Fənn · Qida mühəndisliyi

Qida mikrobiologiyasıSillabus

İF - 3544m7 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF - 3544m
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 30 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 30 saat - TSİ b) 120 saat - MRTSİ

Fənn haqqında

Fənnin tədrisində məqsəd tələbələrə qidanın qorunması, mikroorqanizmlərlə çirklənməsi, xarab olma səbəbləri, qida xəstəlikləri və infeksiyaları, həmçinin qida mikrobiologiyasının əsaslarını öyrətməkdir. Fənn çərçivəsində qida məhsullarının mikroflorası, xarab olma əlamətləri, emal prosesləri, eləcə də ət, balıq, yumurta, süd məhsulları, meyvə-tərəvəz konservləri və taxıl məhsullarının mikrobioloji xüsusiyyətləri izah olunur. Qida mikrobiologiyası fənninin öyrənilməsində məqsəd qida xammalı və hazır məhsulların keyfiyyətini qorumaqla onların saxlanma müddətinin artırılması sahəsində nəzəri biliklərin formalaşdırılmasıdır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Mikroorqanizmlərin müasir identifikasiya üsullarını izah edir.

  2. CLO 2: FTN 2. Xammalın və qida məhsullarının mikrobioloji xüsusiyyətlərini izah edir.

  3. CLO 3: FTN 3. Mikroorqanizmlərin xarici mühit amilləri ilə qarşılıqlı təsirini izah edir.

  4. CLO 4: FTN 4. Patogen və şərti-patogen mikroorqanizmlərin əsas xüsusiyyətlərini, onların qida məhsullarına təsirini və insanlarda törətdikləri xəstəlikləri izah edir.

  5. CLO 5: FTN 5. Ətraf mühit obyektlərində və qida məhsullarında mikroorqanizmlərin təyin edilməsinin əsas üsullarını izah edir.

  6. CLO 6: FTN 6. Qida məhsullarının istehsalına, saxlanılmasına və daşınmasına qoyulan sanitar-gigiyenik tələbləri izah edir.

Mövzu planı

  1. 1.
    Qida mikrobiologiyasının predmeti və inkişafı tarixi.Mühazirə
  2. 2.
    Süd və süd məhsullarının mikrobioloji tədqiqiLaboratoriya
  3. 3.
    Qidada müşahidə edilən mikroorqa-nizmlər və qi-daların mikroorqanizmlər-lə çirklənmə mənbələri.Mühazirə
  4. 4.
    Ət və ət məhsullarının mikrobioloji tədqiqiLaboratoriya
  5. 5.
    Qidalarda mikroorqanizmlərin çoxalması və buna təsir göstərən xarici mühit amilləri.Mühazirə
  6. 6.
    Mikroorqanizmlərdən preparatların hazırlanması və boyanması üsullarıLaboratoriya
  7. 7.
    Ət və ət məhsullarının mikrobioloji xarab olması.Mühazirə
  8. 8.
    Yumurtanın mikrobioloji təhlükəsizliyinin tədqiqiLaboratoriya
  9. 9.
    Balıq və balıq məhsullarının mikrobioloji xarab olması.Mühazirə
  10. 10.
    Meyvə və tərəvəzin mikrobioloji tədqiqiLaboratoriya
  11. 11.
    Yumurta və yumurta məhsullarının mikrobioloji xarab olması.Mühazirə
  12. 12.
    Konservlərin sterilizədən əvvəl bakterioloji tədqiqLaboratoriya
  13. 13.
    Süd və süd məhsullarının mikrobioloji xarab olması.Mühazirə
  14. 14.
    Meyvə və tərəvəzlərin mikrobioloji xarab olması.Mühazirə
  15. 15.
    Taxıl və taxıl məhsullarının mikrobioloji xarab olması.Mühazirə
  16. 16.
    Qida məhsullarında mikoorqanizmlərin aşağı temperaturla aktivsizləşdirilməsiMühazirə
  17. 17.
    Qida məhsullarında mikroorqanizmlərin yüksək temperaturla aktivsizləşdirilməsiMühazirə
  18. 18.
    Qida xəstəlikləri. Bağırsaq infeksiyaları.Mühazirə
  19. 19.
    Qida intoksikasiyaları və toksikoinfeksiyalarıMühazirə
  20. 20.
    Qida məhsullarının emalına, daşınmasına və saxlanmasına göstərilən sanitar gigiyenik tələblər.Mühazirə
  21. 21.
    Qida məhsullarının emalına, daşınmasına və saxlanmasına göstərilən sanitar gigiyenik tələblər.Mühazirə

Ədəbiyyat

  1. 1. Məhərrəmova M.H., Babaşlı A.Ə., Yusifova M.R., Qurbanova A.A., Məhərrəmova S.İ. Qida mikrobiologiyası Bakı, “İqtisad Universiteti” nəşriyyatı 2025, 611s.
  2. 2. Erkmen, O. (ed) “Gıda Mikrobiyolojisi”, Efil Yayınevi, Ankara, 2010. Ünlütürk, A., Turantaş, F. (ed) “Gıda Mikrobiyolojisi”, Meta Basım,İzmir, 2003.
  3. 3. Qurbanov N.Н., Hacıyev C.Ə., Omarova E.M, Xəlilova Ü.İ., Qurbanava A.A. Məhərrəmova M.H. Mikrobiologiya, sanitariya və gigiyena, Bakı. 2010. –310 s.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6