Fənn · Qida mühəndisliyi

Qida mühəndisliyində qidalanma və sağlamlıq

İF-3543y7 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Fənnin tədrisi 050635 – “Qida mühəndisliyi” ixtisası üzrə ixtisaslaşan tələbələrə: ● qida və rasional qidalanmanın insan orqanizminə təsirini, insanın sağlamlığında və əmək qabiliyyətinin təşkilində düzgün qidalanmanın rolu haqqında geniş anlayış verir. ● tələbələr bütün bu məsələləri öyrənərkən, həm insanın sağlamlığının mühafizə edilməsi, həm də qida məhsullarının və ekoloji şəraitin qorunma sahəsində aparılan elmi tədqiqatlarla tanış olurlar. ● qida və rasional qidalanmanın insan orqanizminə təsirini, insanın sağlamlığında və əmək qabiliyyətinin təşkilində düzgün qidalanmanın rolu haqqında geniş anlayış verir.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. İnsan orqanizminin daxili orqanlarının, o cümlədən həzm sistemi orqanlarının quruluşunu və iş prinsiplərini izah edir.

  2. CLO 2: FTN 2. Qida maddələrinin insan orqanizmi üçün əhəmiyyətini və onların çatışmazlığı nəticəsində yaranan xəstəlikləri izah edir.

  3. CLO 3: FTN 3. İstilik emalı zamanı qida maddələrində baş verən dəyişiklikləri izah edir.

  4. CLO 4: FTN 4. Qidada mövcud olan zəhərli komponentləri və qidalanmanın qoruyucu amillərini izah edir.

  5. CLO 5: FTN 5. Rasional qidalanmanın əsas prinsiplərini və onun təşkili qaydalarını izah edir.

  6. CLO 6: FTN 6. Pəhriz qidalanmasının nəzəri əsaslarını və müxtəlif müalicəvi pəhrizlər üçün menyunun tərtib edilməsi qaydalarını izah edir.