Ümumi məlumat
- Fənn kodu
- İF - 3558y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat - mühazirə b) 15 saat - seminar c) 30 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 90 saat - TSİ b) 30 saat - MRTSİ
Fənn haqqında
“Ət və balıq məhsullarının texnologiyası” fənni – Kursun əsas məqsədi ət və balıq məhsullarının yüksək bioloji qida kimi insanların qidalanmasında mühüm əhəmiyyətini göstərməkdir. Ətin və balığın tərkibində orqanizmin normal böyüməsi, inkişafı və həyat fəaliyyəti üçün lazım olan zülal, yağ, vitamin və mineral maddələr vardır. Ona görə də keyfiyyətli, müxtəlif çeşidli ət və balıq məhsullarının istehsalı mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən “Ət və balıq məhsullarının texnologiyası” fənninin öyrənilməsi bu sahə üzrə ixtisasçıların yetişdirilməsində mühüm əhəmiyyət kəsb edir
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- komanda işi
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Ət və balıq sənayesinin xammal ehtiyatlarını, onların xüsusiyyətlərini və səmərəli istifadəsinin müasir üsullarını izah edir.
CLO 2: FTN 2. Ət və balıq xammalı əsasında bioloji cəhətdən tam dəyərli qida məhsullarının layihələndirilməsi metodlarını və istehsalın əsas texnoloji proseslərini izah edir.
CLO 3: FTN 3. Ət və balıq məhsullarının istehsalında texnoloji əməliyyatların əsas parametrlərini hesablamağı və istehsal proseslərini optimallaşdırmağı öyrədir.
CLO 4: FTN 4. Ət və balıq xammalının emalında müasir elmi-texniki nailiyyətləri, eksperimentlərin planlaşdırılması üsullarını və hesablama texnikasından istifadə qaydalarını izah edir.
CLO 5: FTN 5. Ət, balıq və qeyri-ənənəvi xammal ehtiyatlarından kompleks istifadə etməklə ekoloji təhlükəsiz istehsalın təşkilini, texnoloji proseslərin təkmilləşdirilməsini və səmərəliliyinin qiymətləndirilməsini öyrədir.
Mövzu planı
- 1.1. Giriş. Ət sənayesinin inkişaf perspektivləri, əsas xammal bazası və onun xüsusiyyətlərMühazirə
- 2.Ətin təzəliyinin orqanoleptiki və kimyəvi göstəricilər əsasında təyiniLaboratoriya
- 3.2. Ətin və digər kəsim məhsullarının kimyəvi tərkibi və xüsusiyyətləri. Mühazirə
- 4.Quş ətinin keyfiyyətinin tədqiqiLaboratoriya
- 5.Heyvanların ilkin emal texnologiyası. Standarta uyğun dən, yarma.Mühazirə
- 6.Kolbasa məmulatlarının və duzlanıb–hislənmiş ət məhsullarının keyfiyyətinin tədqiqi Laboratoriya
- 7.Quşların ilkin emalı texnologiyası. Texnoloji proseslər və ona nəzarətin təşkiliMühazirə
- 8.Ət yarımfabrikatlarının keyfiyyətinin tədqiqi Laboratoriya
- 9.Subməhsulların emal texnologiyası.Mühazirə
- 10.Ət konservlərinin keyfiyyətinin kimyəvi göstəricilər əsasında təyini Laboratoriya
- 11.Ət və ət məhsullarının soyudulması, dondurulması və saxlanmasıMühazirə
- 12.Yem ununun keyfiyyətinin orqanoleptiki qiymətləndirmə əsasında təyiniLaboratoriya
- 13.Bağırsaqların emalı və konservləşdirilməsiMühazirə
- 14.Balıq və balıq məhsullarının keyfiyyətinin orqanoleptiki üsulla qiymətləndirilməsiLaboratoriya
- 15.Dərilərin emalı və konservləşdirilməsi Mühazirə
- 16.Soyudulmuş və dondurulmuş balıqların keyfİyyətinin tədqiqiLaboratoriya
- 17.Duzlanıb - hislənmiş ət məhsullarının istehsal texnologiyası. Mühazirə
- 18.Duzla konservləşdirilmiş balıqların keyfiyyətinin tədqiqiLaboratoriya
- 19.Kolbasa məmulatlarının istehsal texnologiyası.Mühazirə
- 20.Yem və texniki məhsulların keyfiyyətinin tədqiqiLaboratoriya
- 21.Ət yarimfabrikatlarının istehsal texnologiyası.Mühazirə
- 22.Yem və texniki məhsullarının keyfİyyətinin tədqiqiMəşğələ
- 23.Ət konservlərinin istehsal texnologiyasıMühazirə
- 24.Qanın və onun emalı məhsullarının keyfiyyətinin tədqiqi Məşğələ
- 25.Heyvan mənşəli yemlərin və texniki yağların istehsal texnologiyasıMühazirə
- 26.Konservləşdirilmiş dərilərin keyfİyyətinin tədqiqiMəşğələ
- 27.Balıq - sənaye üçün xammal və qida məhsulu kimi. Balıqların təsnifatıMühazirə
- 28.Yumurta məhsullarının keyfİyyətinin tədqiqiMəşğələ
- 29.Balığın kimyəvi tərkibinin müxtəlif faktorlardan asılı olaraq dəyişilməsıMühazirə
- 30.Preservlərin keyfiyyətinin tədqiqiMəşğələ
- 31.Duzla konservləşdirilmiş balıq məhsullarının istehsal texnologiyasıMühazirə
- 32.(Sem 6).Balıq kürüsünün keyfiyyətinin tədqiqiMəşğələ
- 33.Balıq kürüsündən məhsulların istehsal texnologiyasıMühazirə
- 34.Təbii konservlərin İstehsalı və keyfiyyətinin tədqiqiMəşğələ
- 35.Balıqların dondurulma texnologiyası. Mühazirə
- 36..(Sem 8).Balıq yarimfabrikatlarının və kulinar məmulatların hazırlanmasıMəşğələ
- 37.Hidrobiontlardan yarımfabrikatların və kulinar məmulatların istehsal texnologiyası Mühazirə
- 38.Qurudulmuş, qaxac edilmiş və hisəverilmiş Mühazirə
- 39.Balığın soyuqla emalıMühazirə
- 40.Balıq məhsullarının istehsalında yüksək texnologiyalar. Mühazirə
- 41.Balıq sənayesinin ikinci dərəcəli xammal ehtiyatları Mühazirə
Ədəbiyyat
- 1. Винникова Л.Г. «Технология мяса и мясных продуктов», Киев-2006.
- 2. Витамины и минеральные вещества. Полная энциклопедия. Сост. Т.П.Емельянова СПб: ИД Весь, 2001, 368с.
- 5. Винникова Л.Г. «Технология мяса и мясных продуктов». Учебник. - Киев: Фирма «ИНКОС», 2006.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |