Fənn · Qida mühəndisliyi

Ət və balıq məhsullarının texnologiyası

İF - 3558y7 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Ət və balıq məhsullarının texnologiyası” fənni – Kursun əsas məqsədi ət və balıq məhsullarının yüksək bioloji qida kimi insanların qidalanmasında mühüm əhəmiyyətini göstərməkdir. Ətin və balığın tərkibində orqanizmin normal böyüməsi, inkişafı və həyat fəaliyyəti üçün lazım olan zülal, yağ, vitamin və mineral maddələr vardır. Ona görə də keyfiyyətli, müxtəlif çeşidli ət və balıq məhsullarının istehsalı mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən “Ət və balıq məhsullarının texnologiyası” fənninin öyrənilməsi bu sahə üzrə ixtisasçıların yetişdirilməsində mühüm əhəmiyyət kəsb edir

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Ət və balıq sənayesinin xammal ehtiyatlarını, onların xüsusiyyətlərini və səmərəli istifadəsinin müasir üsullarını izah edir.

  2. CLO 2: FTN 2. Ət və balıq xammalı əsasında bioloji cəhətdən tam dəyərli qida məhsullarının layihələndirilməsi metodlarını və istehsalın əsas texnoloji proseslərini izah edir.

  3. CLO 3: FTN 3. Ət və balıq məhsullarının istehsalında texnoloji əməliyyatların əsas parametrlərini hesablamağı və istehsal proseslərini optimallaşdırmağı öyrədir.

  4. CLO 4: FTN 4. Ət və balıq xammalının emalında müasir elmi-texniki nailiyyətləri, eksperimentlərin planlaşdırılması üsullarını və hesablama texnikasından istifadə qaydalarını izah edir.

  5. CLO 5: FTN 5. Ət, balıq və qeyri-ənənəvi xammal ehtiyatlarından kompleks istifadə etməklə ekoloji təhlükəsiz istehsalın təşkilini, texnoloji proseslərin təkmilləşdirilməsini və səmərəliliyinin qiymətləndirilməsini öyrədir.