Bakalavr proqramı

Qida mühəndisliyiKaryera imkanları

Bakalavr050635Maşınqayırma və MetallurgiyaMaşın Dizaynı, Mexatronika və Sənaye Texnologiyaları42 fənn

Məzun karyera imkanları

Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.

10 karyera istiqaməti
  • Qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət

    Qida mühəndisləri qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi, monitorinqi və normativ tələblərə uyğunluğunun təmin edilməsi sahəsində fəaliyyət göstərə bilərlər.

  • İstehsal proseslərinin təşkili və idarə olunması

    Məzunlar qida müəssisələrində texnoloji proseslərin təşkili, istehsalın planlaşdırılması, idarə olunması və optimallaşdırılması ilə məşğul ola bilərlər.

  • Qida məhsullarının ekspertizası və sertifikatlaşdırılması

    Qida məhsullarının keyfiyyətinin qiymətləndirilməsi, ekspertizası, standartlara uyğunluğunun müəyyən edilməsi və sertifikatlaşdırılması proseslərində iştirak edə bilərlər.

  • Elmi-Tədqiqat İnstitutları

    Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutlarında qida texnologiyaları və qida təhlükəsizliyi istiqamətində elmi araşdırmalar apara bilərlər.

  • Təhsil müəssisələri

    Qida sənayesi sahəsində fəaliyyət göstərən peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində müəllim, təlimçi və ya tədqiqatçı kimi fəaliyyət göstərə bilərlər.

  • Anbar və logistika kompleksləri

    Qida xammalı və hazır məhsulların saxlanılması şəraitinə nəzarət, keyfiyyətin qorunması və anbar proseslərinin idarə olunması sahəsində işləyə bilərlər.

  • Restoran və ictimai iaşə müəssisələri

    Restoranlarda və digər ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sistemlərinin tətbiqi, sanitariya-gigiyena tələblərinə nəzarət və istehsal proseslərinin təşkili ilə məşğul ola bilərlər.

  • Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunın filiallarında laboratoriya, ekspertiza və elmi-tədqiqat istiqamətlərində fəaliyyət göstərə bilərlər.

  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhərində və regionlarda fəaliyyət göstərən struktur bölmələrində dövlət nəzarəti, monitorinq, inspeksiya və qida təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi sahəsində çalışa bilərlər.

  • Yeni qida məhsullarının yaradılması və təkmilləşdirilməsi

    Qida mühəndisləri yeni qida məhsullarının hazırlanması, resepturaların işlənilməsi, məhsulların funksional və qidalandırıcı xüsusiyyətlərinin yaxşılaşdırılması, eləcə də istehlakçı tələblərinə uyğun innovativ məhsulların yaradılması sahəsində fəaliyyət göstərə bilərlər.