Ümumi məlumat
- Fənn kodu
- İF-3539y
- Kredit
- 8
- Tələbənin iş yükü
- 240
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 30 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 135 saat - TSİ b) 30 saat - MRTSİ
Fənn haqqında
Fənnin tədrisinin məqsədi «050635– Qida mühəndisliyi» ixtisası üzrə ixtisaslaşan tələbələrin aşağıdakı bacarıqlara yiyələnməsini özündə ehtiva edir • Soyuqla konservləşdirmə soyudulma, dondurmadan açma, emal prosesinin fasiləsizliyi qida məhsullarının saxlanması və daşınması zamanı temperatur-rütubət rejimlərinin gözlənilməsi, elmi cəhətdən əsaslandırılması və s. • Qida məhsullarının soyuqla emalı, saxlanma zamanı itkilərin minimuma endirilməsi, məhsulların fizioloji və texnoloji xüsusiyyətlərinə təsirlərin öyrənilməsi, qaz mühitlərinin ekoloji təhlükəsiz bioloji və sintetik preparatlarının, qablaşdırma materiallarının istifadəsi və s. • Fənnin tədqiqat obyekti müxtəlif təyinatlı qida məhsulları, heyvan və bitki mənşəli xamallardır. Qida məhsullarının tərkibi, soyuqluq-fiziki xüsusiyyətləri, temperaturun aşağı salınması zamanı mikrofloranın dəyişməsi bu məqsədlərdəndir
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- komanda işi
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Soyudulma texnikasını, soyudulma texnologiyasını və qida məhsullarının dondurulma texnologiyalarını izah edir.
CLO 2: FTN 2. Soyudulma və dondurulma prosesləri zamanı qida məhsullarında baş verən əsas dəyişiklikləri və soyuğun müxtəlif qida məhsullarına təsirini izah edir.
CLO 3: FTN 3. Soyudulma və dondurulma vasitəsilə qida məhsullarının fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinin dəyişməsini idarə etməyi, keyfiyyətli saxlanma üsullarını tətbiq etməyi və itkiləri minimuma endirməyi öyrədir.
CLO 4: FTN 4. Soyudulmuş və dondurulmuş qida məhsullarının keyfiyyətini qiymətləndirmək üçün standartlardan və digər normativ sənədlərdən istifadə etməyi öyrədir.
CLO 5: FTN 5. Xammalın, yarımfabrikatların və hazır dondurulmuş qida məhsullarının əsas parametrlərini ölçmək üçün texniki vasitələrdən istifadə etməyi öyrədir.
CLO 6: FTN 6. Soyudulmuş və dondurulmuş qida məhsullarının istehsalı üzrə metodikaya uyğun tədqiqatlar aparmağı, təcrübə nəticələrini təhlil etməyi və qiymətləndirməyi öyrədir.
Mövzu planı
- 1.Qida məhsullarının soyuqla konservləşdirilməsi prinsipləri. Məhsulların uzunmüddətli saxlanması üsulları. Aşağı temperaturlu mühitin yaradılması. Bakteriyaların həyat fəaliyyəti Mühazirə
- 2.Soyudulan mühitin parametrlərinin təyinində istifadə olunan nəzarət ölçü cihazları Laboratoriya
- 3.Qida məhsullarının istilik-fiziki xüsusiyyətləri. İstehsalın sanitar-gigiyenik şəraitinin pozulması. Məhsulların emalında rast gələn texnoloji və texniki meyllənmələr Mühazirə
- 4.Qida məhsullarının istilik-fiziki xüsusiyyətləri. Hesabi və təcrübi üsullar Məşğələ
- 5.Soyudulan mühitin parametrlərinin təyinində istifadə olunan nəzarət ölçü cihazları Laboratoriya
- 6.Mikroorqanizmlər və onların soyuqla emalda rolu. Süd florasının bakterioloji dağılması. Qaz yaradan mikroorqanizmlər. Qıcqırma və turşuma əlamətləri Mühazirə
- 7.Havanın nisbit rütubətini ölçən və nəzarət edən cihazlar Laboratoriya
- 8.Qida məhsullarının soyudulması. Qida məhsullarının ilkin keyfiyyəti. Onların soyudulmaya verilməzdən əvvəl çatışmamazlıqları. Orqanaleptik göstəricilərin saxlanması Mühazirə
- 9.Qida məhsullarının soyudulma texnologiyası Məşğələ
- 10.Havanın nisbit rütubətini ölçən və nəzarət edən cihazlar Laboratoriya
