Fənn · Qida mühəndisliyi

Kompüter əsaslı mühəndis qrafikası

İF-3950y4 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

«Kompüter əsaslı mühəndis qrafikası» fənni – mühəndis qrafikasınının bütün böl-mə¬lərini və maşın qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən fənlərdən biridir. «Kompüter əsaslı mühəndis qrafikası»nın öyrənilməsində əsas məqsəd: tələbələrə cisim¬lərin ortogonal proyeksiyalanmaya əsaslanan və KSVS uyğyn təsvirləri əldə etmək yollarını və əksinə cizgilərə əsasən onların fəza formaların müəyyən edilməsi ilə bağlı məsələləri həll etmək bacarığını öyrədir. «Kompüter əsaslı mühəndis qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır. «Kompüter əsaslı mühəndis qrafikası» fənni həmçinin müasir kompüter texno¬logi-yalarından geniş istifadə etməklə vektor qrafikası əsasında realistik 3D modellərin qurulması və bu mdellər əsasında QOST un tələblərinə uyğun cizgilərin alınması və çapını öyrədir. Kompüter əsaslı mühəndis qrafikası, 3D modellərdən müxtəlif effektlər verməklə kameranın tətbiqilə render vasitəsilə kefiyyətli rastr şəkillərin alınmasını da yerinə yetirir.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Qida təhlükəsizliyi sistemində istifadə olunan texniki vasitələrin, onların quruluşuna daxil olan hissələrin və birləşmələrin tərtibatına dair mühəndislik tələblərini izah edir.

  2. CLO 2: FTN 2. Fəza həndəsəsinin əsas prinsiplərini, o cümlədən nöqtə, düz xətt, müstəvi, çoxüzlülər və fırlanma səthlərinin xüsusiyyətlərini izah edir.

  3. CLO 3: FTN 3. Proyeksiya çertyojlarının tərtib edilməsi və onlarda istifadə olunan şərti işarələrin tətbiqi qaydalarını izah edir.

  4. CLO 4: FTN 4. Yivli, qaynaqlı, pərçimli və digər birləşmələrin növlərini, onların yaradılması və tətbiqi üsullarını izah edir.

  5. CLO 5: FTN 5. Qida sənayesində istifadə olunan avadanlıqların konstruksiyalarında tətbiq edilən əsas standartlaşdırılmış detalların və birləşmə vahidlərinin quruluşunu və təyinatını izah edir.

  6. CLO 6: FTN 6. AutoCAD qrafik proqramından istifadə etməklə texniki çertyojların hazırlanması və tərtib edilməsi qaydalarını öyrədir.