir.
CLO 2: Ftn 2. ümumi keyfiyyət menecmenti konsepsiyasının həyata keçirilməsi üçün istifadə olunan metod və texnologiyaları izah edir.
CLO 3: Ftn 3. keyfiyyəti idarəetmə üsullarını izah edir.
CLO 4: Ftn 4. keyfiyyət sistemləri üzrə qanunvericilik və normativ bazanı izah edir.
CLO 5: Ftn 5. keyfiyyət sistemlərinə dair beynəlxalq standartların tələblərini və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması prosedurunu izah edir.
CLO 6: Ftn 6. keyfiyyətin idarə edilməsinin hüquqi problemlərini izah edir.