Fənn · Qida mühəndisliyi

Qida mühəndisliyində qidalanma və sağlamlıqCLO↔PLO matrisi

İF-3543y7 kreditPayız semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

6 CLO × 6 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6
CLO 1CLO-49427FTN 1. İnsan orqanizminin daxili orqanlarının, o cümlədən həzm sistemi orqanlarının quruluşunu və iş prinsiplərini izah edir.uyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyil
CLO 2CLO-51860FTN 2. Qida maddələrinin insan orqanizmi üçün əhəmiyyətini və onların çatışmazlığı nəticəsində yaranan xəstəlikləri izah edir.uyğunduruyğunduruyğunduruyğun deyiluyğun deyiluyğun deyil
CLO 3CLO-25553FTN 3. İstilik emalı zamanı qida maddələrində baş verən dəyişiklikləri izah edir.uyğunduruyğunduruyğunduruyğun deyiluyğunduruyğun deyil
CLO 4CLO-40016FTN 4. Qidada mövcud olan zəhərli komponentləri və qidalanmanın qoruyucu amillərini izah edir.uyğunduruyğunduruyğunduruyğunduruyğun deyiluyğundur
CLO 5CLO-15530FTN 5. Rasional qidalanmanın əsas prinsiplərini və onun təşkili qaydalarını izah edir.uyğun deyiluyğunduruyğunduruyğun deyiluyğunduruyğun deyil
CLO 6CLO-73732FTN 6. Pəhriz qidalanmasının nəzəri əsaslarını və müxtəlif müalicəvi pəhrizlər üçün menyunun tərtib edilməsi qaydalarını izah edir.uyğunduruyğunduruyğunduruyğun deyiluyğunduruyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    PTN 1. "Qida mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrinin lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir.

    Töhfə verən: CLO 2, CLO 3, CLO 4, CLO 6

  2. PLO 2

    PTN 2. Qida məhsulları üzrə mühəndis yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə məşğul olur. Qida məhsulları üzrə mühəndisin vəzifələrinə şərabçılıq zavodlarında, iaşə müəssisələrində, ət kombinatlarında, çörək bişirilən müəssisələrdə, məhsulun keyfiyyətinə riayət edilməsinə və həmçinin hazırlanmasına nəzarət edilməsi, istehsal prosesində yeni texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yaxşılaşdrılması, saxtakarlığa yol verməyərək insan sağlamlığına zərərli olmayan qida məhsullarının hazırlanması, qidanın tarladan süfrəyə qədər istehsalın bütün addımlarının öyrənilməsi, qidanın keyfiyyətinin ölçülməsi daxildir.

    Töhfə verən: CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6

  3. PLO 3

    PTN 3. “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələri müasir qida texnologiyalarının yaradılmasında əsas nəzəri və praktiki istiqamətləri, qida məhsullarının istehsalında müasir tədqiqat üsullarını, texnoloji metodları, nanotexnoloji üsulları, qida qatqıları, bioloji aktiv əlavələrin sağlam, keyfiyyətli qida məhsullarının alınmasında tətbiqini, keyfiyyətin normallaşdırılması, məhsulların standartlaşdırılması, təhlükəsiz məhsul istehsalını, klassik və modern qida nəzəriyyələrini, texnologiyaların mikrobioloji, reoloji, biokimyəvi əsaslarını, xammal və qida məhsullarının xarabolma səbəbləri və onların aradan qaldırılması üçün tələbləri öyrənir.

    Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6

  4. PLO 4

    PTN 4. “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələr qida istehsalı sahəsində mövcud olan beynəlxalq qanunvericilik, normative-texniki sənədlər, qida məhsullarına və müəssisələrinə olan təhlükəsizlik tələbləri, Avropa Direktivləri və yerli standartların tələbləri, “Tarladan süfrəyə” prinsipinə əsaslanan təhlükəsiz məhsul istehsalı, mövcud risklər və təhlükələrin qarşısının alınması, minumuma endirilməsi və idarə olunmasını öyrənir.

    Töhfə verən: CLO 4

  5. PLO 5

    PTN 5. “Qida mühəndisliyi” ixtisası üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin bütün sahələrində, o cümlədən, şərabçılıq və qıcqırma istehsalı olan (piyə, şirə, kvas, spirt və s.), ət və süd məhsullarının, çörək və makaron, unlu və şəkərli qənnadı məmulatların istehsalı, meyvə və tərəvəz emalı, şəkər və yağ istehsalı, iaşə müəssisələrində, qida sənayelərinin müxtəlif sahələrində mühəndis-texnoloq və s. kimi çalışa bilər.

    Töhfə verən: CLO 3, CLO 5, CLO 6

  6. PLO 6

    PTN 6. “Qida mühəndisliyi” ixtisas üzrə təhsilini başa vuran məzunlar ölkəyə gətirilən və ölkədən çıxarılan bütün növ qida məhsullarının keyfiyyət qiymətləndirilməsini, yararlılıq və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinin həyata keçirilməsi üçün gömrük məntəqələrində, Kənd Təsərrüfatı Nazirliyinin ixtisas üzrə uyğun Elmi-Tədqiqat İnstitutlarında, qida sənayesinin uyğun peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində, qida xammallarının və hazır məhsulların saxlanması həyata keçirilən anbarlarda, restoran şəbəkələrində, Qida Təhlükəsizliyi İnstitutunun bütün filiallarında və Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri və Respublikanın bütün regionlarında fəaliyyət göstərən şöbələrində əmək fəaliyyətini həyata keçirə bilər.

    Töhfə verən: CLO 4, CLO 6