Fənn · Qida mühəndisliyi
Qida məhsullarının soyudulma texnologiyaları
Fənn haqqında
Kredit
8
İş yükü
240saat
Semestr
Payız
Tədris ili
—
Fənnin təsviri
Fənnin tədrisinin məqsədi «050635– Qida mühəndisliyi» ixtisası üzrə ixtisaslaşan tələbələrin aşağıdakı bacarıqlara yiyələnməsini özündə ehtiva edir • Soyuqla konservləşdirmə soyudulma, dondurmadan açma, emal prosesinin fasiləsizliyi qida məhsullarının saxlanması və daşınması zamanı temperatur-rütubət rejimlərinin gözlənilməsi, elmi cəhətdən əsaslandırılması və s. • Qida məhsullarının soyuqla emalı, saxlanma zamanı itkilərin minimuma endirilməsi, məhsulların fizioloji və texnoloji xüsusiyyətlərinə təsirlərin öyrənilməsi, qaz mühitlərinin ekoloji təhlükəsiz bioloji və sintetik preparatlarının, qablaşdırma materiallarının istifadəsi və s. • Fənnin tədqiqat obyekti müxtəlif təyinatlı qida məhsulları, heyvan və bitki mənşəli xamallardır. Qida məhsullarının tərkibi, soyuqluq-fiziki xüsusiyyətləri, temperaturun aşağı salınması zamanı mikrofloranın dəyişməsi bu məqsədlərdəndir
Fənn təlim nəticələri
CLO 1: FTN 1. Soyudulma texnikasını, soyudulma texnologiyasını və qida məhsullarının dondurulma texnologiyalarını izah edir.
CLO 2: FTN 2. Soyudulma və dondurulma prosesləri zamanı qida məhsullarında baş verən əsas dəyişiklikləri və soyuğun müxtəlif qida məhsullarına təsirini izah edir.
CLO 3: FTN 3. Soyudulma və dondurulma vasitəsilə qida məhsullarının fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinin dəyişməsini idarə etməyi, keyfiyyətli saxlanma üsullarını tətbiq etməyi və itkiləri minimuma endirməyi öyrədir.
CLO 4: FTN 4. Soyudulmuş və dondurulmuş qida məhsullarının keyfiyyətini qiymətləndirmək üçün standartlardan və digər normativ sənədlərdən istifadə etməyi öyrədir.
CLO 5: FTN 5. Xammalın, yarımfabrikatların və hazır dondurulmuş qida məhsullarının əsas parametrlərini ölçmək üçün texniki vasitələrdən istifadə etməyi öyrədir.
CLO 6: FTN 6. Soyudulmuş və dondurulmuş qida məhsullarının istehsalı üzrə metodikaya uyğun tədqiqatlar aparmağı, təcrübə nəticələrini təhlil etməyi və qiymətləndirməyi öyrədir.