Bakalavr proqramı

Qida mühəndisliyiSəriştələr

Bakalavr050635Maşınqayırma və MetallurgiyaMaşın Dizaynı, Mexatronika və Sənaye Texnologiyaları42 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

34 səriştə

Peşə səriştələri· 22

  • COMPETENCY-31646

    Riyaziyyatın ixtisas üzrə zəruri olan fundamental bölmələrinə dair biliklərə əsaslanaraq, matris və determinant əməliyyatlarını yerinə yetirmək, xətti cəbri tənliklər sistemini determinantların köməyi ilə həll etmək, ədədi ardıcıllığın limitini, nöqtədə və sonsuzluqda funksiyanın sadə limitlərini hesablamaq, funksiyanın törəməsini tapmaq, sadə funksiyaların qeyri-müəyyən və müəyyən inteqrallarını hesablanmaq, adi diferensial tənliklər sistemlərini həll etmək, ehtimal nəzəriyyəsinin bir sıra qanunauyğunluqlarını tətbiq etmək, tədqiqat nəticəsində əldə edilmiş məlumatların riyazi və statistik işləmək bacarığı.

  • COMPETENCY-27435

    Fiziki proseslərin və qanunauyğunluqların mahiyyətini izah etmək və onları laboratoriyalarda təhlükəsizliyin təmin edilməsi üçün tətbiq etmək, termodinamikanın qanunlarını və texnoloji proseslərdə həmin qanunların xüsusiyyətlərini izah etmək, qida məhsulları istehsalı proseslərdə baş verən fiziki kimyəvi proseslərin kinetik xarakteristikasını, başlanğıc maddələri və alınan məhsulları müəyyən etmək üçün istifadə edilən cihazların quruluşunu və işləmə prinsiplərini izah etmək, maddələrin aqreqat halları və onların keçid fazaları haqqında nəzəri bilikləri, bu proseslərin əsasında duran fiziki prosesləri şərh etmək, müxtəlif şüaların xassələri haqqında biliklərə əsaslanaraq onların texnoloji proseslərdə tətbiqi haqqında nəzəri biliklər nümayiş etdirmək və obyektlərin tədqiqi üçün zəruri olan fiziki metodların mahiyyətinə dair biliklərə əsaslanaraq onları tətbiq etmək bacarığı.

  • COMPETENCY-90781

    Müasir dövrdə dünyada baş verən “kimyalaşdırmanın” əsas istiqamətləri və tendensiyaları haqqında nəzəri biliklər nümayiş etdirmək, müasir energetikanın problemlərini, həmçinin ənənəvi yanacaqla yanaşı perspektiv enerji mənbələrinin alınması və istifadəsinin əsas istiqamətlərini bilmək, mühüm xassələrə malik materialların yaradılması problemlərinin həlli istiqamətləri haqqında nəzəri bilikləri şərh etmək, onları tətbiq etmək bacarığı.

  • COMPETENCY-77080

    Qida sənayesi məhsullarının və avadanlığının istehsal texnologiyasını, texnoloji sənədləşmə tələblərini, istehsal sanitariyası və gigiyena qaydalarını bilmək, xammalın hesablanması haqqında nəzəri bilikləri şərh etmək, onları tətbiq etmək bacarığı.

  • COMPETENCY-68587

    Yeni məhsul istehsalının texnoloji prosesinin hazırlanması bacarığı.

  • COMPETENCY-43305

    Məhsul istehsalı texnoloji proseslərinin optimallaşdırması bacarığı.

  • COMPETENCY-84262

    Mövcud resepturaları yoxlamaq, yeni resepturaları və texnoloji xəritələri hazırlamaq bacarığı.

  • COMPETENCY-26641

    İstehsal prosesi texnologiyasına nəzarət etmə bacarığı.

  • COMPETENCY-46520

    Texnologiya sənədləşməsinin hazırlanması bacarığı.

  • COMPETENCY-82144

    Xammal və materiallar sərfinin, vaxt normalarının hesablanması bacarığı.

  • COMPETENCY-58972

    Maya dəyərinin hesablanması, kalkulyasiyanın tərtib edilməsi bacarığı.

  • COMPETENCY-51793

    İlk xammalın və hazır məhsulun keyfiyyət yoxlanmasını həyata keçirmə bacarığı.

  • COMPETENCY-77640

    Sanitar normaları və qaydalarına riayət etməyə nəzarət bacarığı.

  • COMPETENCY-73100

    Xammalın və materialların alınmasında iştirak.

  • COMPETENCY-74598

    Hesabat sənədləşməsinin aparılması bacarığı.

  • COMPETENCY-98828

    Qida mühəndisliyi sahəsində İKT-nin imkanlarından istifadə etmək bacarığı.

  • COMPETENCY-13865

    Qida mühəndisliyi sahəsində mövcud tədqiqatların və texnologiyaların tətbiqi vərdişlərinə bələd olmaq.

  • COMPETENCY-77333

    Qida mühəndisliyi sahəsində mütəxəssisin iş qabiliyyətini qiymətləndirmək bacarığı.

  • COMPETENCY-33390

    Qida mühəndisliyi üçün lazım olan üsulları, qaydaları və normaları tətbiq edə bilmək bacarığı.

  • COMPETENCY-54869

    İstehsalatın müxtəlif sahələri üzrə ümumi tələbləri və qanunauyğunluqları müəyyənləşdirmək bacarığı.

  • COMPETENCY-19644

    Mövcud biotexnoloji proseslərin və istehsalın təşkili, planlaşdırılması və idarə edilməsi bacarığı.

  • COMPETENCY-25467

    Qida sənayesində müasir az¬tullantılı və tullantısız texnologiyalarının yaradılmasında bioloji təbiət proseslərini tədqiq etmək bacarığı.

İxtisas səriştələri· 12

  • COMPETENCY-64858

    İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları.

  • COMPETENCY-24586

    İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarığı.

  • COMPETENCY-21509

    Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətləri.

  • COMPETENCY-26932

    Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqları.

  • COMPETENCY-86262

    İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyəti.

  • COMPETENCY-25759

    Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyəti.

  • COMPETENCY-24486

    Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyəti və uğur qazanmaq iradəsi.

  • COMPETENCY-98675

    Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyəti.

  • COMPETENCY-95373

    Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqları.

  • COMPETENCY-12124

    Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhslini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyəti.

  • COMPETENCY-23189

    Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığı.

  • COMPETENCY-40599

    Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığı.