Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Fənnin tədrisində məqsəd tələbələrə qidanın qorunması, mikroorqanizmlərlə çirklənməsi, xarab olma səbəbləri, qida xəstəlikləri və infeksiyaları, həmçinin qida mikrobiologiyasının əsaslarını öyrətməkdir. Fənn çərçivəsində qida məhsullarının mikroflorası, xarab olma əlamətləri, emal prosesləri, eləcə də ət, balıq, yumurta, süd məhsulları, meyvə-tərəvəz konservləri və taxıl məhsullarının mikrobioloji xüsusiyyətləri izah olunur. Qida mikrobiologiyası fənninin öyrənilməsində məqsəd qida xammalı və hazır məhsulların keyfiyyətini qorumaqla onların saxlanma müddətinin artırılması sahəsində nəzəri biliklərin formalaşdırılmasıdır.
Fənn təlim nəticələri
CLO 1: FTN 1. Mikroorqanizmlərin müasir identifikasiya üsullarını izah edir.
CLO 2: FTN 2. Xammalın və qida məhsullarının mikrobioloji xüsusiyyətlərini izah edir.
CLO 3: FTN 3. Mikroorqanizmlərin xarici mühit amilləri ilə qarşılıqlı təsirini izah edir.
CLO 4: FTN 4. Patogen və şərti-patogen mikroorqanizmlərin əsas xüsusiyyətlərini, onların qida məhsullarına təsirini və insanlarda törətdikləri xəstəlikləri izah edir.
CLO 5: FTN 5. Ətraf mühit obyektlərində və qida məhsullarında mikroorqanizmlərin təyin edilməsinin əsas üsullarını izah edir.
CLO 6: FTN 6. Qida məhsullarının istehsalına, saxlanılmasına və daşınmasına qoyulan sanitar-gigiyenik tələbləri izah edir.