- 11.Bitki və heyvan mənşəli məhsulların soyudulması. Soyudulmanın texnoloji və texniki əhəmiyyəti. Soyudulmanın bitki və heyvani mənşəli qidalara təsirinin üstün və mənfi cəhətləri Mühazirə
- 12.Soyudulmuş ət və ət məhsullarının keyfiyyətinin təyini Laboratoriya
- 13.Soyudulmuş qida məhsullarının saxlanma texnologiyası. Qida məhsullarının müvəqqəti və uzun müddətli saxlanması. İstifadə olunan soyuducu qurğular. Soyudulmanın mərhələləri Mühazirə
- 14.Soyudulmuş qida məhsullarının saxlanma texnologiyası Məşğələ
- 15.Soyudulmuş ət və ət məhsullarının keyfiyyətinin təyini Laboratoriya
- 16.Bitki mənşəli məhsulların saxlanması. Bitki mənşəli məhsullara verilən tələblər. Onların saxlanma şəraitləri. Temperatur rejimləri. Rütubət göstəriciləri. Saxlanma şəraitinin pozulması Mühazirə
- 17.Soyudulmuş balıq və balıq məhsullarının keyfiyyətinin təyiniLaboratoriya
- 18.Heyvan mənşəli məhsulların saxlanma texnologiyası. Fiziki kimyəvi göstəricilərin pozulması. Xammalın keyfiyyətinə mənfi təsirlər və təzahürlər Mühazirə
- 19.Heyvan mənşəli məhsulların saxlanma texnologiyası Məşğələ
- 20.Soyudulmuş balıq və balıq məhsullarının keyfiyyətinin təyini Laboratoriya
- 21.Qida məhsullarının qismən dondurulması və saxlanması. Qismən dondurulma əlamətləri. Qida məhsullarının bu sahədə standartı. Sanitar-gigiyenik tələblər Mühazirə
- 22.Meyvə və tərəvəzlərin saxlanma-soyutma rejiminə nəzarət Laboratoriya
- 23.Qida məhsullarının dondurulması. Dondurulma rejimi. Piqment şəkilli mikroblar. Dondurulmanın, buzlamanın müxtəlifliyi. Məhsullara sondurmanın təsirləri Mühazirə
- 24.Qida məhsullarının dondurulması Məşğələ
- 25.Meyvə və tərəvəzlərin saxlanma-soyutma rejiminə nəzarət Laboratoriya
- 26.Bitki mənşəli məhsulların d ondurulması.Mayelərin sıxlığı, özüllüyü, axıcılığı parametrləri. Onların dondurulma zamanı dəyişməsi. Vitaminlər B1, B2, … B12 onlarin dəyiş məsi Mühazirə
- 27.Soyudulmuş südün müayinəsi. Keyfiyyətə nəzarət cihazları Laboratoriya
- 28.Heyvan mənşəli məhsulların dondurulması. Qida məhsullarının istilik xassələri. Dondurmada onların dəyişməsi. Dondurmanın mənfi təsirləri. Istilikötürmə əmsalı Mühazirə
- 29.Heyvan mənşəli məhsulların dondurulması Məşğələ
- 30.Soyudul muş südün müayinəsi. Keyfiy yətə nəzarət cihazları Laboratoriya
- 31.Dondurulmuş məhsulların saxlanması. Heyvanların orqanizmində normal fəaliyyətin pozulması və əldə olunan xammala onların mənfi təsiri. Mikroflora, düzgün texnologiyanın tətbiqi imkanları Mühazirə
- 32.Yumurtaların (toyuq) müayinəsi və keyfiyyətinə nəzarət Laboratoriya
- 33.Qida məhsullarının donunun açılması. Donun açılması zamanı qidanın tərkibində piy, yağ, şəkər, mineral maddələr, vitaminlər və mikroelementlərin dəyişməsi Mühazirə
- 34.Qida məhsullarının donunun açılmasıMəşğələ
- 35.Yumurtaların (toyuq) müayinəsi və keyfiyyətinə nəzarət Laboratoriya
- 36.Dondurulmuş qida məhsullarının nəql edilməsi. Onların itki vermədən və keyfiyyət dəyişikliklərinə uğramadan nəql olunması rejimləri Mühazirə
- 37.Dondurulmuş qida məhsulların nəql edilməsi Məşğələ
- 38.Laboratoriya işlərinin tərtibi və təhvili Laboratoriya
Ədəbiyyat
- 1. Mikayılov V.Ş., Fərzəliyev E.B. Qida məhsullarının ümumi texnologiyası. – Bakı.: “Fərzəliyev E.B. Qida məhsullarının müasir tədqiqat üsulları. Dərslik. Bakı, 2014, 365s.
- 2. Məmmədova S.M. Qida məhsullarının ekoloji təhlükəsiz texnologiyası. Mühazirə konspekti. Gəncə, 2018.
- 3. Qurbanov N.H. Omarova E.M. İaşə məhsulları texnologiyasının nəzəri əsasları. Bakı. İqtisad Universiteti nəşriyyatı. 2010, 550.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |