Subject · Food engineering
Qida məhsullarının soyudulma texnologiyaları
About this subject
Credits
8
Workload
240hours
Semester
Autumn
Academic year
—
Description
Fənnin tədrisinin məqsədi «050635– qida mühəndisliyi» ixtisası üzrə ixtisaslaşan tələbələrin aşağıdakı bacarıqlara yiyələnməsini özündə ehtiva edir • soyuqla konservləşdirmə soyudulma, dondurmadan açma, emal prosesinin fasiləsizliyi qida məhsullarının saxlanması və daşınması zamanı temperatur-rütubət rejimlərinin gözlənilməsi, elmi cəhətdən əsaslandırılması və s. • qida məhsullarının soyuqla emalı, saxlanma zamanı itkilərin minimuma endirilməsi, məhsulların fizioloji və texnoloji xüsusiyyətlərinə təsirlərin öyrənilməsi, qaz mühitlərinin ekoloji təhlükəsiz bioloji və sintetik preparatlarının, qablaşdırma materiallarının istifadəsi və s. • fənnin tədqiqat obyekti müxtəlif təyinatlı qida məhsulları, heyvan və bitki mənşəli xamallardır. qida məhsullarının tərkibi, soyuqluq-fiziki xüsusiyyətləri, temperaturun aşağı salınması zamanı mikrofloranın dəyişməsi bu məqsədlərdəndir
Course learning outcomes
CLO 1: Ftn 1. soyudulma texnikasını, soyudulma texnologiyasını və qida məhsullarının dondurulma texnologiyalarını izah edir.
CLO 2: Ftn 2. soyudulma və dondurulma prosesləri zamanı qida məhsullarında baş verən əsas dəyişiklikləri və soyuğun müxtəlif qida məhsullarına təsirini izah edir.
CLO 3: Ftn 3. soyudulma və dondurulma vasitəsilə qida məhsullarının fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinin dəyişməsini idarə etməyi, keyfiyyətli saxlanma üsullarını tətbiq etməyi və itkiləri minimuma endirməyi öyrədir.
CLO 4: Ftn 4. soyudulmuş və dondurulmuş qida məhsullarının keyfiyyətini qiymətləndirmək üçün standartlardan və digər normativ sənədlərdən istifadə etməyi öyrədir.
CLO 5: Ftn 5. xammalın, yarımfabrikatların və hazır dondurulmuş qida məhsullarının əsas parametrlərini ölçmək üçün texniki vasitələrdən istifadə etməyi öyrədir.
CLO 6: Ftn 6. soyudulmuş və dondurulmuş qida məhsullarının istehsalı üzrə metodikaya uyğun tədqiqatlar aparmağı, təcrübə nəticələrini təhlil etməyi və qiymətləndirməyi öyrədir.